Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

 
220
 
Beyt 
 
Ey ağıl sahibi o dostdan yan dur
Ki, daim düşmənlə oturub–durur. 
 
Nəsihət. Bir işə başlarkən tərəddüd etsən az zərərli tərəfini qəbul 
et. 
 
Beyt 
 
Sərt danışma başqası deyərsə xoş söz sənə, 
Dava cavabı vermə sülh qapısın döyənə. 
 
 
Nəsihət. Qızıl ilə düzələn işdə, canı təhlükəyə salmaq ağılsızlıq-
dır. 
 
Beyt 
 
Elə ki, əl üzdün bütün ümiddən. 
Haqlısan qılınca əl atanda sən. 
 
 
Nəsihət.  Zəif düşmənə  rəhmin gəlməsin, güclənsə  sənə  rəhm 
etməyəcəkdir. 
 
Beyt 
 
Düşməni zəif görcək qürrələnmə heç zaman, 
Hər sümükdə bir məğz var, hər köynəkdə bir cavan. 
 
 
Nəsihət. Kim pis adamı öldürsə, xalqı onun bəlasından qurtarar, 
onu isə allahın əzabından. 
Şer 
Yaxşılıq çox yaxşı sənətdir, amma, 
Cəllad yarasına məlhəm qoyma sən. 
İlana rəhm edən bilməyir məgər, 
Adəm övladına zülm edir həmən. 
 
 
221
 
Nəsihət. Düşmənin nəsihətini qəbul etmək xatadırsa, onu 
eşitmək rəvadır, çünki dediyinin əksinə  əməl etdikdə, təmamilə 
düzgün iş görmüş olarsan! 
 
Şer 
 
Qaç düşmən dediyi sözlərdən hər an, 
Olarsan axırda bil ki, peşiman. 
O sənə göstərsə yolu dümbədüz, 
Sola dön, o yolu hesab etmə düz. 
 
 
Hədsiz sərtlik dəhşət yaradar, yersiz mülayimlik hörmət azaldar. 
Nə elə qaba ol ki, səndən qaçsınlar, nə elə yumşaq ol ki, üzünə qabar-
sınlar! 
 
Şer 
 
Adam həm sərt olar, həm də mülayim, 
Aqil peşə etməz sərtliyi daim. 
Olsan çox mülayim qudurar düşmən, 
Sərt olsan düşərsən qədrü qiymətdən. 
Çalış həddən artıq özünü öymə, 
Həddindən artıq da qəddini əymə! 
 
Şer 
 
Qoca atasına dedi bir çoban; 
– Mənə bir öyüd ver, ey aqal insan! 
Dedi: Xeyrxah ol, nə bir o qədər, 
Ki, qurdlar sürünü eyləsin hədər. 
 
 
Hikmət'>Hikmət.  İki adam dinin və dövlətin düşmənidir: – helmi 
olmayan hakim, elmi olmayan alim. 
 
Beyt 
 
Olmasın ölkədə elə padişah 
Bilməsə ki, ondan böyükdür allah. 


 
222
 
 
Nəsihət. Gərək şah düşmənə elə hiddətlənməsin ki, dostların da 
inamı  qırılsın. Hirs atəşinin ilk odundan qəzəb sahibi yanar, alovun 
düşmənə çatıb–çatmaması isə sonraya qalar. 
 
Şer 
 
Torpaqdan yaranan insan övladı
Yel kimi təkəbbür göstərməz bir an. 
Belə ki, odlusan, təkəbbürlüsən, 
Bilmirəm oddansan ya ki, torpaqdan. 
  
Şer 
 
Biləqanda
110
 bir abidlə görüşdüm, 
Dedim: mənə bir öyüd ver, et dua. 
Dedi: get sən dozümlü ol, torpaqtək, 
Biliyini basdır ya da torpağa. 
 
 
Hikmət. Xasiyyəti pis adam elə bir düşmən əlinə keçmişdir ki, 
hara getsə canını onun cəngindən qurtara bilməyəcəkdir. 
 
Beyt 
 
Bədcins bəla əlindən fələyə qaçsa əgər, 
Öz xisləti əlindən yenə də bəla çəgər. 
 
 
Nəsihət. Düşmən qüvvələrini dağılmış görsən, cəm ol, toplanmış 
görsən, sayıq. 
 
Şer 
 
Düşmənlər pərişan olduğu zaman, 
Dostlarla kef elə, çəkmə dərdü qəm. 
Gördün ki, düşmənlər dilbirdir, durma, 
Kamanı saz elə, hasarı möhkəm. 
 
 
Hikmət. Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə 
 
223
düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz.  
 
 
 
Nəsihət.  İlanın başını düşmən  əlilə  əz, hər iki tərəfi xeyirlidir: 
düşmən qələbə çalarsa, ilanı öldürmüş olarsan, ilan qalib gələrsə, 
düşməndən qurtararsan! 
 
Beyt 
 
Davada qorx zəif düşməndən hər an, 
O, şiri hədələr öldüyü zaman. 
 
 
Nəsihət. Xəbər ürək açan deyilsə, sən sus, başqası desin. 
 


 
224
Beyt 
Ey bülbül, sən gətir bahar xəbəri, 
Qoy bayquş söyləsin pis xəbərləri. 
 
Nəsihət. Qəbul edəcəyinə əmin olmayınca, heç kəsin xəyanətini 
şaha açma, yoxsa öz həyatını təhlükəyə salmış olarsan. 
 
Beyt 
 
Sözünü o zaman söylə ki, yəqin, 
Nəticə verəcək sənin sözlərin. 
 
 
Nəsihət.  Nəsihətdən dəm vuran adamın özü başqalarını
öyüdünə möhtacdır! 
 Düşmənin sözünə aldanma, məddahın tərifini qulağa alma; biri 
kələk üçündür, biri çörək! Qoyunu topuğundan püfləyəndə şişdiyi 
kimi, axmağı da tərifləyəndə şişər! 
 
Şer 
 
İnanma o məddah şairlərə ki, 
Bir zərrə nəfüçün səni mədh edər. 
Verməsən ona bir mənfəət, inan, 
Eybini sayacaq beş yüz o qədər. 
 
 
Hikmət. Danışana eyib tutan olmasa, danışığı islah olmaz! 
 
Beyt 
 
Öz sözünün lütfünə qürrələnmə bir belə
Qanmazın boş tərifi və öz bəyənməyinlə. 
 
 
Hikmət. Hər kəsə özü kamallı, övladı camallı görünər! 
 
Lətifə 
 
Yəhudilə müsəlman savaşırdı bir zaman, 
Gülmək tutdu məni çox onların əhvalından. 
Müsəlman deyirdi ki, qəbaləm yalansa qoy, 
 
225
Bir yəhudi olum mən. olmasın məndə vicdan. 
Yəhudi söyləyirdi Tövrata and içirəm, 
Əgər mən yalan desəm, qoy adlanım müsəlman. 
ıl silinsə əgər bu dünyadan büsbütün, 
Yenə bir kəs özünü bilməz cahil və nadan. 
 
 Hikmət. On adam bir süfrə başında yeyə bilər, iki it bir cəmdək 
üstə dalaşmaya bilməz! Tamahkara dünyanı da versən doymaz, 
gözütoxa bir çörək də  bəs olar. Mal çoxluğundansa, göz toxluğu 
yaxşıdır! 
 
Beyt 
 
Bir çörək doldurar bağırsaqları
Dar gözü doydurmaz dünyanın varı
 
Şer 
 
Ölən zaman atam edib vəsiyyət, 
Mənə verdi ancaq bircə   nəsihət
Dedi: Şəhvət oddur, uzaq ol ondan, 
Uzaqlaş sən bu cəhənnəm odundan. 
Cəhənnəmdə yanmaqa tab etməzsən
Öz səbrinlə su səp ona indidən. 
 
 
Nəsihət. Varlı vaxtında kömək etməyən, yoxsul zamanında kö-
mək görməz. 
 
Beyt 
 
Dünyada ən bədbəxt mərdümazardır, 
Dara düşsə hamı ondan bezardır. 
 
 
Tələsik düzələn şeyin ömrü çox olmaz. 
 
Şer 
 
Deyirlər ki, qırx ilə Şərq elində, 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə