Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

 
70
38. Hekayət 
 
Bir gün Kəsranın
40
 hüzurunda bir necə alim yığışıb məsləhət-
ləşdilər. Onların başçısı Bozorcmehr də orada idi. Lakin susur, bir 
kəlmə  də danışmırdı. Sükutunun səbəbini soruşduqda o belə cavab 
verdi: 
–Həkim yalnız xəstəyə  dərman verər. Görürəm siz sağlam 
məsləhət verirsiniz, odur ki, mənim danışmağıma ehtiyac yoxdur. 
Sözü təkrar etmək ağıllı adamlara yaraşmaz. 
 
Şer 
 
Əgər iş səs–küysüz düzəlirsə, mən,  
Qaçaram dil açıb bir söz deməkdən.  
Korun qarşısında görsəm quyu var,  
Bu zaman dinməsəm, çox günah olar. 
 
39.  Hekayət  
 
Harunərrəşid
41
 Misir ölkəsini aldıqdan sonra demişdi:  
–Misirdə allahlıq iddiasında olan bu tüğyançıların acığına bu 
ölkəni qullarımdan  ən alçağına tapşıracağam. Onun həddən artı
yaramaz bir zəncisi var imiş. Harun Misrin hökmdarlığını  həmin 
zənciyə tapşırdı. Deyirlər ki, zənci o qədər ağılsız imiş ki, bir gün 
Misir əkinçiləri onun yanına şikayətə gəlib, Nilin ətrafında əkdikləri 
pambığın vaxtsız yağmurdan tələf olduğunu söylədikdə, o demişdi:  
–Yun əkəydiniz.. 
 
Şer 
 
Biliklə artsaydı insanın varı,  
Acından ölərdi aləmdə nadan.  
Qanmaza o qədər dövlət çatır ki,  
Qalır bu əmələ yüz alim heyran. 
 
Şer 
 
Biliklə tapılmaz bəxtü səadət,  
 
71
Göylərin əmrilə verilir qismət.  
Dünyada hesabsız, bədbəxt, yazıq var,  
Alçaqlar hörmətli, aqil isə xar.  
Kimyagər evdə ölür acından,  
Tapır xərabədə xəzinə nadan. 
 
40. Hekayət 
 
Şahlardan birinə bir çinli kənizi gətirdilər; məst halda ona 
yaxınlıq etmək istədi. Qız mane olub müqavimət göstərməyə başladı
Şah qəzəblənib onu qara bir qula bağışladı. Qulun üst dodağı burun 
pərələrini aşır, alt dodağı döşünə düşürdü. Elə bədheykəl idi ki, Səxr 
cinni
42
 onu görsəydi uzaqdan qaçardı, qoltuğunun altında da çox 
üfunətli bir iy vardı
 
Beyt 
 
Əbədi tapmışdı dünyada ikmal  
Onda eybəcərlik, Yusifdə camal. 
 
Şer 
 
Belə çirkin yaranıbmı, görəsən, bir insan,  
Onu təsvirə ola dildə, qələmdə imkan.  
Qucağı, üzdən iraq, bir qatı murdardır ki,  
Onu mordad
43
 günəşi pak edə bilməz bir an. 
 
Deyirlər ki, bu zaman qara qulun şəhvəti çoşmuş, gözü qızmış, 
nəfsini saxlaya bilməyib qızın bəkarətini almışdı. Sabahısı gün şah 
qızı axtardı, tapa bilmədi. Əhvalatı danışdılar, qan bışına vurdu, əmr 
etdi qul ilə qızı bir–birinə bağlayıb qalanın kəlləsindən dərənin dibinə 
atsınlar. 
Xeyirxah vəzirlərdən biri baş əyib təzim etdi və dedi: 
–Şahın ömrü uzun, dövləti əbədi olsun, burada yazıq qulun gü-
nahı yoxdur, onun da başqa qullar kimi şahdan mərhəmət gözləməyə 
haqqı vardır. 
Dedi: – Bir gecə səbr etsəydi dünya dağılmazdı ki, mən ona kə-
nizin qiymətindən daha çox dövlət verərdim. 


 
72
Dedi: – Ey yer üzünün allahı, düz buyurdunuz, lakin: 
 
 
73
Şer 
 
Ciyəri təşnə olan çəşməyə çatdıqda məyər,  
Çəkinərmi dəli fildən, buna de kim inanar:  
Boş otaq, süfrə dolu, mədəsi boş bir dinsiz.  
Ramazandan
44
 çəkinib süfrədə heç ac oturar?! 
 
Bu lətifə  şahın xoşuna gəldi. Dedi: – Yaxşı, qulu sənə bağış-
ladım, bəs kənizi neyləyim? 
Dedi: – Kənizi də qula bağışla ki, onun artığı özündən başqa heç 
kəsə layiq deyil. 
 
Şer 
 
Pis yerə gedəndən sənə dost olmaz, 
Dostunu yaxşı seç və yaxşı tanı.  
Təşnənin ürəyi götürməz içsin  
Üfunət ağızdan artıq qalanı
 
41. Hekayət 
 
Rumlu İskəndərdən
45
 soruşdular: 
–Qərbdən Şərqə qədər uzanan bu ölkələri necə tutdun? Halbuki 
keçmiş hökmdarların ömrü, xəzinəsi, mal–dövləti səndən artıq olmuş, 
lakin sənin qədər fəthlər edə bilməmişlər. 
İskəndər dedi: 
–Səbəbi budur ki, hər ölkəni aldıqda camaatını incitmədim, şah-
larına hörmət edib, adlarını ehtiramla çəkdim. 
 
Beyt 
 
Onu böyük saymaz aqil olanlar,  
Ki, böyük kəsləri pisliklə anar. 
 
Şer 
 
Keçici hər bir şey, heç olur şəksiz,  
Təxt ilə bəxt və əmrlə kirdar.  
Pisləmə köçənin yaxşı adını,  


 
74
Ta sənin öz adın qalsın paydar. 
 
 
75
 
II FƏSİL 
 
DƏRVİŞLƏRİN ƏXLAQI HAQQINDA 
 
1. Hekayət 
 
Yüksək mənsəbli bir şəxs zahiddən soruşdu: 
–Adamlar filan abidin dalınca pis danışırlar, sən onun haqqında 
nə deyə bilərsən? 
Dedi: 
–Zahirində eyib görmürəm, batininə isə bələd deyiləm. 
 
Şer 
 
Hörmət et, hər zaman, yaxşı adam bil,  
Hər kimi çox sadə geyinmiş görsən.  
Batini dərk etmək bir müşkül işdir.  
Darğa tək hər evə daxil olma sən. 
 
2. Hekayət 
 
Gördüm bir dərviş üzünü Kəbənin
46
 astanasına sürtür və hey belə 
deyir: «Ey kərim allah, rəhim allah, sən özün bilirsən ki, zalim və 
cahillərdən nə xətalar baş verə bilər». 
 
Qitə 
 
Xidmətində müqəssirəm əfv et.  
Çünki yoxdur ümid taətdən,  
Tövbə eylər günah üçün asi,  
Arif üzr istəyər ibadətdən. 
 
Abidlər dualarının icrətini, tacirlər mallarının qiymətini istərlər. 
Mən isə nə dua etmişəm, nə mal götirmişəm, baş götürüb dərganına 
dilənməyə  gəlmişəm. Vəziyyətimə görə yox, ləyaqətimə görə 
mənimlə rəftar et. 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə