Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

 
48
caq sənin yaxşı sifətlərini  şahın qarşısında pis qələmə versinlər və 
onun sənə  qəzəbi tutsun. Belə bir hal baş verərsə, kimin danışmağa 
cürəti çatar ki, səni müdafiə etsin? Məsləhət görürəm ki, aza qənaət 
edib rəislik fikrindən daşınasan. 
 
Beyt 
 
Dənizdən çox xeyir olsa da hasil,  
Şübhəsiz yaxşıdır yenə də sahil. 
 
Dostum bu sözləri eşitcək hirsləndi, üzünü çevirib ağır sözlər 
deməyə başladı və dedi: 
–Sən nə danışırsan, ağıllı, düşüncəli adam belə sözlər deyərmi? 
Atalar doğru demişlər: «Dost dar gündə bilinər, süfrə başında düşmən 
də dost görünər». 
 
Şer 
 
Ona dost demə ki, süfrə başında,  
Deyə: «Qardaşın da, dostun da mənəm» 
Ona dost deyərəm ki, çətin gündə,  
Dostun arxasında dayana möhkəm. 
 
Dostumun açıqlandığını və nəsihətimi qərəz sandığını gördükdə 
Sahib–divanın
29
 yanına getdim. Çoxdan bəri yaxın olduğumuza görə 
dostumun əhvalını ona nağıl etdim, ləyaqətli, və sədaqətli olduğunu 
söylədim. Nəhayət, dostumu kiçik bir vəzifəyə  təyin etdilər. Bir 
müddət həmin vəzifədə  işlədikdən sonra düz və bacarıqlı olduğunu 
görüb bəyəndilər, daha yüksək bir vəzifəyə  təyin etdilər. Beləliklə, 
getdikcə onun tale ulduzu yüksəldi, nəhayət istədiyi ən yüksək mərtə-
bəyə çatdı, hökmdarın rəğbətini qazanaraq onun ən yaxın xidmətçi-
lərindən biri oldu. Kefinin köklüyündən xəbərdar olduqda sevinib 
dedim: 
 
Beyt 
 
Darıxma iş görünsə bir qaranlıq quyuda  
Çünki qaranlıqdadır o dirilik suyu
30
 da, 
 
49
 
Beyt 
 
Qardaşım, qəm çəkib etmə ahü–zar,  
Allahın çox gizli mərhəməti var 
 
Beyt 
 
Zəmanə dərdindən çəkmə qəm, kədər,  
Səbr acı olsa da, şirin bar verər. 
 
Təsadüfən mən bir necə dostumla səfərə getməli oldum. Məkkə-
dən qayıdanda həmin dostum məni qarşılamağa gəldi. Dərhal 
duydum ki, işdən çıxarıblar, Çünki dövlət adamları ancaq işdən çıxa-
rıldıqları zaman dostu axtarmağa vaxt tapa bilərlər. 
 
 
 
Şer 
 
Vəzifə başında, baxt gülən zaman.  
Dostların üzünə baxmaz bircə an.  
Kasıblıq, çətinlik üz verən dəmdə.  
Dostuna söyləyər dərdini haman. 
 
Üzündə qəm nişanəsi qiyafəsində kədər ifadəsi görüb soruşdum 
ki, bu nə haldır?  
Dedi: 
–Necə ki, demişdin, elə də oldu. Bəzi adamlar paxıllıq edib, mə-
ni xəyanətkarlıqda ittiham etdilər. Hökmdar isə işin nə yerdə olduğu-
nu aydınlaşdırmaq üçün səy köstərmədi. Qədimki dostlarım, səmimi 
yoldaşlarım da keçmiş  sədaqəti unudaraq həqiqəti deməkdən 
çəkindilər. 
 
Şer 
 
Vəzifə başında olan kəslərə,  
Hamı söyləyər: mərhəba, afərin,  


 
50
Vəzifə başından salan tək fələk, 
Başından basarlar, ürəklərdə kin, 
 
Xülasə, cürbəcür işgəncələrə  məruz qaldım. Nəhayət bu həftə 
həccə gedənlərin sağ–salamat qayıtmaları münasibətilə məni həbsdən 
azad etdilər və yalnız atadan qalan mirası geri verdilər. 
Dedim: 
–O zaman sözümü qəbul etmədin, hökmdarlara xidmət etmək 
dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə tapar-
san, ya dənizdə batarsan, 
 
Beyt 
 
Ya xacə bağrına basar simü zər,  
Ya dəniz xacəni
31
 bir gün qərq edər. 
 
Bundan artıq onu danlamağı, yaralı könlünə duz səpib yenidən 
sızıldatmağı rəva germədim, sözümü bu iki beytlə müxtəsər etdim: 
 
 
Şer 
 
Bilmirdin, nəsihət dinləməyəndə,  
Nəhayət ayağın düşəcək bəndə?  
Əqrəb yuvasına barmaq uzatma,  
Əgər ağrısına tab yoxsa səndə! 
 
17. Hekayət 
 
Dərvişlərdən bir neçəsi mənimlə dost idi. Onlar zahirən təmiz 
adamlar idilər. Buna görə də böyük mənsəb sahiblərindən biri onlara 
həddən artıq inanaraq, hərəsini bir vəzifəyə  təyin etmişdi. Bir gün 
onların birindən dərvişə yaraşmayan bir hərəkət baş verdi, mənsəb 
sahibi hamımızdan  şübhələnməyə başladı  və beləliklə bazarımı
kasadlaşdı. Yoldaşların işini bir təhər yenidən bərqərar etmək üçün 
mənsəb sahibinin yanına getdim. Qapıçı  bəd üz göstörib əvvəlcə 
məni içəri buraxmadı. Mən onda günah görmədim. Çünki məsəl var 
deyərlər: 
 
51
 
Şer 
 
Əmirin, vəzirin və hökmdarın,  
Səbəbsiz dolaşma ətrafında sən.  
Dərban da, köpək də qəribi tutar.  
Birisi yaxadan, biri ətəkdən.  
 
Hökmdar mənim qapıda gözlədiyimi bilən kimi, dərhal məni içə-
ri apartdırıb hörmətlə yuxarı başda yer göstərdi, lakin mən tava-
zökarlıqla aşağı başa keçib dedim: 
 
Beyt 
 
Nə olar qoy olum sənə bir bəndə,  
Bəndələr səfində oturum mən də. 
 
Dedi: 
– Allah eləməsin, bu nə sözdür? 
 
 
 
Beyt 
 
Otursan gözlərim üzərində sən  
Nazını çəkərəm ki, nazəninsən. 
 
Xülasə, oturub hər tərəfdən danışdıq, nəhayət yoldaşların ağı
yaşayışından söz açıb dedim. 
 
Şer 
 
Nə gördü bizdə ki, nemət verən beyük sultan,  
Baxır qəzəblə bizə, dindirir məlamətlə.  
Xuda uçün yaraşar lütfü mərhəmət daim,  
Günah görəndə belə lütf edər kəramətlə. 
 
Bu söz hökmdara çox xoş  kəldi, dostlarımın maddi vəziyyətini 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə