Microsoft Word Sadi Gulustan doc


ın və saray xadimlərinin çirkin sifətlərini aydı



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   2   3   4   5   6   7   8   9   ...   53

 

Sədi  şahların və saray xadimlərinin çirkin sifətlərini aydı
gördüyü üçün, onların qarşısında qul kimi əli qoynunda durmağı 
pisləmişdir. Bu nöqteyi–nəzərdən «Gülüstan»dakı iki qardaş hekayəti 
çox maraqlıdır. 
«İki qardaş var idi, birisi şah sarayında qulluq edər, o birvsi öz 
zəhmətilə çörək yeyərdi. Bir gün varlı qardaş yoxsul qardaşına dedi 
nə uçün şaha qulluq etmirsən ki, canını  əziyyətdən qurtarasan? 
Qardaşı dedi: «bəs san nə üçün işləmirsən ki, qulluq fəlakətindən 
xilas olasan?..» 
Ümumiyyətlə  Sədi  əməkçi xalqı  cəmiyyətin  ən  şərəfli və  nəcib 
üzvləri hesab edərək, onları ciddi müdafiə etmişdir. 
Onun aşağıdakı kiçik hekayətinə diqqət edin: 
«Hatəmi–Taidən soruşdular: dünyada özündən səxavətli bir 
adam görüb eşitmisənmi? 
Dedi: 
–Bəli, bir gün qırx dəvə qurban kəsib ərəb əmirləri ilə səhranı
bir guşəsinə çəkilmişdim. Meşədən şələ bağlayıb aparan bir odunçu 
gördüm. Dedim: 
–Nə üçün Hatəmin qonaqlığına getmirsən, bu saat bütün xalq 
onun süfrəsi başına toplanmışdır. 
Dedi: 
 
Kim öz əməyilə dolansa, əlbət,  
Hatəmi–Taidən götürməz minnət. 
 
İnsafla demak lazımdır ki, mən onu özümdən daha səxavətli və 
mərd gördüm». 
Sədi feodalizm dövrünün məhdudiyyətindən yaxa qurtara 
bilməyib təvəkkül, qismət, səbr, tale, bəxt kimi səfsətələrə inanmışsa 
da, eyni zamanda insanın tale və  bəxtə qarşı  fəal rolunu da qəbul 
etmişdir. 
Məsələn, şair deyir: 
 
Mağara içində nə tapar arslan,  
Uçmayan qartala ovmu gələcək? 
Kim evdə oturub ruzi gözləsə,  
Axırda o dönüb olar hörümçək. 
 
 
9
Buna görə  də  Sədi boş–boşuna dolanıb havayı ruzu axtaranları 
cəmiyyətin, xalqın canına daraşmış tüfeyli hesab edir, tüfeyli 
olmamaq uçün isə ancaq elmə, sənətə sahib olmağı irəli sürür. 
Atanın adına və dövlətinə arxalanıb heç bir elm və  sənət 
öyrənməyən oğulları  Sədi çox haqlı olaraq bədbəxt və avara 
adlandırır. O, deyir: 
«Böyük adamların səfeh oğulları  vətəndə bekar qalar, qürbətdə 
avara». Onun bir kiçik hekayəti bu fikri daha çox məharətlə ifadə 
edir: «Bir alim uşaqlarına nəsihət verirdi ki, ey əzizlərim, bir sənət 
öyrəniniz ki, dünyanın mal və dövlətinə arxalanmaq olmaz... sənət 
isə qaynar bulaq və tükənməyən xəzinədir.  Əgər sənət sahibi 
kasıblığa düşsə, qorxusu yoxdur, çünki sənətin özü ona dövlətdir. 
Sənət sahibi haraya getsə hörmət görər... sənəti olmayan isə hara 
getsə gədalıq edib çətinlik çəgər...» 
 
Qitə 
 
Nakanan Şamda bir iğtişaş düşdü,  
Hərə baş götürüb qaçdı bir yana.  
Elmli, kamallı kəndli övladı,  
Gedib vəzir oldu şaha, sultana.  
Lakin fərasətsiz vəzir balası,  
Kəndlərdə diləndi hey yana–yana. 
 
Sədi bilik və  ləyaqətə  də  şəxsi məsələ kimi baxmır, onun 
fikrincə, cəmiyyətin ləyaqətli üzvü olan hər kəs özünə  səadət təmin 
etdiyi kimi, cəmiyyətə  də xeyir verməlidir. Çünki, özünü 
sevməyənlər, öz həyatını qiymətləndirməyənlər cəmiyyətin də halına 
qalmaz, bəlkə ona bir yük olarlar. Deməli, elm və sənətə sahib olmaq 
ən vacib məsələlərdəndir. Eyni zamanda elmə söykələnənlər onu 
əməldə göstərməli və həyata tətbiq etməlidirlər. Bilik onun üçün əldə 
edilir ki, o cəmiyyətə, xalqa xeyir versin. Xeyirli işə sərf olunmayan 
bilik əldə edilməsə daha yaxşıdır.  
Sədi deyir:  
 
Biliyin olsa da bir Ümman qədər, – 
Nadansan əməlin olmasa əgər,  
Eşşəyə yüklənsə bir neçə kitab  


 
10
Nə alim olar o, nə də süxənvər. 
Başı boş o yazıq heyvan nə bilsin  
Dalında odundur, ya kitab–dəftər. 
 
Sədi hansı peşə ilə  məşğul olmağından asılı olmayaraq bütün 
insanları düzlüyə çağırmışdır. Onun fikrincə düzlüklə çalışan adama 
zaval yoxdur. Əyri işlərlə məşğul olan adamlar isə hər şeydən qabaq 
özlərinə pislik etmiş olurlar. 
O yazır: 
 
Düzlüyü çox sevər taleyi yazan,  
Görmədim düz yolda yolunu azan. 
 
Başqa bir qitəsində demişdir: 
 
Düşməni sən aciz etmək istəsən,  
İşində heç israf eyləmə zinhar.  
Sən təmiz həyat sür, kimsədən qorxma,  
Ki, daşa çırpılar natəmiz paltar. 
 
Gülüstan»  əsərində dostluq məsələsinə  də çox yer verilmişdir. 
Sədi o adamı yaxşı dost hesab edir ki, o dostunun nöqsanını uzünə 
deyir və bu qüsurların aradan qalxmasına kömək edir. Şair nöqsanı 
gizlədən dostdansa, nöqsanı göstərən düşməni üstün tutur. 
 
O dostdan həmişə şikayətim var,  
Ki, yaxşı deyələr pisimə onlar 
 
Sədinin fikrincə düz sözdən,  şirin dildən daha təsirli bir vasitə 
ola bilməz. 
O deyir: 
 
...Kimin olsa əgər bir şirin dili.  
Tük ilə çəkər o, dalınca fili. 
 
Eyni zamanda Sədi başqası danışanda onun sözünü kəsməyi 
tərbiyəsizlik hesab edir və öyrədir ki, ağıllı adamlar məclisi sakit 
görməyincə dil acmaz. İnsan hər bildiyi sözü də hamıya söyləməyə 
 
11
borclu deyildir. 
Təsadüfi deyildir ki, «Gülüstan»ın bir çox şerləri sonralar 
zərbülməsəl kimi dillər  əzbəri olmuşdur. Tarixdə  hələ heç bir kitab 
bu qədər zərbülməsələ çevrilməmişdir. 
Sədi «Gülüstan»ın əbədi qalacağına əmin idi. 
Doğrudan da qərinələr keçdi, şahlar, xaqanlar gəlib getdi, ali 
saraylar tikildi, dağıldı, dünya dəyişdi, lakin Sədinin «Gülüstan»ı 
getdikcə daha çox təravətlə ətir saçdı, onun əlvan gülləri heç zaman 
solmadı
Burasını da demək lazımdır ki, Sədinin verdiyi tərbiyə  dərsi 
bütün dövrlərə eyni dərəcədə aid ola bilməz. Orta əsr feodalizm 
dövründə mövhumat və cəhalətin hökm sürdüyü bir zamanda Sədinin 
əksər fikirlərinin mütərəqqi olmasına baxmayaraq, onun 
yaradıcılığında, dünyagörüşündə  məhdudiyyət və ziddiyyətlər də 
olmuşdur. Xüsusilə  çətinliyə dözüb daima səbr etməyi, təvəkkülə, 
bəxtə, taleyə inam, müəyyən irqlərə mənfi münasibət, pislik edənlərə 
də yaxşılıq etmək, kuşənişinliyi təbliğ  və sairə,  şübhəsiz ki, Sədi 
yaradıcılığında kölgəli cəhətlərdən hesab edilməlidir. 
Azərbaycan xalqı bütün dünya xalqlarının, o cümlədən qonşu 
fars xalqının mütərəqqi yazıcı  və  sənətkarlarını  həmişə sevmiş  və 
onların yaradıcılıqlarını yüksək qiymətləndirmişdir. Sədinin  əsərləri 
600 ildən artıqdır ki, Azərbaycanda geniş yayılmış və öyrənilmişdir. 
Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Respublika 
əlyazmaları fondunda böyük qayğı ilə mühafizə edilən «Bustan» və 
«Gülüstan»  əlyazmaları. Azərbaycan xalqının bu əsərləri nə  qədər 
dərin bir məhəbbətlə sevdiyini nümayiş etdirir. 
«Bustan» və «Gülüstan» əsərlərinin bir çox nüsxələri Azərbay-
canın Şamaxı, Qazax, Təbriz, Ağdaş və Qarabağ xəttatları tərəfindən 
nəfis surətdə köçürülmuş və bəzi beytləri Azərbaycan dilinə tərcümə 
və  şərh edilmişdir. Orta əsr təhsil mədrəsələrində ilk dərs kitabla-
rından biri həmişə «Gülüstan» əsəri olmuşdur.  Şairlik qüdrəti imta-
han edilərkən Nizami və Xaqani ilə yanaşı Sədinin «Bustan» və «Gü-
lüstan»  əsərlərindən də  tərcümələr  əsas yer tutmuşdur. Təsadüfi 
deyildir ki, XIX əsrin məşhur müəllim şairi Seyid Əzim Şirvani gələ-
cəyin böyük satarik şairi Mirzə  Ələkbər Sabirə  dərs verərkən, onun 
şairlik qüdrətini yoxlamaq üçün məhz ona Sədinin şerlərindən bədii 
tərcümə etməyi taşpırmış və tərcümənin dürüstlüyünə mükafat olaraq 
ona Nizaminin «Xəmsə»sini bağışlamışdı


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə