Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

 
204
istədi. Onlardan birinin əlində çomaq, o birininkində oxmaq var idi. 
Gəncə dedim: 
 – 
Nəyi gözləyirsən? 
 
Beyt 
 
Zorunu, gücünü göstər bunlara! 
Düşmən öz xoşuyla gəlmiş məzara! 
 
 
Gördüm kaman oğlanın  əlindən sürüşdü, qorxudan canına 
titrətmə düşdü. 
 
 
205
Beyt 
 
Sivri ox ilə tükü yara bilən hər bir kəs 
Vuruşda pəhləvanla üz-üzə dura bilməz. 
 
 Başqa çarə tapmadıq, silah və paltarımızı verib canımızı xilas 
etdik. 
 
Şer 
 
Göndər çətin işlərə iş bilən bir insanı
Ki, kəməndə salsın o, qəzəblənmiş aslnı
Cavan əgər fil kimi gücə malik olsa da. 
Düşmən hücum edəndə qorxuya düşər canı
Mahir döyüşçü bilər döyüş nədir, vuruş nə 
Necə ki, alim bilər şəriəti, Quranı
 
 18. 
Hekayət 
 
 Gördüm 
bir 
dövlətli oğlu atasının qəbri üstə oturmuş, bir kası
uşağı ilə mübahsəyə qızışmış və deyir: 
 –Mənim atamın qəbri ağırdır, üstü yazılıdır,  ətrafı  bəzəklidir, 
daşı  mərmərdəndir, torpaqı  ənbərdəndir, kənarına mina səpiblər, 
qırağına kaşı döşəyiblər, sənin atanın goru nəyə oxşayır, üstünə iki 
qarış torpaq töküblər, vəssəlam. 
 Kasıb uşağı dedi: 
 –Sənin atan bu aqır daşların altındaq tərpənənə  qədər mənim 
dədəm behiştdə olar. 
 
Beyt 
 
Ulağa yükü az çatsalar əgər, 
Şübhəsiz yolunu asudə gedər. 
 
Şer 
 
Ömründə çox əzab görən, aclıq çəkən bir kasıb, 
Yəqinimdir ölümündən düşməyəcək dəhşətə. 


 
206
Lakin dövlət, naz-nemətə öyrənmiş hər bəxtəvər, 
Ölüm vaxtı, şübhəsiz ki, gələcəkdir vəhşətə. 
Məlumdur ki, dar məhbəsdən azad olan bir əsir 
Həbsə gedən bir əmirdən çox layiqdir hörmətə. 
 
 19. 
Hekayət 
 
 Böyüklərdən birindən soruşdular: – Nə üçün hədisdə deyilmişdir 
ki, sənin ən birinci düşmənin iki böyrün arasında yerləşmiş nəfsindir? 
 
Dedi: – Ona görə ki, hər hansı düşmənə yaxşılıq etsən dost olar
nəfsə güzəştə getsən düşmənçiliyi artar. 
 
Şer 
 
İnsan az yeməklə mələyə dönər, 
Heyvantək yesə o fərqlənməz daşdan. 
Kimi razı salsan qul olar sənə, 
Nəfsi razı salsan əsir olarsan. 
 
 
VARLILIQ VƏ YOXSULLUQ HAQQINDASƏDİNİN MÜDDƏİ 
İLƏ MÜBAHİSƏSİ. 
 
 Zahirdə  dərvişə oxşayan, lakin batində  dərviş olmayan bir 
adamın bir məclisdə oturub nalayiq–nalayiq danışdığını,  şikayət 
dəftərini açıb varlıları  məzəmmət etdiyini gördüm, sözü o yerə 
çatdıriışdı ki, deyirdi: yoxsulların qüdrət əli bağlanmış, varlıların isə 
səxavət ayaqları sınmışdır. 
 
Beyt  
 
Kərəmi olanın dirəmi yoxdur,  
Dirəmi olanın kərəmi yoxdur. 
 
 Böyüklərin neməti ilə böyüdüyüm üçün bu söz mənə ağır gəldi. 
 
Dedim: – Dostum, varlılar yoxsulların xəzinəsi, zahidlərin dəfi-
nəsi, zəvvarların pənahgahı, səyyahların və qonaqlarıi mehmannava-
zıdırlar. 
 
207
 Onlar 
başqalarının rahatlığı üçün ağır yükə qatlaşar, xidmətçiləri 
və qulluqçuları yeyib doyduqdan sonra özləri təama  əl atarlar, artı
qalanlarını dul qadınlara, qohum–qardaşa, qonum–qonşuya paylarlar. 
 
Şer 
 
Dövlətlidə hər şey vardır, vəqf, nəzir, qonaqlıq, 
Zəkat, fitrə, iltifat, qurbanlıq bir də ehsan. 
Yazıq sənin nəyin var, tay olasan onlara, 
İki rükət namazın, onu da ağ qılırsan. 
 
 
Səxavət və ibadətə  gəldikdə isə, o da dövlətlilər üçün tez 
müyəssər olar, çünki xüms–zəkat vermək üçün var–dövlət onlarda, 
razü–niyaz etmək üçün təmiz paltar və boş vaxt onlardadır. Agıllı 
adamlar bilirlər ki, ziyarətin gücü ləziz yeməklərdə, ibadətin duzu 
təmiz geyməklərdədir. Boş mədədə nə qüvvət, boş əldə nə mürüvvət, 
yalın ayaqda nə seyr, ac qarında nə xeyir ola bilər?! 
 
Şer 
 
Gecəni narahat yatar o kəs ki
Sabahın xərcindən çəkir xəcalət. 
Qarınca yay vaxtı çalışıb yığar, 
Ki qışda yaşasın asudə, rahat. 
 
 Aydındır ki, aclıq ilə rahatlıq, oxsulluq ilə  şadlıq bir yerə  sığa 
bilməz. Biri axşam yeməyi yeyib şam namazı qılır, biri:, «allah mənə 
axşam yeməyi yetir» – deyə üzüquylu yıxılır. Bunları necə bir–birinə 
bənzətmək olar?! 
 
Beyt 
 
Dövlətli edirkən haqta ibadət, 
Acın qəlbi çəkir çörəyə həsrət. 
 
 
Əlbəttə ki, varlıların ibadəti tez qəbul edilər, çünki onların hər 
şeyi hazır, qəlbi rahat, ürəkləri asudədir; nə fikirləri dağınıq, nə 
xəyalları  pərakəndədir. Varlıların məişəti xoş keçdiyindən onlar 


 
208
ibadəti də  təmənnasız edirlər.  Ərəb deyər: – «Allah, məni ağı
yoxsulluqdan, mərdümazar qonşuluqdan özün saxla!». Hədisdə 
deyilib ki, «Yoxsulluq hər iki dünyada üzü qaralıqdır». 
 Dedi: 
 –Eşitməmisənmi peyğəmbər 
əleyhissəlam buyurubdur: 
«Yoxsulluq mənim fəxrimdir». Dedim: – Sus, peyğəmbər əleyhissə-
lamin işarəsi o adamlara aiddir ki, onlar qənaətə qane olub, özlərini 
qəza oxuna qurban verirlər, bunların haqqında deyilmişdir ki, dərviş 
paltarı keyib, sədəqə ilə alver edirlər. 
 
Şer 
 
İçi boş təbil tək ey hay–küy salan, 
Əlində nəyin var çıxarkən yola 
Kişisən xalqdan tamahını kəs, 
Təsbihi çevirmə boş sağa–sola. 
 
 
Mərifətsiz dərviş o qədər deyinər ki, axırda küfr deməyə başlar. 
Odur deyiblər ki, «Yoxsulluq aparıb axırda dinsizliyə çıxarar». Lütü 
yoxdan geyindirmək mümkün olmaz, biz hara, dövlətlilər hara, verən 
əl ilə diləyən  əlin nə müqayisəsi?! Görmürsənmi xudavəndi-aləm 
Quranda behişt  əhlinin nemətlərindən danışarkən deyir ki, «Onları
ruzusu hazırdır». Onu da bilməlisən ki, dolanacaq hayında olan əxlaq 
qayğısına qala bilməz, onun rahatlığı ruzi üzüyünün arxasında olar. 
 
Beyt 
 
Hər susuz yatarkən yuxuda bişək, 
Bütün kainatı çeşmə görəcək. 
 
 
Mən bu sözləri deyirdim ki, dərvişin səbr kasası daşdı, özünü 
saxlaya bilməyib iti dilini işə saldı, qılınc çəkdi, qalxan qaldırdı
fəsahət atını  səfahət meydanııda çapdırıb mənim üsqümə hücuma 
keçdi və dedi: 
 –Sən varlıları o qədər təriflədin, onlar haqqında o qədər cəfən-
giyat danışdın, güman etmək olar ki, onlar hər bir dərdin dərmanı, ya 
da nemət karıdırlar. Halbuki onlar lovğa, xudpəsənd, dövlətmənd, 
xalqdan qaçan, mal–nemət düşgünü, rütbə–sərvət vurğunu olan bir 
 
209
ovuc adamlardır ki, onlar aqızlarını xeyrə açmaz, xoş  nəzərlə heç 
kəsə baxmazlar. Onlar yoxsulları başıboş axmaq hesab edirlər, alim-
ləri gözüac, gəda təbiətli qələmə verirlər. Dövlətlərinin zahiri 
şöhrətinə, rütbələrinin xəyalı hörmətinə arxalanaraq hamıdan 
yuxarıda oturar, özlərini hamıdan yuxarı tutarlar. Başqalarına baş 
əyib birinci salam verməyi özlərinə ar bilərlər. Onlar bilmirlər ki, 
ıllı adamlar deyiblər: «Kimin səxavəti az, sərvəti çoxdursa, o 
zahirdə varlı, əslində isə yoxsuldur» 
 
Beyt 
 
Bir hünərsiz dövlətilə rişxənd etsə alimə 
Onu eşşək quşqunundan daha alçaq zənn elə. 
 
 
Dedim: – Bunları çox da məzəmmət etmə, kərəm sahibidirlər.  
 
Dedi: – Səhv edirsən, dirəm aşiqidirlər. Nə olsun ki, yağmurlu 
buluddurlar, yağmırlar; nurlu günəş  mənbəyidirlər, işıq saçmırlar; 
nemət atına miniblər, lakin çapmırlar; allah xeyrinə bir qədəm atmaz, 
başa qaxmadan, üzə vurmadan bir dirəm verməzlər. Əzab–əziyyətlə 
mal toplayar, acgözlüklə qoruyub saxlar, sonra isə  həsrətlə qoyub 
gedərlər. 
 Hüşyar adamlar deyiblər: «Xəsisin malı o vaxt torpaqdan çıxar 
ki, özü torpağa gedər». 
 
Beyt 
 
Birisi zəhmətlə toplayar nemət 
Başqası xərcləyər çəkmədən zəhmət. 
 
 
Dedim: – Sən ona görə nemət sahiblərini xəsis adlandırırsan ki, 
özün gözüacsan, yoxsa gözütox adamlara xəsis ilə  səxavətli eyni 
görünər. Qızılı məhək daşı tanıyar, xəsisi dilənçi. Cavab verdi: – Mən 
bunu təcrübədən bilirəm, onlar qapılarında elə kobud, qaba, 
tərbiyəsiz, güclü, mərhəmətsiz adamlar saxlayırlar ki, onlar qapıya 
yanaşan düz adamların döşündən vurub geri qaytarsınlar, mehtərəm 
adamlara hörmətsizlik edib yola salsınlar, fəqir-füqəranı döyüb bayı-
ra atsınlar və desinlər: – «Rədd olun, evdə adam yoxdur». Hər halda 
belə deməkdə səhv etmirlər. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə