Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

 
84
oğurladı. Qazı əlini kəsməyi əmr etdi. Kilim sahibi rəhmə kəlib dedi: 
– Mən malımı ona halal edirəm. Qazı dedi: – Sənin halal etməyinlə 
şəriət qanununu poza bilmərəm. Kilim sahibi dedi: – Doğru 
buyurursunuz, lakin yoxsul malı  vəqf
55
 malıdır, vəqf malını 
oğurlayanın isə əlini kəsməzlər. 
Qazı oğrunu bağışlayıb danlamağa başladı və dedi: – Başına yer 
qəhət idi ki, gedib belə bir dostunun evini yardın? 
Dedi: – Qazı sağ olsun, eşitməmisən ki, deyiblər: 
«Dost evini sil–süpür et, düşmən qapısına getmə?!» 
 
Beyt 
 
Ruhdan düşmə, üz verərsə sənə çətinlik günü  
Soy düşmənin dərisini, dostunsa al kürkünü. 
 
14. Hekayət 
 
Bir hökmdar bir zahidi görüb soruşdu: –Bizi heç yada 
salırsanmı
Dedi: 
– Bəli, allahı unudanda. 
 
Beyt 
 
Kimi allah qovarsa, onu sərkərdan edər,  
Kimə olsa rəğbəti, salşaz onu dərbədər. 
 
15. Hekayət 
 
Əməli saleh adamlardan biri yuxuda gördü ki, padşah cən-
nətdədir, zahid cəhənnnəmdə. Soruşdu ki, bunun belə yüksəlməsinin 
və onun belə alçalmasının səbəbi nədir? Camaat bunun əksini 
gözləyirdi. Nida gəldi ki, bu padşah yoxsullara yaxşılıq etdiyi üçün 
cənnətdə, o zahid şahlara yaxınlıq etdiyi üçün cəhənnəmdədir. 
 
Şer 
 
Nəyinə lazımdır bəzəkli paltar  
 
85
Yaxşıdır özünü pis işdən qurtar.  
Dəri papaq qoyub çox qaldırma boy.  
Dərvişsifət olub sadə papaq qoy. 
 
16. Hekayət 
 
Hicaz karvanı Küfədən
56
 kecərkən ayaqyalın, baş açıq, çılpaq 
piyadə bir yoxsul bizə qoşuldu. O, yorğun bir halda gedir və deyirdi: 
 
Şer 
 
Nə dəvəyə minmişəm, nə dəvə tək yüküm var  
Nə ağaya bir qulam, nə də qula şəhriyar.  
Qəmim yoxdur dünyada bilmərəm qorxu nədir,  
Asudəyəm, dərdu qəm ruhuma biganədir. 
 
Dəvəyə minmişlərdən biri ona dedi: 
–Ey dərviş hara gedirsən; qayıt yol çətindir, ölərsən. Dərviş qu-
laq asmayaraq yoluna davam etdi. Karvanımız Nəxleyi–Məhmuda
57
 
yetişəndə həmin dəvəyə minmiş adamın əcəli çatdı
Dərviş onun başı üstə gəlib dedi: 
– Mən piyadə ölmədim, sən isə dəvə üstündə həlak oldun! 
 
Beyt 
 
Ağladı bütün gecə bir adam xəstə üstə,  
Ağlayan gündüz öldü, sağaldı, durdu xəstə. 
 
Şer 
 
Çox olmuş qaçan at yollarda batmış.  
Çolaq eşşək isə mənzilə çatmış.  
Çox sağlam ağlayıb qəbrə kömüldü.  
Yaralı ölmədi, sağaldı, güldü. 
 
17. Hekayət 
 
Nağıl edirlər ki, şah bir abidi yanına çağırmışdı. Abid fikirləşdi: 


 
86
«Bir az dərman atıb zəifləyim, bəlkə çox ibadət etdiyim zahirimdən 
məlum ola, mənə olan etiqadları bir qədər də arta». Deyirlər dərman 
öldürücü zəhər imiş, atmağı ilə ölməyi bir oldu. 
 
Şer 
 
Püstə kimi məğz hesab eylədiyim,  
Soğan kimi pərdəliymiş o yaramaz.  
Çox zahidi gördüm xalqa üz tutaraq  
Qibləsinə dal çevirib qılır namaz. 
 
Beyt 
 
Allahını salanda hər bir bəndəsi yada,  
Lazımdır ki, başqa şey tanımasın dünyada. 
 
 
87
18. Hekayət 
 
Yunan ölkəsində yol kəsənlər bir karvanı çapıb, çoxlu qənimət 
ələ gətirdilər. Tacirlər nə qədər ağlayıb, sızlayıb, allaha–peyğəmbərə 
and verdilərsə, bir faydası olmadı
 
Beyt 
 
Oldusa bir qəddar oğru kamiran,  
Qəm yeməz, ağlasa bütün karivan 
 
Həkim Loğman da həmin karvanda idi. Karvandakılardan biri 
ondan xahiş edib dedi: 
– Oğrulara öyüd, nəsihət ver, moizə oxu, bəlkə mallarımızın bir 
hissəsi əlimizdə qala. Heyifdir bu qədər mal tələf ola. 
Loğman dedi: – Heyif hikmətli sözdür ki, onlara deyilə 
 
Şer 
 
Pas yemiş dəmirdən mümkün deyildir,  
Silməklə yenidən saf dəmir almaq.  
Daş qəlbə kar etməz öyüd–nəsihət,  
Dəmir mıxı olmaz qayaya çalmaq. 
 
Şer 
 
Şad günündə sınıq qəlbləri güldür,  
Zorla könül qırmaq yamandır bilsən, 
Sayil nə istəsə, xoşluq ilə ver,  
Yoxsa zalim alar zorla əlindən. 
 
19. Hekayət 
 
Görkəmli alim, böyük şeyx mərhum Əbülfərəc ibn Cövzi
58
 mənə 
məclisində iştirak etməyi mən edərdi. Lakin başımda gənclik havası
qəlbimdə eyş–işrət həvəsi olduğundan qoca ustadın dediyinə qulaq 
asmır, musiqi məclislərinə getməkdən həzz alırdım.  Şeyxin verdiyi 
öyüd–nəsihəti xatırladıqda isə öz–özümə deyir: 


 
88
 
Beyt 
 
Qazi bizlə otursa, eyləyər rəqsə həvəs,  
Darğa içsə mey özü, məsti müqəssir etməz. 
 
Yenə bir axşam bir kef məclisinə yetişdim, orada elə bir ki, 
 
Beyt 
 
Qırır qəlbin tellərini mizrab ilə nəki var,  
Səsi mərhum atasının səsi kimi xırıldap. 
 
Məclisdəkilər onun səsini eşitdikdə gah öz qulaqlarını tuturdular, 
gah «sus!» – deyə barmaqlarını dodaqlarına qoyurdular. 
 
Beyt 
 
Sevərlər səs ilə hər xanəndəni,  
Sən sussan daha çox sevərlər səni 
 
Beyt 
 
Səsin razı salmaz heç bir adamı 
Susduqda sevinib şadlanar hamı
 
Şer 
 
Elə ki, səsləndi o bərbət yenə,  
Dedim kəndxudaya: «allah eşqinə,  
Ya tök qulağıma civə kar olum,  
Ya aç bu qapını tez kənar olum.» 
 
Xülasə, dostların xatirinə bütün kecəni bu qayda ilə  səhər 
eylədim. 
 
Şer 
 
 
89
Müəzzin qışqırır yersiz, mövqesiz,  
Bilməyir nə qədər keçib gecədən. 
Soruş göslərimdən uzun gecəni, 
Çünki bircə an da yatmamışam mən. 
 
Dan yeri sökülərkən qurşağımdan bir dinar çıxarıb, başımdakı 
çalmanı açdım və onları xanəndəyə bağışladım, sonra qucaqlayı
minnətdarlıq elədim. Dostlar mənim ona qarşı göstərdiyim bu 
ehtiramı adətdən xaric bilib, ağılsızlığıma yozdular. Dostlarımdan 
biri diliuzunluq edib məni danlamağa başladı ki, ovcunda bir gümüş, 
dəfində bir qruş görməyən xanəndəyə şeyxlik paltarını bağışlamaqda 
ıllı iş görmədin. 
 
Şer 
 
Bu məclisdən uzaq olsun, var idi bir nəğməxan,  
Ki, bir yerə iki dəfə cağrılmazdı heç zaman. 
Rast oxumaq istər ikən məlum oldu hünəri
Eşidənin bədənində biz–biz oldu tükləri. 
Saray quşu qorxusundan eyvandan uçdu getdi, 
Boğazını yırtdı özü, bizi yarımcan etdi. 
 
Dedim: 
– Məncə ağzını yumub, etiraz etməsən, daha yaxşıdır. Çünki bu 
adamın kəraməti mənə aydın oldu. 
Dostum dedi: 
– Elə isə nə üçün səbəbini mənə demirsən ki, mən də ona hörmət 
edib, zarafatla dediyim sözün üzrünü istəyim? 
Dedim: – Səbəbi budur ki, hörmətli  şeyxim mənə çoxlu öyüd–
nəsihət verər, musiqi məclisində  iştirak etməyimi qadağan edərdi. 
Mən isə qulaq asmazdım. Bu axşam isə  mənə böyük bir səadət üz 
verdi, uğurlu taleyim gətirib məni bu evə  çıxartdı. Burada həmin 
xanəndənin səsini eşitdikdə tövbə etdim ki, nə  qədər bir də belə 
məclislərdə iştirak etməyim. 
 
Şer 
 
Gözəl ağız, şirin dodaq, xoş boğazdan gələn səs  


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə