Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

 
40
Daha dövlətlisə, daha yoxsuldur.
26
 
 
Sonra o, mənə müraciət edib dedi: 
–Dərvişlərin mərhəmətli və sədaqətli olduğuna inandığıma görə, 
xahiş edirəm, mənə bir məsləhət verəsiniz, çünki güclü bir duşmən 
məni hədələyir. Cavabında dedim: – Gücsüz rəiyyətə  rəhm elə ki, 
güclü düşməndən zülm görməyəsən! 
 
Şer 
 
İnsaf deyil, güclü ikən göstərərək zor, qüvvət.  
Sındırasan bir yazığın pəncəsini nəhayət. 
Qorxsun o kəs, biçarəyə rəhm etməyib zülm edə. 
Yıxılanda kimsə ona hayan durmaz əl–əlbət.  
Hər kim əkib «pislik» dəni, yaxşı məhsul gözləsə.  
Xam xəyala düşmüş olar, boşa çıxar bu niyyət.  
Qulağından pambığı at, ver bu xalqın haqqını.  
Sən verməsən, gələr bir gün, haqqın istər rəiyyət. 
 
Şer 
 
Bir bədən üzvüdür bu bəni–adəm.  
Eyni bir çövhərdən yaranmış aləm.  
Bir üzvü dərdlərə salsa ruzigar.  
Tutmaz başqa üzvü yerində qərar.  
Özgənin dərdinə əgər qalmasan,  
Yaraşmaz adına deyilsin insan. 
 
11. Hekayət 
 
Duası müstəcab olan bir dərviş Bağdad  şəhərinə  gəldi. Həccac 
Yusifə
27
 xəbər verdilər, onu yanına çağırtdırıb dedi: 
–Mənim üçün bir xeyir–dua ver! 
Dedi: 
–Ey allah, Həccacın canını al!  
Həccac soruşdu: 
–Allah xatirinə, bu necə duadır? 
Dedi: 
 
41
–Bu duanın həm sənə, həm də bütün müsəlmanlara xeyri vardır. 
 
Şer 
 
Məzlumlara zülm edən ey hökmran!  
Nə vaxtadək sürəcəkdir bu dövran?!  
Nə dörd əlli tutmusan bu dünyanı,  
Birdəfəlik öl ki, mərdümazarsan. 
 
12.Hekayət 
 
Zalim hökmdarlardan biri, bir abiddən soruşdu: 
–İbadətlərdən hansı yaxşıdır?  
Dedi: 
–Sənin üçün yarım günlük yuxu. Heç olmasa camaat yarım gün 
sənin əziyyətindən qurtarmış olar. 
 
Şer 
 
Gündüz gördüm yatıbdır bir zülmkar,  
Bu fitnədir dedim, yatsa yaxşıdır.  
Oyaqlıqdan yatması xoş olan kəs.  
Birdəfəlik yerə batsa yaxşıdır. 
 
13. Hekayət 
 
Nəql edirlər ki, bütün gecəni eyş–işrətlə  məşğul olan bir 
hakmdar səhərə yaxın məst halda deyirdi: 
 
Bizim üçün bu dünyada bundan artıq dəm yoxdur. 
Ki, yaxşı, pis şeylər üçün fikir yoxdur, qəm yoxdur. 
 
Bayırda,  şaxtalı havada çılpaq yatmış bir dərviş bunu eşidib 
dedi: 
 
Beyt 
 
Ey deyən dünyada, ən xoşböxt bizik,  


 
42
Tutaq, sən qəmsizsən, biz də qəmsizik? 
 
Dərvişin sözündən hökmdarın xoşu gəldi, ona min qızıl vermək 
istədi, pəncərədən qızıl kisəsini çıxarıb səslədi: 
—Dərviş, ətəyini aç!  
Dərviş dedi: 
–Paltarım var ki, ətəyim olsun?! 
Dərvişin belə yazıq vəziyyətini və zərif təbiətini görən hökmda-
rın ona həddən artıq rəhmi gəldi. O, qızıl kisəsinin üstünə bir xələt də 
qoyub, dərvişə verdi. Lakin çox çəkmədi ki, dərviş pulu xərclədi, 
xələti də satıb yedi və yenə  bəxşiş ümidi ilə hökmdarın yanına 
qayıtdı
 
Beyt 
 
Azadə kəslərin əli boş olar,  
Xəlbirdə su qalmaz, aşiqdə qərar.  
 
Hökmdarın söz dinləməyə meyli olmadığı vaxt dərvişin gəldi-
yini ona xəbər verdilər. Hiddətlənib, qaşqabağını tökdü. 
Buna görə  ağıllı adamlar deyiblər ki, hökmdarların qəzəbindən 
ehtiyat etmək lazımdır. Çünki hökmdarlar ölkənin böyük məsələlərilə 
məşğul olduqlarından qara camaatın hayına qalmazlar. 
 
Şer 
 
Hər kim gozləməsə vaxtı, fürsəti,  
Ona haram olar şahın neməti.  
Hər zaman sözünün bil məqamını  
Boş sözlə məhv etmə ehtiramını
 
Hökmdar dedi: 
– O qədər dövləti az bir vaxtda dağıdıb tələf edən bu həyasız, 
israfçı  gədanı buradan qovun! Dövlət xalqın malıdır. Kömək 
yoxsullar üçündür, israfçılar üçün deyil. 
 
Beyt 
 
 
43
Axmaq əgər yandırarsa şamını gündüz çağı,  
Gecə vaxtı şamsız qalar, zülmət olar otağı
 
ıllı  vəzirlərdən biri sözə qarışıb dedi: – Ey hökmdar, məncə 
belə adamlara xərcliyi az–az vermək yaxşıdır ki, birdən israf etməsin-
lər. Cəzalandırmaq məsələsinə gəldikdə isə, əmriniz onu tərbiyələn-
dirmək məqsədilə olsa da, bəziləri bunu sizin səxavətsizliyinizə 
yozarlar. Bundan əlavə, ümidvar etdiyiniz adamı yenidən naümid 
edib könlünü sındırmaq kəramətinizə yaraşmaz. 
 
Beyt 
 
Tamahkara öz qapını çalış açma heç zaman,  
Açdınsa bil, bir də onu bağlamaq olmaz asan. 
 
Şer 
 
Kim görmüş dünyada Hicaz
28
 təşnəsi,  
Şor suyun yanında yurd salıb yaşar?  
Lakin harda şirin bir bulaq olsa,  
İnsan, quş, qarınca ora toplaşar. 
 
14. Hekayət 
 
Keçmiş hökmdarlardan biri ölkəni idarə etmək işində bacarıqsı
olub, qoşuna yaxşı fikir vermirdi. Gunlərin birində ölkəyə güclü bir 
düşmən basqın etdi. Əsgərlər hökmdardan üz döndərib, düşmənə 
qarşı vuruşmaqdan boyun qaçırdılar. 
 
Beyt 
 
Əsgərə xəzinə qıymasa sultan,  
O da əl qılınca atmaz heç zaman. 
 
Hökmdara sədaqətskzlik göstərənlərdən birisi mənimlə dost idi. 
Onu danlayıb dedim: 
–İllər boyu xidmət etdiyin və nemətindən faydalandığın  şəxsin 
vəziyyəti azacıq dəyişəndə ondan üz çevirmək – sədaqətsizlik, nan-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə