Microsoft Word Sadi Gulustan doc


ı kimi bərpa etməyi, boş gecən günlərin də  əmək haqqı



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

 
52
qabaqkı kimi bərpa etməyi, boş gecən günlərin də  əmək haqqını
verilməyini əmr etdi. Minnətdarlığımı bildirdim, vaxtını almağa cəsa-
rət etdiyim üçün üzr istədim və təzim edərək çıxanda dedim: 
 
Şer 
 
Kəbə niyaz qibləsidir, ona görə əhali,  
Ziyarətə gələr onu uzaq–uzaq yollardan  
Sən də gərək çox dözəsən verdiyimiz zəhmətə,  
Çünki barsız bir ağaca daş atmazlar heç zaman. 
 
18. Hekayət 
 
Bir şahzadəyə atasından çoxlu miras qaldı. O, əliaçıqlıq və səxa-
vət göstərərək,  əsirgəmədən qoşuna və camaata bəxşışlər verməyə 
başladı
 
Beyt 
 
İyləsən duymazsan ətrini udun,  
Yananda ətrini duyarsan onun.  
Böyüklük axtarsan, göstər səxavət,  
Ki, toxum əkməsən almazsan nemət.  
 
Bir gün nadan yoldaşlarından biri ona öyüd–nəsihət verib dedi: 
–Keçmiş hökmdarlar bu qədər mal–dövləti səy, zəhmətlə topla-
yıb yaman gün üçün yığmışlar. Bilməlisən ki, qabaqda bir çox hadi-
sələr gözlənir, arxada isə düşmənlər gizləiir. Bu qədər israf düzgün 
deyildir, çünki lazım olan vaxtda pula əl çatmaz. 
 
Şer 
 
Xəzinə bəxş etsən rəiyyətə sən,  
Hər kəndə pay düşər bir düyü qədər.  
Hər kəsdən bir arpa gümüş toplasan,  
Payına hər gün bir xəzinə düşər. 
 
Bu söz şahzadənin xoşuna gəlmədi, ona acıqlanıb dedi: 
 
53
–Allah bu mal–dövləti ona görə mənə veribdir ki, həm özüm ye-
yəm, həm də başqalarına bağışlayam, nainki gözətçi olub qoruyam. 
 
Beyt 
 
Böyüklük istəsən xalqa bəxşiş ver,  
Sən, toxum səpməsən nə bitirər yer? 
 
Beyt 
 
Qarun
32
 belə qırx xəznədə verdi can,  
Yaxşı adla yaşadı Nuşirəvan. 
 
19. Hekayət 
 
Nağıl edirlər ki, bir gün ədaləti Ənuşirəvan üçün ovlaqda kabab 
bişirirdilər, lakin duz yox idi. Duz üçün kəndə bir adam göndərmək 
lazım gəldi. Nuşirəvan ona dedi: 
–Duzu zorla deyil, pulla al ki, kənd xaraba qalmasın.  
Soruşdular: 
–Azacıq duzla kənd neçə xaraba qalar? 
Ənuşirəvan cavab verdi: 
–Zülm dünyada əvvəlcə az idi, sonra hər gələn ona bir az artırdı
nəhayət, indiki həddə gəlib çatdı
 
 
 
Şer 
 
Şah rəiyyət bağından bir alma dərsə həmən,  
Nökərləri çıxarar ağacları kökündən.  
Beş yumurta alıb şah zülm eyləyən zamanda,  
Qoşunu min toyuğu şişə çəkər bir anda. 
 
20. Hekayət 
 
Eşitmişəm ki, nadan bir vəzir sultanın xəzinəsini doldurmaq 
üçün camaatın var–dövlətini əlindən alarmış. Görünür o, ataların bu 


 
54
sözündən xəbərsizmiş: 
– Hər kim xalqa zülm edib böyük və əziz allaha asi olsa, allah da 
həmin xalqı onun üzərinə qaldırıb, kökünü yer üzündən kəsər. 
 
Beyt 
 
Atəşdən daha da bətər yandırar,  
Məzlumun ürəkdən çəkdiyi ahlar. 
 
Deyirlər heyvanların  ən  əzəmətlisi  şir,  ən alçağı  eşşəkdir, lakin 
hamı təsdiq edər ki, yük daşıyan eşşək, adam öldürən şirdən yaxşıdır. 
 
Şer 
 
Eşşək ki, deyirlər çox natəmizdir,  
Yük çəkir, bununçun xalqa əzizdir. 
Zəhmətkeş öküzlə, yük çəkən eşşək, 
Bədxah insanlardan yaxşıdır bişək. 
 
Yenə nadan vəzirin nağılına qayıdaq. Təsadüfən sultan vəzirin 
bəzi yaramaz işlərindən xəbərdar oldu. Elə bilmə ki, qan yerdə qalar. 
Sultan vəziri cəzalandırıb cürbəcür əziyyətlərlə öldürtdü. 
 
Şer 
 
Soltanın istəyi yerinə yetməz,  
Xalqının halına qalmasa əgər,  
İstərsən ki allah səni ucaltsın,  
Allahın xalqına mərhəmət göstər. 
 
–Belə deyirlər ki, sitəmdidələrdən biri vəzirin başı üstünə gəlib, 
ona neçə cəza verildiyini müşahidə edib deyirdi: 
 
Şer 
 
Bəzi arxalanıb öz qol gücünə,  
Xalqın var–yoxunu əlindən alar.  
Lakin udulsa da sivri bir sümük,  
 
55
Göbəkdə bənd alıb, qarnı parçalar. 
 
Beyt 
 
Xalqına zülm edən zalım dünyada,  
Həmişə lənətlə salınar yada. 
 
21. Hekayət 
 
Nağıl edirlər ki, bir mərdümazar hərbçi, rəhmdil bir dərvişin 
başına daş vurdu. Dərviş intiqam ala bilmədiyi üçün daşı götürüb 
saxladı. Bir gün hökmdar haman hərbçiyə qəzəblənərək onu quyuya 
saldı. Dərviş quyunun başına gəlib saxladığı daşı onun başına çırpdı
Hərbçi soruşdu: 
–Sən kimsən, məni niyə daşla vurursan? 
Dərviş dedi: 
–Mən haman adamam ki, bu daşı sən filan tarixdə mənim başıma 
vurmuşdun. 
–İndiyə qədər bəs haradaydın? 
–Xidmətdə olduğun zaman hiddətindən qorxurdum. İndi isə səni 
quyuda görüb, acığımı çıxmağa fürsət tapdım. 
 
Şer 
 
Hər əclafa olsa əgər bəxti yar
Fazil adam sükut edər ixtiyar.  
Yoxundursa iti dırnaq və pəncən,  
Vəhşilərlə heç vuruşa girmə sən.  
Hər kim polad qola dursa müqabil,  
O, öz lətif qollarını əzər, bil.  
Gözlə, fələk onu yıxan zamanda,  
Dost kamınça əz başını bir anda.  
 
22. Hekayət 
 
Keçmiş hökmdarlardan biri elə bir dərdə düşdü ki, adını 
çəkməsək yaxşıdır. Bütün həkimlər belə  nəticəyə  gəldilər ki, bu 
dərdin dərmanı ancaq filan xasiyyətlərə malik adamın ödü ola bilər. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə