Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

 
60
 
İlansanmı, kimi görsən tez çalırsan onu sən,  
Ya bayquşsan harda olsan dağıdırsan təməldən?! 
 
Şer 
 
Əgər gücün çatırsa da bizlərə,  
Çata bilməz qadir, böyük allaha.  
Yer əhlinə sən belə zor göstərmə.  
Ta köylərə yüksəlməsin bəd dua. 
 
Hakim bunu eşitdikdə qəzəblənib haman adamı cəzalandırdı. Bir 
gecə mətbəxdən qığılcım keçib odun anbarına düşdü. Hakimin bütün 
var–dövləti yandı. Onun rahat otağı kül yatağına döndü. Təsadüfən 
həmin şəxs oradan keçirdi. Gördü ki, hakim yaxın adamlarına deyir: 

 
Bilmirəm bu od mənim sarayıma haradan düşdü? Arif adam 
dedi: 
–Yoxsulların ürəyindən yüksələn ahın odundan. 
 
Şer 
 
Yaralı ürəkdən sən qorx hər zaman,  
Ki, yara nəhayət olacaq əyan.  
Toxunma ürəyə, ona əl vurma,  
Unutma, bir ahla dağılar cahan.. 
 
Deyirlər ki, Keyxosrovun
35
 tacında yazılmışdı
 
Şer 
 
Uzun illər, ömrlər, gəlib gecər dünyadan,  
Tökülər üstümüzə torpağı çox ellərin.  
Babalardan bizlərə qalan bağlar, binalar,  
Gecəcəkdir əlinə gələcək nəsillərin. 
 
 
61
27. Hekayət 
 
Bir adam güləşməkdə  şöhrət tapmışdı. O, üç yüz altmış  fənd 
bilir, gündə bir fəndlə güləşirdi.  Şagirdlərindən birinə hüsn–rəğbət 
bəslədiyinə görə ona üç yüz əlli doqquz fənd eyrətdi. Ancaq bir fəndi 
cürbəcür bəhanələrlə geri salır, öyrətmirdi. Xülasə, oğlan gücdə, 
ustalıqda elə  məşhur oldu ki, onun qabağında heç kim dayana 
bilmədi. Hətta iş o yerə çatdı ki, o, bir gün hökmdar hüzurunda 
lovğalanaraq dedi: 
– Ustam ona görə  məndən üstündür ki, həm böyük, həm də 
mürəbbimdir. Yoxsa mən gücdə ondan əskik deyiləm, ustalıqda da 
ona bərabərəm. 
Bu söz hökmdarın xoşuna gəlmədi. Əmr etdi, usta ilə şakird gü-
ləşsinlər. Hündür bir yer düzəltdilər, dövlət başçıları, saray xadimləri 
və ölkə  pəhlavanları toplandılar. Oğlan qızmış bir fil kimi elə bir 
heybətlə meydana çıxdı ki, qabağında qurğuşun dağ olsaydı yerindən 
qoparardı. Usta başa düşdü ki, şagirdi gücdə ondan üstündür. Ona 
görə gizli saxladığı  fəndlə  şagirdi ilə güləşməyə başladı. Oğlan ona 
girişə bilməyib hirsləndi. Usta onu başı üstə qaldırıb yerə vurdu. 
Camaat içərisində hay–küy qopdu. Hökmdar ustaya xələt, bəxşiş 
verməyi  əmr elədi. Sonra oğlana acıqlanıb danladı ki, öz ustadına 
vəfasız çıxdın və etdiyin iddianı da başa çatdıra bilmədin. 
Oğlan dedi: 
Ey hökmdar, o, pəhləvanlıqda mənə üstün gələ bilməzdi, bəlkə 
həyatı boyu məndən gizlətdiyi fənddən istifadə edib qələbə çaldı
Hökmdar dedi: 
–Demək, həmin fəndi belə bir gün üçün gizlədibmiş, zirək 
adamlar demişlər: «Dostu o qədər gücləndirmə ki, düşmənçilik 
fikrinə düşdükdə bir şey edə bilsin!». Eşitməmisənmi öz şagirdindən 
cəfa görmüş bir mürəbbi nə deyibdir? 
 
Şer 
 
Ya vəfa olmamış özü dünyada,  
Ya onu heç kəsə etmir zəmanə.  
Kimə öyrətdimsə ox atmağı mən,  
Axırda qəlbimi etdi nişanə. 
 


 
62
28. Hekayət 
 
Tərki–dünya bir dərviş səhrada tənha bir guşədə oturmuşdu. Bir 
padşahın yolu onun yanından düşdü. Qənaət mülkündə əyləşən dərviş 
əsla ona etina etmədi. Böyüklər adətincö hökmdar bu etinasızlıqdan 
hiddətlənib dedi: 
–Bu cındır keyinən tayfa eynən heyvan kimi şeydir, nə ünsiyyət 
bilir, nə insaniyyət. 
Vəzir dərvişə yaxınlaşıb soruşdu: 
–Ey qoca, dünya hökmdarı  sənin yanından keçir, nə üçün baş 
əyib nəzakət qaydalarını yerinə yetirmirsən? 
Dərviş dedi: 
–Hökmdara de ki, xidməti o adamdan umsun ki, onun şahdan bir 
gözətləməsi olsun. Onu da bilməlisən ki, hökmdar rəiyyəti qorumaq 
üçündür, nəinki rəiyyət əl bağlayıb, onun qabağında qurumaq üçün. 
 
Şer 
 
Padşah yoxsulun pasibanıdır,  
Nə qədər olsa da güclü hökmran.  
Qoyunlar çobanın malı deyildir,  
Qoyuna baxmaqçın qoyulur çoban. 
 
Şer 
 
Birisi olmuşdur bu gün namdar  
Başqası döyüşdə edir ahü zar.  
Sən bir an səbr eylə ta ki, bu torpaq,  
Udaraq onları etsin tar–mar.  
O zaman fərqlər qalxar aradan,  
Bilinməz kim quldur, kimdir hökmdar,  
Kim açsa ölünün qəbrini bilməz,  
Bu yatan fəqirdir, ya da bir kübar. 
 
Hökmdar dərvişin doğru sözünü bəyənib dedi: 
–Məndən bir şey tələb et!  
Dedi: 
–Ey hökmdar, səndən tələbim budur ki, bundan artıq mənə 
 
63
əziyyət verməyəsən!  
Hökmdar dedi: 
 
–Mənə bir nəsihət ver! Dedi: 
 
Şer 
 
Qədrini bil əldə var ikən nemət.  
Ki, əl–əl dolanır bu mal, bu dövlət 
 
29. Hekayət 
 
Bir vəzir Zünnuni Misrinin
36
 yanına gedərək dedi: – Mənə bir 
xeyir–dua verin, gecə–gündüz  şah xidmətində qulluq edirəm, buna 
baxmayaraq əziyyət verməyəcəyindən arxayın deyiləm. 
Zünnun ağlayıb dedi: – Sən sultandan qorxduğun qədər mən 
allahdan qorxsaydım, onun ən sadiq adamları mövqeyinə qalxmış 
olardım.  
 
Şer  
 
Rahatlıq, əziyyət, ümid və qorxu,  
Olmasa yoxsulun nə dərdi vardı?!  
Allahdan çəkinib qorxsaydı vəzir,  
Şahdan çox hörmətə layiq olardı
 
30. Hekayət 
 
Bir padşah günahsız bir adamın öldürülməsini əmr etdi, günahsı
dedi: 
– Ey hökmdar, mənə qəzəblənib özünə ziyan vurma, çünki cəza 
bir anda qurtarar, qanım isə əbədi olaraq sənin boynunda qalar. 
 
Şer 
 
Acılıq, şirinlik və yaxşı, yaman,  
Səhrada külək tək keçdi durmadan.  
Sitəmkar sandı ki, zülm etdi bizə,  
Biz dözdük, günaha batdı o nadan,  


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə