Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

 
76
Şer 
 
Kəbənin önündə bir yolçu gördüm.  
Ağlaya–ağlaya deyirdi haman: 
«Demirəm qəbul et itaətimi,  
Lütf edib keç mənim günahlarımdan» 
 
Beyt 
 
Öldürsən ya bağışlasan mən dönmərəm astanandan,  
Üzü yola bir qulunam, əmrin nədir, nədir fərman? 
 
3. Hekayə
 
(Bir dəfə) gördülər ki, Əbdülqadir Gilani
47
 (Allah ona rəhmət 
eləsin) üzünü Kəbə mehrabının xırda daşlarına sürtüb belə deyir: 
«İlahi, məni bağışla,  əzab–əziyyət verəcəksənsə, qiyamət günü kor 
elə ki, bağışlananları görüb utanmayım». 
 
Şer 
 
Hər səhər küləyi əsən zamanda,  
Torpağa üz sürtüb yalvarıram mən.  
«Ey səni heç zaman unutmadığım,  
Heç məni yadına salırsanmı sən?..» 
 
4. Hekayə
 
Bir gün zahidin evinə oğru gəldi. Nə qədər axtardısa bir şey tada 
bilməyib gədərləndi. Bunu görən zahid, altındakı palazı  çəkib 
oğrunun yolu üstə atdı ki, əliboş qayıtmasın. 
 
Şer 
 
Eşitdim ki, allah adamı bir an,  
Düşmən qəlbini də sıxmaz heç zaman.  
Belə bir məqamə çata bilməzsən,  
Sən ki dostlarınla hey vuruşursan. 
 
77
 
Tərbiyət.  Sədaqət  əhlinin səmimiyyəti üzdə  də, dalda da eyni 
olar, naəhl adamlar isə üzdə sənə qurban olar, dalda isə eyib tutar. 
 
Beyt 
 
Zahirdə bir yazıq qoyuna oxşar.  
Arxada sanki bir quduz canavar 
 
Beyt 
 
Hər kim sənə özgənin eybini dedi, bişək  
Sənin də hər eybini başqasına deyəcək. 
 
5. Hekayət 
 
Bir necə səyyah yoldaş olub, səyahətə çıxmışdı. Onlar qabaqları-
na gələn bütün əziyyətlərə birgə qatlaşır, mənzillərdə birgə rahatla-
şırdılar. Mən də onlarla qonşu olmaq istədim, razı olmadılar. Dedim: 
–Miskinlərin söhbətindən üz döndərib, onları öz söhbətinin 
ləzzətindən məhrum etmək kərəm sahiblərinə yaraşmaz. Mən isə öz 
nəfəsimdə elə bir təsir və qüdrət bilirəm ki, adamların xidmətində 
ürək sıxan daş deyil, könül acan yoldaş ola bilərəm. 
 
Beyt 
 
Gedərəm piyada yanınızla mən,  
Olum yəhər tutan, üzəngi çəkən. 
 
Onlardan biri dedi: 
– Sözümüzdən incimə, çünki bu günlərdə bir oğru özünü dərviş 
qiyafəsinə salıb yanımıza gəldi. 
 
Beyt 
 
İnsanın qəlbini göstərməz paltar,  
Yazan özü bilər kağızda nə var. 
 


 
78
Dərvişlər saf ürəkli olduqlarından heç nədən şübhələnməyib onu 
yoldaşlığa qəbul etdilər. 
 
Şer 
 
Arifin geyimi köhnə olsa da,  
Ona xəlqiliyi bəsdir dünyada. 
Nə geysən özün bil, yaxşı ol ancaq,  
Ya tac qoy, ya da tut çiynində bayraq,  
Zahid atmalıdır eyşi–işrəti  
Nə təkcə paltarı, varı, dövləti,  
Döyüşdə mərdanə olmağı öyrən,  
Lakin müxənnəsə qarşı durma sən. 
 
Bir gün axşamacan yol gedib, gecəni bir qalanın yanında qalmalı 
olduq. Biz yuxuda ikən o uğursuz oğru, yoldaşının qumqumasını 
götürüb, həyətə çıxmaq bəhanəsi ilə oğurluğa getmişdi. 
 
Beyt 
 
Möminə bax, xirqə geyib necə vüqarla gedir.  
Kəbəninsə örtüyünü eşşəyinə çul edir. 
 
O, yoldaşlarının gözündən yayınıb qalanın bürcündən içəri 
girmiş, bir sandıq cavahir oğurlamış, gecə ikən oradan qaçı
uzaqlaşmış, biz isə heç şeydən xəbərimiz olmadan, yatıb yuxuya qal-
mışdıq. Səhər açılan kimi qala gözətçiləri gəlib hamımızı qalaya 
apardılar, döydülər və həbsa saldılar. O gündən bəri yadlarla dostluğu 
tərk edib, başqalarından kənar gəzməyi qərara admışıq. Məsəl var 
deyərlər: tək başım dinc başım. . 
 
Şer 
 
Tayfadan bir qanmaz çıxarsa, əlbət,  
Böyük də, kiçik də çəkər xəcalət.  
Eşitməmisənmi bir məsəl də var:  
«Bir dana naxırın adını korlar.» 
 
 
79
Dərvişin bu söhbətini dinlədikdən sonra dedim: 
–Allahın izzət və calalına şükür olsun zahirən dərvişlərdən ayrı 
düşüb tək qalsam da, onların verdiyi bu öyüd mənim kimi adamlar 
üçün ömür boyu bəsdir. 
 
Şer 
 
Məclisdə bir nəfər nanəcib olsa,  
Bütün məclis əhli incik görünər.  
Doldursan gülabla bir hovuzu sən.  
Bircə it düşərsə, çirkaba dönər 
 
6. Hekayət 
 
Bir zahid bir padşaha qonaq idi. «Hökmdarın yanında hörmətim 
artsın» – deyə o, süfrə başında əyləşərkən adətindən az yedi, ibadətə 
başladıqda isə namazı həddən artıq uzatdı
 
Beyt 
 
Kəbəyə çatmazsan ərəb, ayıq ol,  
Türküstan yoludur bu getdiyin yol. 
 
Elə ki, evinə qayıdıb gəldi, yemək istədi. Onun ağıllı bir oğlu var 
idi, atasından soruşdu: 
–Ata, nə üçün hökmdar hüzurunda doyunca yemədin? Zahid 
dedi: 
–Hökmdar hüzurunda karlı bir şey yeyə bilmədim. Oğlu dedi: 
–Elə isə namazını da təzələ, çünki karlı namaz da qıla bilmədin. 
 
Şer 
 
Ey məğrur, ey əli hünər bilməyən.  
Eyiblə, nöqsanla öyünürsən hey... 
Pis günə düşərsən, işin əyəndə,  
Belə qəlp puluna verməzlər bir şey. 
 
7. Hekayət 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə