Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   45   46   47   48   49   50   51   52   53

 
238
Şer 
 
Kütbeyin bir kişi gördüm ki, varlı
Bir şəxsin dalınca hey qeybət edir. 
Dedim ki, ey xacə, sən bədbəxt isən, 
Xoşbəxt bir adamın günahı nədir? 
 
Şer 
 
Paxıla istəmə bəla, o yazıq, 
Olmuşdur əbədi bəlayə düçar. 
Nə lazım olasan paxılla düşmən, 
Onun paxıllıqtək öz düşməni var. 
 
 
Həqiqət.  Həvəssiz  şagird pulsuz aşiqə, bələdçisiz səyyah 
qanadsız quşa,  əməlsiz alim barsız ağaca, elmsiz zahid qapısız evə 
oxşar. Quranın nüzulundan məqsəd yaxşı  əxlaq üçündür, surələri 
varaqlamaq üçün deyildir. İbadət edən avam yeriyən piyadəyə, riayət 
etməyən alim yatan süvariyə oxşar. Gözünü yuxarı dikən günahkar 
özünü yuxarı tutan dindardan yaxşıdır. 
 
Beyt 
 
Mərhəmət sahibi olan bir sərdar, 
Zülmkar qazıdan çox üstün olar. 
 
 
Nəsihət. Bir adamdan soruşdular: 
 –Barsız alim nəyə bənzər?  
 Dedi: 
 –Balsız arıya! 
 
Beyt 
 
Eşşək arısına deyək: «Ay arı 
Sən ki bal vermirsən, gəl sancma barı!» 
 
 Mürüvvətsiz kişi – arvad, tamahkar abid – quldurdur. 
 
 
239
Şer 
 
Ağ geyinib xalq gözündə özünü düz göstərən, 
Ey hər işi qəlbi kimi qara olan bişüur. 
Bu dünyadan öz əlini üzən zaman nə fərqi, 
Paltarının qolu qısa, ya da ki, çox uzundur. 
 
 Hikmət. İki adamın: gəmisi batmış tacirlə, qələndərə dost olmuş 
varisin qəlbi təəssüf dərdindən, ayağı  həsrət zəncirindən xilas ola 
bilməz. 
 
Şer 
 
Dərvişlər gözündə halaldır qanın, 
Onlara olmasa xeyrin, ehsanın. 
Ya yoldaş olmasın sənə göy köynək, 
Ya da ki, büsbütün evindən əl çək. 
Ya dostluq eyləmə filbanla əsla 
Ya fil kirə bilən bir həyət saxla. 
 
 
Nəsihət.  Şah verən xələt nə  qədər izzətli olsa da, öz paltarı
daha izzətlidir. Hökmdar süfrəsindəki xörək nə qədər ləzzətli olsa da, 
öz heybəndəki çörək daha ləzzətlidir. 
 
Beyt 
 
Yaxşıdır öz halal sirkənlə tərən, 
Kəndxuda verdiyi quzu ətindən. 
 
 Hikmət. Naməlum dərmanı  həkimsiz içmək, nabələd yolu 
karvansız getmək ağıllı adamların, işi deyil. İmam Məhəmməd 
Qəzalidən
114
 soruşdular: 
 –Elmdə bu dərəcəyə necə çatdın.  
 Dedi: 
 –Bilmədiyim şeyi soruşmaqdan utanmadım. 
 
Şer 
 


 
240
Sağlamlıq o zaman təmin olar ki, 
Təbibə verəsən sən öz nəbzini. 
Hər şeyi bilməsən soruş, utanma, 
Sənə bu öyrədər bilik rəmzini. 
 
 
Nəsihət. O şeyi ki, arxayınsan sənə deyəcəklər, soruşmağa 
tələsmə, çünki, hörmətə zərəri var. 
 
Şer 
 
Loğman görəndə ki Davud əlində
Bir dəmir parçası dönüb olur mum. 
Sirri soruşmadı, bildi sorğusuz, 
Olacaq az sonra məsələ məlum. 
 
 Hikmət. Qonşuluq  şərtlərindən biri budur ki, ya özünə ev 
tikəsən, ya ev sahibi ilə yola gedəsən. 
 
Şer 
 
Müsahib zövqüncə söz de hər zaman, 
Əgər onun sənə vardırsa meyli. 
Hər aqil Məcnunla oturub dursa, 
Sözü olmalıdır «Leyli və Leyli». 
 
 
Nəsihət. Yaramaz adamlara qoşulan, onların təbiətini qəbul 
etməsə  də, onların təriqətinə görə müttəhim edilər, xərabata namaz 
qılmağa getsə onu şərab içməkdə taqsırlandırarlar. 
 
Şer 
 
Anlamaz yerinə qoydun özünü, 
Nadanı özünə eylədin həmdəm. 
Alimdən istədim versin nəsihət, 
Dedi ki, nadanla oturma bir dəm, 
Əgər alim isən nadan olarsan, 
Nadansan olarsan nadan da kəm. 
 
 
241
 Hikmət. Dəvənin həlim olduqunu hamı bilir. Noxtasını bir uşaq 
tutub yüz ağac
115
 aparsa yenə itaətindən çıxmaz. Lakin təhlükəli bir 
uçuruma rast gəldikdə, uşaq nadanlıq ucundan keçmək istəsə, dəvə 
artıq itaətdən boyun qaçırar, dartıb noxtanı uşaqın əlindən alar, çünki 
belə vaxtda sərt olmaq əvəzinə həlim olmaq düzgün deyildir. Məsəl 
var deyərlər: Düşmən yumşaqlıqla dost olmaz, bəlkə bir az da tamahı 
artar. 
 
Şer 
 
Qulu ol, baxsa sənə kimsə məhəbbətlə əgər, 
Kim sənə əyri baxa, durma çıxar gözlərini 
Yumuşaq söyləmə sən qəlbi daşa sözlərini, 
Ki, pas atmış dəmirə incə yiyə etməz əsər. 
 
 
Nəsihət.  Hər kəs başqalarının sözünü kəssə ki, öz mərifətinin 
dərəcəsini bildirsin, tərbiyəsinin səviyyəsini göstərmiş olar. 
 
Şer 
 
ıllı ta ondan soruşmasalar, 
Dil açıb bir cavab verməz heç zaman. 
Boşboğaz haq söz də desə, şübhəsiz, 
Elə bilərlər ki, o, deyir yalan. 
 
Nəsihət. Paltarımın altında bir yaram var idi, hər gün şeyx 
soruşardı
 –Yaran 
necədir? Soruşmazdı ki, yaran haradadır? Başa düşdüm 
qəsdən belə edir, bilir ki, hər üzvün adını deməyi rəva görməzlər. 
ıllı adamlar deyiblər: «Ölçülməmiş suala, biçilməmiş çavab 
verərlər». 
 
 Şer 
 
Qəti bilmədikcə doğrudur sözün, 
Bir söz də deməyə ağzını açma. 
Düz deyib zindanda qalmaq yaxşıdır, 
Yalanla zindandan qurtarmaqdansa. 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə