Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

 
166
Kim əzabdan əvvəl anlar var olan xoş ləzzəti? 
 
Beyt 
 
Qayıt, gəl,vur, öldür, bu ölüm, bilsən 
Xoşdur mənə, sənsiz ömür sürməkdən. 
 
 
 
Şükür olsun ki, bir müddətdən sonra geri qayıtdı, çənəsinin al-
macçığı heyva kimi zərif tüklərlə örtülmüş, rəngi solmuş,  əvvəlki 
gözəllikdən bir nişan qalmamışdı. Ümid edirdi ki, durub üzündən 
öpəcəyəm. Oturub üzümü kənara çevirdim və dedim: 
 
Şer 
 
O gün ki cəmalın xətti gözəldi, 
Qoymadın bir salam o xəttə nəzər. 
Bu gün sülh edərək gəlmişsən çünki
Qoyulub o xəttə indi zir-zəbər. 
 
Şer 
 
Tazə baharım, varağın soldu bax, 
Qoşa qazan, söndü, bu od, bu ocaq. 
Bunca çəkib sən özünü dartma gəl, 
Anla daha indi deyilsən gözəl. 
Get onu tap kim sənə pabənd ola,  
Bir kəsə naz et ki, sənə bənd ola. 
 
Şer 
 
Dedilər ki, bağda göyərti xoşdur, 
Sözün doğrusunu deyənlər bilər. 
Yəni gözəl üzdə tər səbzi bitsə, 
Aşiq məftun olub təmənna dilər. 
Lakin qanqal bitmiş sənin üzündə, 
Yolduqca daha çox artıb yüksələr. 
 
Şer 
 
167
 
Səbr etsən, etməsən bunu yaxşı bil, 
Gözəllik əyyamı keçib gedəcək. 
Sənin tək canımdan əl çəkməsəydim, 
Saqqalı qoymazdım çıxa həşrə dək. 
 
Şer 
 
Yarımdan sual etdim: hanı o hüsnü camal
Qaralmışdır ay üzün batmısan dərdə, ğəmə. 
Cavab verdi bilmirəm bu üzümə nə oldu 
Görünür hüsnüm üçün batmış belə matəmə. 
 
 11. 
Hekayət 
 
 Bağdad bədəvi  ərəblərinin birindən soruşdular: – Yeniyetmələr 
haqqında nə deyə bilərsən? 
 
Dedi: – Onlardan xeyir umma, nə qədər ki, gözəl və zərifdirlər 
kobudluq edərlər, elə ki, çirkinləşib kobudlaşdılar, məhəbbət göstərib 
dostluq edərlər 
 
Nəzm 
 
Yeniyetmə nə qədər ki, gözəldir
Dili acı olar, xisləti yaman. 
Elə ki, üzünün gülşəni soldu, 
Hamıya dil töküb olar mehriban. 
 
 12. 
Hekayət 
 
 
 Bir 
alimdən soruşdular: – Bir adam gözəl bir nigarla xəlvət otağa 
çəkilə, qapını daldan baqlaya, rəqiblər yuxlamış, şəhvət coşmuş ola, 
ərəblər demişkən: «Xurmalar dəymiş, bağban yatmıqa ola», insan öz 
nəfsini saxlayıb gözəllərin əlindən qurtara bilər, ya yox? 
 Alim 
dedi: 
 –Gözəllərin  əlindən qurtarsa da, söz gəzdirənlərin dilindən 
qurtara bilməz. 
 


 
168
Beyt 
 
İnsan qurtarsa da pis əməlindən. 
Qurtarmaz bədxahın tənələrindən. 
 
Beyt 
 
Bacararsan bir iş görüb salmayasan səsə sən
Bacarmazsan lakin xalqın dillərini kəsəsən. 
 
 13. 
Hekayət 
 
 Tutuquşu ilə qarğanı bir qəfəsə salmışdılar. Tutuquşu qarğanı
çirkin sifətini görməkdən xoşlanmayaraq, öz–özünə deyirdi: 
 –Bunun 
nə kifir, eybəcər və yöndəmsiz sir–sifəti vardır! Kaş 
aramızda məğriblə məşriq qədər məsafə olaydı
 
 
169
Şer 
 
Hər kəs səhər duranda görsə sənin üzünü, 
Onun parlaq gündüzü tutqun axşama dönər. 
Sənin kimi bir nacins sənə həmdəm olmalı
Təəssüf ki, dünyada sənə tay yox bir bəşər 
 
 Daha 
qəribəsi orasında idi ki, qarğa da tutuquşu ilə bir yerdə ol-
maqdan gədərlənərək təəssüflənir və həyatının gedişindən şikayətlə-
nib deyirdi: 
 –Baxtım qara, taleyim dönük, fələk vəfasız imiş! Mən gərək indi 
bir qarğa ilə bir bağda divar üstə nazlana–nazlana gəzə idim! 
 
Beyt 
 
Sıxar möminləri sanki bir zindan, 
Rindlərlə bir yerə düşdüyü zaman. 
 
 Görəsən nə günah işləmişəm ki, ruzigar məni cəzalandırıb belə 
xəbis, lovğa və nacins bir axmaqla həmsöhbət etmiş  və  fəlakətə 
salmışdır. 
 
Şer 
 
 
 
 
 
 
 
 
 
Şəklini çəksələr divara sənin
 
 
 
 
O evə heç yaxın gəlməz bir insan. 
 
 
 
 
Behiştdə sən olsan əgər, adamlar, 
 
 
 
 
Qaçıb cəhənnəmdə salarlar məkan. 
 
 Bu 
məsəli ona görə gətirdim başa düşəsən ki, alim adam cahilə 
nə  qədər nifrət edərsə, cahil yüz dəfə, min dəfə artıq ona nifrət 
bəsləyər. 
 
Şer 
 
Rindlər məclisində vardı bir zahid, 
Bəlxli bir cavan ona dedi: «Sus! 
Narazı olsan da qaşqabaq tökmə; 


 
170
Sən də biz deyən tək deyilsən, əfsus!» 
 
Şer 
 
Hamı birləşmişdir gül və lalə tək, 
Sən isə arada quru odunsan. 
Ey naxələf şeyx, müxalif külək, 
Qar kimi soyuqsan, buz kimi donsan. 
 
 14. 
Hekayət 
 
 
Bir dostum var idi, onunla çox səfər etmiş, çoxlu duz-çörək 
yemişdik, aramızda möhkəm bir səmimiyyət yaranmışdı. Bir dəfə 
cüzi bir mənafe üstündə könlümə toxundu, dostluğumuz pozuldu. 
Lakin buna baxmayaraq qəlbimizdə olan məhəbbət bağları  hələ 
qırılmamışdı. Eşitdim bir gün məclisdə mənim şerimdən bu iki beyt: 
 
 
Şer 
 
Duzluca gülərkən mənim nigarım, 
Bir az da duz səpər yarama aman. 
Dərvişin əlinə nola zülfündən 
Bircə tel düşərək olaydı dərman! 
 
oxunarkən dostlarım, bu sözlərin xatirinə yox, bəlkə  əxlaqlarını
təmizliyinə görə  şeri bəyənib afərin demişlər, o cümlədən haman 
adam da məni tərifləmiş, köhnə dostluğumuzun qırılmasına təəssüf 
etmiş, təqsirini boynuna almış, günahını etiraf etmişdir. Beləliklə, 
onun da barışmaq arzusunda olduğu meydana çıxdı, dərhal bu şeri 
yazıb göndərdim, sülh bərpa oldu. 
 
Şer 
 
Vəfayə söz verdik, peyman bağladıq, 
Sən cəfa edərək vəfanı atdın. 
Dünyada bir sənə könül vermişdim. 
Tezliklə sən onu vurdun, qanatdın. 
 
171
Barışmaq istəsən gəl şad et məni, 
Əzəldən daha çox sevərəm səni. 
 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə