Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   2   3   4   5   6   7   8   9   ...   53

 
18
Tapa bilməz yəqin heç kəs gəzərsə cümlə dünyanı,  
Sənin dərgahi–alin tək ki, versin dərinə dərman.  
Özünsən arxası hər bir zavallı bəndənin daim,  
Görüm versin mükafatın sənin ol xaliqakeyhan.  
Bu xaki–Parsı sən saxla ilahi badi–afətdən,  
Nə qədri abü xak olsa cahanda baqi, cavidan. 
 
 
 
19
 
KİTABIN YAZILMASININ SƏBƏBİ 
 
Bir gecə gecən günləri xatırlayıb hədər getmiş ömrümə  təəssüf 
edir, könlümün saray daşını göz yaşımın almaz danələrilə deşir, öz 
halıma münasib olan bu beytləri deyirdim: 
 
Şer 
 
Ömürdən gedir bu gecən hər nəfəs  
Baxıram ətrafa qalmamış bir kəs  
Ey yatan əlli il qəflətdə bütün,  
Qoyma ki, boş gecə bu qalan beş gün  
Utansın o kəs ki, ömrü puç etdi,  
Dünyadan köçəndə xəcalət getdi.  
Köç vaxtı səhərin şirin yuxusu.  
Qoyar piyadəni yoldan, doğrusu.  
Hər gələn dünyada bir bina saldı  
O getdi, mənzili özgəyə qaldı.  
Çoxları dünyaya göstərdi həvəs.  
Tikdiyi binada qalmadı bir kəs.  
Vəfasız dünyaya meyl etmə, zinhar.  
Dostluğa yaramaz bu köhnə qəddar  
İndi ki, öləcək pis də, yaxşı da.  
Xoş ona ki çatdı yaxşı bir ada.  
Bir yarpaq göndər öz qəbrinə bu gün  
Ki, sonra göndərmök deyildir mümkün.  
Dövran bir günəşdir, ömür isə qar  
Hələ gör xacədə necə qürrə var?  
Ey pulsuz bazara gedən sərsəri,  
Xorxuram əliboş dönəsən geri.  
Sütülkən kim yesə əkinin hər il,  
Başşaq toplayacaq xirmən üstü bil. 
 
Bu düşüncələrdən sonra belə qərara gəldim ki, xəlvət bir guşəyə 
çəkilib heç kəslə söhbət etməyim, sinə  dəftərimi mənasız sözlərdən 
təmizləyib, daha hədərən–pədərən danışmayım. 
 


 
20
 
 
Beyt 
 
Qalıb bir kuşədə sakit danışmaz olsa bir insan,  
Daha xoşdur, açıb dil boş, ləyaqətsiz danışmaqdan. 
 
Elə bu zaman vaxtilə kəcavədə həmnişinim
4
 və hücrədə həmdə-
mim olan dostlarımdan biri qabaqkı adəti üzrə qapımdan içəri girdi. 
O, nə qədər gülüb–danışıb, zarafat etdisə, cavab vermədim və başımı 
ibadətdən qaldırmadım. İncik nəzərlə məni süzüb dedi: 
 
Şer 
 
Bu gün mümkün ikən danışmaq sənə,  
Dil ac, qardaşım, söylə, xoşluqla din!  
Əcəl peyki bir gün yaxandan tutar.  
Zərurət üzündən susarsan, yəqin. 
 
Yaxın adamlarımdan biri vəziyyəti görüb, dostumu başa saldı ki, 
filankəs qalan ömrünü dünyada kuşənişinliklə keçirib, tənhalıq və 
sükutla başa vurmağı  qərara almışdır.  Əgər bacarırsan, sən də öz 
başının çarəsini qıl, nə məsləhət bilirsənsə elə də et. 
Dedi: 
– O böyük izzətə  və  qədim səmimiyyətə and olsun, əgər o, 
mənimlə  həmişəki kimi dostcasına danışmasa,  əl çəkib, ayaq geri 
qoymayacağam. Çünki dostun gönlünə  dəymək nadanlıqdır.  İçdiyi 
andın günahını isə asanlıqla yuya bilər. Onun seçdiyi bu yol düz yol 
deyil, ağıllı adamlar rəva bilməzlər ki, Əlinin zülfüqarı qınında, Sə-
dinin sözü qəlbində qalsın. 
 
Şer 
 
Nədir dil ağızda, ey ağlı olan,  
Hünər xəznəsinə açardır inan.  
Əgər bağlı olsa, kim anlar ki, o,  
Cavahir satandır, ya muncuq satan 
 
 
21
 Şer 
 
Ədəb sayılsa da məclisdə susmaq,  
Məsləhət zamanı danışmaq kərək.  
İki şey ağıla nöqsan sayılır,  
Yersiz susmaq ilə yersiz söz demək. 
 
Nəhayət onunla danışmaqdan boyun qaçırıb, üz döndərməyə in-
safım yol vermədi, o mənim  ən yaxın dostum və  sədaqətli sirdaşı
idi. 
 
Beyt 
 
Necə vuruşasan, o adamla sən,  
Ki, onun üzündən gecə bilmirsən. 
 
Onunla söhbət etməyə  məcbur oldum. Qalxıb gəzə–gəzə seyrə 
çıxdıq. Bahar fəsli idi, şaxtalı soyuqlar zamanı keçmiş, qızıl gül 
dövranı çatmışdı
 
Nəzm 
 
Ağaclar üstündə yarpaq köynəyi,  
Bayram paltarıdır şadlıq bağında 
Birinci günüdür Ordibehiştin,
5
  
Bülbüllər oxuyur gül budağında.  
Qızılgül üzünə al şəbnəm
 
qonmuş.  
Sanki tər düzülmüş yar yanağında. 
 
Gecəni dostlarımızdan birinin bağında keçirməli olduq. Gözəl və 
səfalı bir yer idi. Ağaclar baş–başa vermiş, sanki torpağına mina 
zərrələri səpilmiş, budaqlarına ulduz danələri asılmışdı
 
Şer 
 
Cənnəttək bir bağdır, cağlayır sular, .  
Quşların səsilə dolmuşdur hər yan.  
Al–əlvan lalələr bəzəmiş yeri.  


 
22
Meyvələr doldurmuş bağı firavan.  
Külək ağacların kölgəliyində.  
Rəngbərəng fərşləri döşəmiş əlvan. 
 
Səhər açılanda qayıtmaq arzusu qalmaq istəyinə üstün kəldi, 
dostumun  ətəyini cürbəcür güllər və çiçəklərlə doldurub, şəhərə 
aparmaq istədiyini gördüm. Ona dedim: 
–Özün bilirsən ki, külün davamı, gülüstanın isə  vəfası yoxdur. 
Atalar yaxşı demişlər: ömrü az olan şeyə könül bağlamağa dəyməz. 
Dedi: 
–Nə etmək lazımdır? 
Dedim: 
–Oxuyanlara səfa, eşidənlərə  şəfa verən «Gülüstan» adlı bir 
kitab yazmaq lazımdır ki, heç bir xəzan yeli onun yarpaqlarına  əl 
vura bilməsin və zamanın gərdişi onun nəşəli baharını boranlı  qışa 
çevirə bilməsin. 
 
Şer 
 
Nəyinə lazımdır gül tabaq–tabaq,  
Kəl, «Gülüstan»ımdan apar bir varaq. 
Kül beş–altı günə saralıb solar,  
Mənim Gülüstanım daim xoş olar. 
 
Mən bu sözləri deyən kimi dostum ətəyindəki gülləri yerə töküb, 
ətəyimdən yapışdı və dedi: 
–Kişi vədinə vəfa etməlidir. 
Elə həmin gün «Ünsiyyət və söhbət qaydaları barəsində» natiq–
lərə fayda verən, yazıçılara sənətkarlıq öyrədən iki fəsil hazır oldu. 
xülasə, gülüstandan kül qurtarmamış «Gülüstan» kitabı tamam oldu. 
Lakin, həqiqətdə bu kitab o zaman bitmiş hesab edilə bilər ki, o, 
dünyanın pənahı, allahın (yer üzərində) kölgəsi, yaradanın mər–
həmət nuri, zamanın zinəti, sülhün dayağı, göylərdən kömək alan, 
düşmənlərə zəfər çalan, qalib dövlətin qüvvəti, millətin parlaq çırağı
dövranın camalı, islamın kamalı, Səd ibn Atabək, böyük, əzəmətli 
şahlar  şahı, ümmətin ümidi, Ərəb və  Əcəm hakimlərinin başcısı
quruların, dənizlərin sultanı, Süleyman mülkinin varisi, 
Müzəffəraddin Əbubəkr ibn Səd ibn Zənginin (allah, onun səadətini 
 
23
əbədi et, cəlalını artır, işlərinə  rəvac ver) sarayında bəyənilsin və 
(şahzadə) öz lütfkar nəzərlərilə ona baxmış olsun. 
 
Şer 
 
Bəzərsə mərhəməti bu kitabı sərvərimin,  
Olar bu Çin bəzəyi ya ki, nəqşi–«Ərjəngi»
6
  
Ümidlərim bunadır ki, qəbula layiq olar,  
Ki, gülüstan ola bilməz məkani–diltəngi  
Ələlxüsus onun əvvəlində xoş xətlə,  
Yazılsa Səd Əbubəkr Səd bini Zəngi. 
 
Mənim fikrimin gəlini zinətdən məhrum olduğu üçün, utan–
dığından başını yuxarı qaldırıb, yaslı gözlərini xəcələtin ayağı 
altından ayıra bilmir. Nə  qədər ki, böyük əmir, alim və  ədalətli, 
qələbələr ilhamçısı, səltənət təxt–tacını qoruyanların başçısı
məmləkətin tədbirçilər tədbirçisi, fəqirlərin pənahı, qəriblərin 
istinadgahı, alimlərin hamisi, zahidlərin dostu, fars əhlinin iftixarı
din və dövlətin fəxri, islamın və müsəlmanların köməkçisi, şahların, 
sultanların etimadlısı Əbubəkr ibn Əbunəsr (allah onun ömrünü uzun
mənsəbini böyük, ürəyini geniş, yaxşı  əməllərinin mükafatını artı
etsin. Çünki, o, dünyanın ən böyük adamlarının tərifinə layiq olmuş, 
xasiyyətlərin ən gözəllərini özündə toplaya bilmişdir) bu əsəri qəbul 
edib, onu öz mərhəməti ilə zinətləndirməyincə (bu kəlin) ariflər 
məclisinə çıxa bilməyəcəkdir. 
 
Şer 
 
Onun kölgəsində kim olsa, əlbət,  
Kini dostluq olar, günahı taət. 
 
Dərvişlərdən başqa hər bir bəndənin və xidmətçinin bir və–zifəsi 
vardır. Bunlardan hər kim öz işində kahıllıq etsə  və  səhlən–karlığa 
yol versə, danlanılar və məsuliyyətə cəlb olunarlar. Dərviş tayfası isə 
böyüklərin nemətləri müqabilində  şükür edib xeyirdua oxuyurlar. 
Belə bir xidməti zahirdə etməkdənsə gizlində etmək daha 
münasibdir, çünki, birincisi yaltaqlığa yaxındır, ikincisi qədirdanlığa, 
ona görə də tez müstəcab olar. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə