Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

 
106
Ki alimi tutub, atdın rəfiqa?»  
Dedi: «O, öz kilimini qoruyur,  
Bu çalışır xilas etsin ğəriqi»
*
 
38. Hekayət 
 
Bir sərxoş  gənc yol kənarında yatmış, özündən bixəbər yerə 
sərilib qalmışdı. Bir abid oradan keçərkən bu iyrənc mənzərəyə nəzər 
saldı. Gənc məstlik yuxusundan baş qaldıraraq bu ayəni oxudu: – 
Mömin adamlar iyrənc şeylərin yanından keçərkən, kəramət edib onu 
görməməzliyə vurarlar... 
 
Şer 
 
Günahkar görəndə eybini açma,  
Daima səbirli, mərdanə ol sən. 
Bir nöqsan görsən də mənim işimdə,  
Olmazmı lütfünlə onu örtəsən? 
 
Şer 
 
Hər günah edəndən sən üz döndərmə,  
Ona əfv edənlər kimi sal nəzər,  
Mən əgər cavanmərd deyiləm işdə.  
Sən mərd ol, kərəmlə bir qayğu göstər. 
 
39. Hekayət 
 
Bir dəstə  əyyaş bir dərvişlə sözə  gəldilər, ağızlarına gələn 
nalayiq söyüşlər söyüb onu əzişdirdilər. Dərviş  şikayət üçün 
mürşüdün yanına getdi, başına gələni nəql etdi. 
Dedi: – Ey oğul dərviş xirqəsi razılıq, dözümlük libasıdır, onu 
geyən hər zülmə qatlaşmalıdır, əks halda dərvişliyi tərk edib xirqəni 
çıxartmalıdır. 
 
Beyt 
 
                                                           
*
 ьяриг – Суда боьулан 
 
107
Ümman bir daş ilə heç dalğalanmaz,  
Arif inciyərsə, dayazdır-dayaz. 
 
Şer 
Bir zərər dəyərsə sənə səbr elə,  
Əfv ilə günahdan təmizlənərsən;  
İndi ki, hər şeyin sonu torpaqdır,  
Torpaq tək sakit qal, elə indidən. 
 
40. Mənzum hekayət 
 
Sənə bir hekayət söyləyim dinlə,  
Bağdadda deyişdi bayraq pərdəylə  
Bayraq öz alından edib şikayət  
Pərdəyə acıqla dedi nəhayət  
«Bizki, hər ikimiz mərdü mərdana,  
Xidmət eləyirik eyni sultana.  
Neçün dincəlmirəm xidmətdə bir -an,  
Səfərdə puç olur ömrüm hər zaman.  
Sən isə bilmirsən əziyyət, hasar,  
Nə səhra görürsən, nə toz, nə qubar,  
Belə ağır ikən mənim xidmətim,  
Bəs neçün sən qədər yoxdur hörmətim?  
Sən gözəl bəndələr qucağındasan,  
Səninlə əl verir hər nazlı canan.  
Mən isə gəzirəm hey əldən-ələ.  
Çöllərdə sərkərdan qalmışam hələ»  
Dedi: «Mənim başım asitandadır.  
Lakin sənin başın asimandadır.  
Kim biça boynunu dik tutsa hər an,  
Gəzər boyunlarda belə sərkərdan». 
 
41. Hekayət 
 
Ariflərdən biri bir pəhlivanı hirslənmiş  və  ağzı köpüklənmiş 
görüb soruşdu: 
–Buna nə olubdur? 
Dedilər: 


 
108
–Filan adam onu söyübdür.  
Arif adam dedi: 
–Bu necə  işdir ki, bu yaramaz min batmanlıq daşı götürə bilir, 
lakin bircə sözü götürə bilmir? 
 
Şer 
 
Sən, gücündən dəm vurub, demə «cavanmərdəm mən»  
Mərdlik deyil nəfsinə qul olub aciz durmaq.  
Hünərin var şirin et bir ağızı, yoxsa ki,  
Cavanmərdlik deyildir ağıza zərbə vurmaq. 
 
Şer 
 
Birisi filə də qalib gəlirsə,  
O, hələ qəhrəman cavan deyildir.  
Torpaqdan yoğrulmuş insanın zatı,  
Təmkini olmasa, insan deyildir. 
 
42. Hekayət 
 
Bir böyük adamdan Səfa qardaşlarının
70
 xasiyyətlərini soruşdum. 
Dedi: 
–Ən azı odur ki, dostlarının xeyrini öz şəxsi mənafelərindən üs-
tün tutarlar. 
Alimlər deyiblər: «Yalnız öz hayına qalan qardaş, nə qardaşdır, 
nə yoldaş». 
 
Beyt 
 
Yol yoldaşı tələsərsə, qoy o getsin, sən dincəl,  
Sənlə dostluq etməyənə, sən də ürək vermə, gəl. 
 
Beyt 
 
Dəyanət görməsən əgər qohumdan,  
Qısırlıq yaxşıdır belə doğumdan. 
 
 
109
Yadımdadır, müddəilərdən birisi mənim bu beytimə etiraz edib 
dedi ki, allah öz müqəddəs kitabında rəhmsiz olmağı qadağan etmiş, 
yaxın adamları sevməyi buyurmuşdur, sənin dediklərin isə bunlara 
ziddir. Dedim qələt edirsən, Quranda deyilmişdir: 
«Əkər ata-anan çalışıb bir şeyi mənə  şərik qoşmağa səni vadar 
etsə, onlara itaət etmə!» 
 
Beyt 
 
Haqqı yad etməyən min qohumdansa,  
Xoşdur bir yad dosta ürək bağlansa. 
 
43. Mənzum hekayət 
 
Bağdadda çox zərif bir qoca vardı,  
Qızını bir başmaq tikənə verdi.  
Qızın dodağını o kobud, nadan;  
Elə sordu ondan axdı qızıl qan  
Səhəri atası bu halı görçək,  
Damadın yanına yola düşdü tək.  
Soruşdu: «Ay alçaq, bu necə dişdir? 
Dodaq çeynəyirsən, bu necə işdir?»  
Bunu zarafatla deməyirəm mən.  
Şuxluğu ataraq ciddini al sən.  
Təbə hakim olsa pis xislət, inan,  
Ölüncə o şəxsin çıxmaz canından. 
 
44. Hekayət 
 
Bir fəqihin həddən artıq çirkin bir qızı vardı. Cehiz, var-dövlətə 
baxmayaraq, qızını alan olmurdu. 
 
Beyt 
 
İpək də, xara da çirkin görünər,  
Çirkin bir gəlinə örtülsə əgər. 
 
Nəhayət, qızını bir kora vermək məcburiyyətində qaldı. Nağı


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə