Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   2   3   4   5   6   7   8   9   ...   53

 
12
Fars dilindən Azərbaycan dilinə tərcümə edilən əsərlər içərisində 
Sədinin «Bustan» və «Gülüstan» əsərləri də mühüm yer tutur. «Gü-
lüstan»  əsəri təqribən 70 il bundan qabaq Mirzə Sadıq Rahil tərə-
findən tərcümə və şərh edilərək «Bəhr ül–həqayiq» adı ilə çap edil-
mişdir. Bundan sonra Seyid Zərgər təxəllüslü şair Mirzə Əbdülvahab 
tərəfindən «Bustan» əsəri «Miyzan–ül–ədalət» adı ilə  tərcümə  və 
nəşr edilmişdir. Doğrudur bu əsərlərin hər ikisində ciddi təhriflərə yol 
verilmişdir, lakin hər halda bu tərcümələr Sədi yaradıcılığına olan 
hüsn–rəğbəti aydın surətdə ifadə etməkdədir. 
1958–ci ildə «Bustan» əsərindən seçilmiş parçalar şair Mir 
Mehdi Seyidzadə tərəfindən tərcümə və nəşr edilmişdir. 
Azərbaycan alimi Rüstəm  Əliyev «Gülüstan» əsərinin elmi–
tənqidi mətnini hazırlamış və Sədi yaradıcılığı üzrə mühüm tədqiqat 
işi aparmışdır. 
Əməkdar elm xadimi, professor Rəhim Sultanov «Sədi yaradıcı-
lığında «Gülüstan»» adlı kitabında «Gulüstan» əsərini ətraflı surətdə 
təhlil etmişdir. 
«Gülüstan»ın oxuculara təqdim edilən bu tərcüməsinin orijinala 
mütabiq olmasına ciddi səy göstərilmişdir. 
M. SULTANOV. 
 
13
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
G Ü L Ü S T A N 


 
14
MƏRHƏMƏTLİ VƏ MEHRİBAN ALLAHIN 
ADI İLƏ BAŞLAYIRAM 
 
İzzət və calal sahibi olan allaha şükr edirəm ki, itaət etməklə ona 
yaxınlaşır,  şükr etməklə öz nemətini artırırsan. Hər nəfəs aldıqca 
ömür uzanır, hər nəfəs verdikcə ürək  şadlanır. Deməli, hər nəfəs 
almaqda iki nemət mövcuddur və hər nemətə şükr etmək kərək. 
 
Beyt 
 
Məgər əldə dildə var öylə hünər,  
Edə xaliqə şükr lazım qədər... 
 
Şer 
 
Bəndə odur kim bilə təqsirini,  
Üz tutaraq allahına yalvara,  
Çünki ona layiq olan xidməti,  
Kimsə bacarmaz edə bu dünyada. 
 
Onun hesabsız rəhmət yağışı  hər yerə yağmış,  əsirgəmədiyi 
nemət süfrəsi hər yerə yayılmışdır. Öz bəndələrinin namus pərdəsini 
balaca günah üçün parçalamaz, səhvən onu inkar edənləri də ruzisiz 
qoymaz. 
Şer 
 
Ey kəramət sahibi, başı bağlı xəznəndən 
Tərsayə də, gəbrə də bol–bol ruzi verirsən. 
Düşmənlərə sən belə nəzər salan zamanda, 
Unutmazsan yəqin ki dostlarını bir an da 
 
 
Fərş sahibi, Səba yelinə əmr etdi ki, öz yaşıl fərşinin yer üzünə 
sərsin, bahar buludunun dayəsinə  də buyurdu ki, bitkilərin qızlarını 
yer beşiyində boya–başa çatdırsın. Ağaclar Novruz xələtilə yaşı
paltarı bürünüb, yaz mövsəminin gəlişilə budaqlarının balaları başına 
çiçək papağı qoydu. Onun qüdrətilə  şirinlik yarandı, xurma toxumu 
cücərib gözl ağaca çevrildi. 
Şer  
 
15
 
Bulud, külək, qəmər, günəş fələk daim işdədir, 
Ki, bir qarın çörək tapıb sən yeyəsən ləzzətlə. 
Hər şey olmuş sənin üçün hərəkətdə, fərmanda,  
Düzgün olmaz sən vaxtını keçirəsən qəflətlə 
 
 Belə  xəbər verirlər kainatın başçısı, bütün mövcüdatın iftixarı
aləmin qoruyucusu, insanların hamisi, zamanın son peyğəmbəri 
Məhəmməd Mustafa–allah onu səlamət etsin 
 
Beyt  
 
Şəfaətli, itaətkar, kəramətli peyəmbər, 
Ədalətli, şücaətli, mürüvvətli peyəmbər 
 
Beyt  
 
 
 
Ümmətinin nə dərdi var sən tək arxa olan zaman, 
 
 
 
Nuh gəmiçi olan yerdə qorxmaz heç kəs tufanlardan. 
 
Beyt  
 
 
 
 
Əngin fəza kəmalıdır, Günəş bənzər gəmalına 
 
 
 
Gözəlliyin cəlalıdır, alqış ona və alına
*
 
 
Əgər günahkar və halı pərişan olan bir bəndə ümmidlə o yüksək 
cəlallı həqqin dərgahına yalvarış əlini qaldırıb paz–piyaz etsə, böyük 
yaradandan etina görmədikdə yenə  əl qaldırıb ah–nalə ilə ondan 
kömək istəsə, allah taala buyurar: mənim qulumun məndən başqa 
köməyi olmadığından onun istəyini yerinə yetirdim, arzusuna 
çatdırdım ki, öz bəndəmin nə qədər yavarışından xəcil oldum. 
 
Beyt 
  
 
 
Gör nə qədər allahda vardır lütfü kəramət 
 
 
Bəndə günah eyləmiş o sa çəkir xəcalət. 
 
                                                           
*
 ал–аиля, йахын адамлар 


 
16
Onun cəlal Kəbəsində bir guşəyə çəkilib ibadət edənlər özlərinin 
layiqincə ibadət edə bilmədiklərin etirafla, camalının gözəlliyini vəsf 
edənlər heyrət içində qalıb demişlər: biz sənin mərifətini layiqincə 
dərk edə bilmədik. 
 
Şer  
 
Kim sorsa allahın vəsfini məndən, 
Nişansız varlığı bilərmi bir kəs? 
Aşiqlr məşuqun ölmüşləridir, 
Çıxmaz, şübhəsiz ki, ölmüşlərdən səs. 
 
 Ariflərdən biri başını  aşağı salıb fikir dəryasına qərq olmuşdu, 
elə ki, düşüncədən ayrılıb özünə gəldi, dostlardan biri soruşdu: 
–Getdiyin bostandan bizə bir hədiyyə ver. 
O, dedi: 
–Gedəndə yadımda idi ki, əkər gül ağacına çatsam, ətəyimi 
doldurub dostlara hədiyyə gətirəcəyəm. Lakin elə ki, bostana çatdım, 
gülün ətri məni o qədər məst etdi ki, ətəyimdən belə tuta bilmədim. 
 
Şer 
 
Ey mürği–səhər eşqi bu pərvanədən öyrən,  
Yandısa canı çıxmadı ondan yenə avaz.  
Bu müddəilər bilməyir əsla nə xəbərdir,  
Kim tutsa diləkdən xəbər, ondan xəbər olmaz. 
 
Şer 
 
Ey xəyaldan üstün olan sirri bilinməz qüdrət,  
Çox dedilər, çox eşitdik, çox oxuduq, nəhayət,  
Məclis bitdi, ömür çatdı başa biz də qocaldıq,  
Lakin yenə biz əvvəlki nöqtədə donub qaldıq. 
 
 
Atabəy Əbubakr ibn Sədin tərifi
**
 
                                                           
**
 Цзəриндə немрə гойулмуит ад вə бейтлəр китабын 
 
17
 
Sədinin gözəl tərifinin dillərə düşməsi,  şair avazəsinin dünyaya 
yayılması,  şirin hekayələrinin ağızda  şəkər dadıb  əsər–lərinin hər 
yarpağının qızıl vərəqi tək  əldən–ələ  gəzməsi, onun öz fəzilət və 
sanətkarlığının yetkinliyindən deyil, bəlkə cahanın hökmdarı
zəmanənin sərdarı, Süleyman taxtının varisi və iman sahiblərinin 
hamisi,  şahlar  şahı Atabəy Müzəffərəddin  Əbubəkr ibn Səd ibn 
Zənginin (yer üzündə allahın gölkəsi odur. İlahi, ondan razı ol və 
könlünü  şad elə!) Ona mərhəmət nəzərilə baxıb, sənətinə yüksək 
rəğbət və  həqiqi məhəbbət bəsləməsindəndir. Xalqın da ona dərin 
məhəbbəti bu səbəbdəndir. 
 
Şer 
 
Mənə ki, salırsan belə xoş nəzər,  
Günəşdən məşhurdur yazdığım əsər.  
Olsa da qulunda çox eybü nöqsan,  
Hünərdir hər eybi bəyənsə sultan. 
 
Şer 
 
Gecən gün hamamda ətirli bir gül,  
Yetişdi əlimə bir dost əlindən.  
Soruşdum müşksən, ya inki ənbər,  
Ki, belə məst oldum sənin iyindən?  
Dedi ki, yararsız bir palçıq idim,  
Bir müddət gül ilə etdim nişimən.  
Mənə dost kamalı eyləmiş təsir,  
Yoxsa ki, yararsız haman giləm mən! 
 
Allah  Şiraz torpağını adil hökmdarların gücü və  işgüzar 
alimlərin himmətilə dünya durduqca əmin–amanlıqda saxlasın. 
 
Yəqin bu Pars mülkunə toxunmaz afəti–dövran,  
Ki, salmış başına sayə sənin tək sayeyi–yezdan.  
                                                                                                                            
сонунда изаһ едилмишдир. 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə