Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

 
214
 –Ey 
deyən ki, «Varlıların başı qarışıqdır, işləri səhv, peşələri 
əyyaşlıqdır». Doğru deyirsən, belələri vardır, onların ağlı  kəm, 
mürüvvəti azdır, əllərinə keçən nemətin qədrini bilməzlər, oğurlayar, 
gizlədər, özləri yeməz, başqalarına da verməzlər. Fərz edək ki, birdən 
quraqlıq olsa, ya Nuhun tufanı
109
 qopsa, onlar öz varlarına arxayı
olub yoxsulların halına qalmazlar və allahdan qorxmayıb deyərlər: 
 
Beyt 
 
Başqası yoxluqdan olsa da həlak, 
Biz ördək kimiyik tufandan nə bak
*
 ?! 
 
Beyt 
 
Dəvə üstə kəcavədə asudəcə oturan, 
Bir arvadın nə vecinə quma batmış bir insan.  
Beyt 
 
Alçaqlar canını xilas edən dəm,  
Deyərlər bizə nə batsa da aləm. 
 
Bəli, bu dediyim kimiləri vardır. Lakin ehsan verən, dua oxuyan, həm 
bu dünya, həm axirət hayına qalanları da yox deyildir. Məsələn, 
dünya üzünün adil şahı, qələbələr və  zəfərlər hakimi, islam dininin 
hamisi, Süleyman mülkünün varisi, zəmanə  şahlarının  ən  ədalətlisi 
Müzəfərəddin Atabəy  Əbubəkr ibn Səd ibn Zənginin (allah onun 
ömrünü uzun, bayraqlarını zəfərli etsin) bəndələri bu qəbildəndir. 
 
Şer 
 
Bir ata oğluna onu etmədi, 
Ki, sən səxavətlə etdin insana, 
Allah əvəzində səni qaldırdı
Hökmüran eylədi bütün cahana. 
 
 Qazı sözü bu dərəcəyə çatdırdıqda, bizdən daha artıq mübaliğə 
                                                           
*
 Бак – горху 
 
215
atını fəsahət meydanında çapdırdıqda yürütdüyü mühakimə, çıxardığı 
hökmlə razılaşmalı olduq. Aramızda olub–keçənləri unutduq. Bir–
birimizə baş  əyib salam verdik, dalaşmağı barışmaqla  əvəz etdik. 
Qucaqlaşıb öpüşdük, fitnə yatdı, düşmənçilik aradan qalxdı, sülh 
yarandı, söhbətimiz bu sözlə tamamlandı
 
Şer 
 
Ey kasıb, dövrandan etmə şikayət
Əgər bədbəxt olub, bədbəxt ölsən də. 
Ey varlı xoşbəxtsən, həm ye, həm bəxş et, 
Bu dünya səndədir, o dünya səndə. 


 
216
VIII FƏSİL 
 
SÖHBƏT QAYDALARI HAQQINDA 
 
(Hikmət və nəsihətlər) 
 
 
Hikmət. Mal-dövlət yaşamaq üçündür, yaşamaq mal-dövlət 
yığmaq üçün deyil. 
ıllı bir adamdan soruşdular: 
 –Xoşbəxt kimdir, bədbəxt kim?  
 Dedi: 
 –Xoşbəxt odur ki, əkər–yeyər, bədbəxt odur ki, qoyub–gedər. 
 
Beyt 
 
Namaz qılma o heçə ki, heç bir xeyir demədi, 
Ömrü boyu ehtirasla mal topladı, yemədi. 
 
 
Hədis. Musa əleyhissəlam Qaruna nəsihət edib deyirdi: – Başqa-
larına yaxşılıq elə, necə ki, allah sənə yaxşılıq edibdir. Eşitmədi, 
aqabətin eşitdin. 
 
Şer 
 
O adam ki, dinar, dirəm ilə xeyir görmədi
Dinar, dirəm üstə başı getdi əldən nəhayət. 
İstəyirsən xoş olasan sən hər iki dünyada, 
Xəlqə kərəm et ki, sənə allah etmiş kəramət. 
 
 
Nəsihət.  Ərəblər deyirlər: bağışla, lakin minnət qoyma, çünki 
faydası özünə qayıdacaqdır. 
 
Şer 
 
Kəramət ağacı hara düşdüsə, 
Boy atıb yüksəldi fələklərəcən. 
Əgər istəyirsən bar verə daim, 
Minnət ərəsilə onu kəsmə sən. 
 
217
 
Şer 
 
Allaha şükr elə, ki fayda vardı
Onun baxışında, fəzilətində, 
Şaha minnət qoyma xidmqtinlə, bil 
Səni o saxlamış öz xidmətində. 
 
 
Hikmət. İki adam havayı zəhmət çəkib, faydasız əmək sərf edər: 
biri yığıb yeməyən, o biri bilib etməyən. 
 
Şer 
 
Biliyin olsa da bir ümman qədər, 
Nadansan əməlin olmasa əgər, 
Eşşəyə yüklənsə bir neçə kitab
Nə alim olar o, nə də süxənvər. 
Başı boş o yazıq heyvan nə bilsin, 
Dalında odundur, ya kitab–dəftər. 
 
 
Nəsihət. Elm əqidəli olmaq üçündür, dünya malı  yığmaq üçün 
deyildir. 
 
Beyt 
 
Kim satsa biliyi, məsləki, dini, 
Elə bil odlamış öz xirmənini. 
 
 
Hikmət. Oxuduğuna  əməl etməyən alim məşəl gəzdirən kora 
bənzər. 
 
Beyt 
 
Faydasız keçirsə ömrünü insan, 
Qızılı tullayar bir şey almadan. 
 
 
Hikmət. Ölkə  ağıllı adamlarla gözəllənər, din pak adamlarla 
möhkəmlənər. 


 
218
 
Şahlar alimlərin məsləhətinə daha çox möhtacdır, nəinki alimlər 
şahların mərhəmətinə. 
 
Şer 
 
Ey padişah, əgər məndən istəyirsən nəsihət, 
Bu mənalı sözlərimi sən həmişə sal yada: 
İşi ancaq alimlərə tapşır sən əl-əlbət 
Hərçənd alim işə möhtac deyildir heç dünyada 
 
 Uç 
şey  əbədi yaşamaz: – Mal ticarətsiz, elm mübahisəsiz və 
hökmdar siyasətsiz... 
 Pislərə  rəhm edib, yaxşıları incitmək– zalimləri bağışlayıb, 
məzlumlara zülm etməkdir. 
 
Beyt 
Xəbisə nə qədər etsən ehtiram, 
Sənin dövlətinə qatacaq haram. 
 
 
Hikmət. Padşahların dostluğuna, uşaqların xoşavazlığına etibar 
yoxdur. Biri riya ilə dəyişilər, biri röya ilə. 
 
Beyt 
 
Min dostlu məşuqə könül vermə sən, 
Verəndə ürəyi ayır bədəndən. 
 
 
Nəsihət. Sirrini yoldaşına bildirmə, nə bilirsən bəlkə bir gün 
düşmən oldu. Düşmənin də çox zərər vurma, bəlkə bir gün dost oldu. 
Gizlətmək istədiyin sözü ən sədaqətli dostuna belə demə, çünki hər 
bir dostun öz dostu, dostunun da öz dostu var... 
 
Şer 
 
Susmaq çox yaxşıdır, nəki, sirri sən 
Birinə deyərək, «demə» deyəsən. 
Suyunu gözündən bağla çeşmənin, 
Çünki arx dolarsa daşacaq yəqin. 
 
219
 
Beyt 
 
O söz ki, aşkarda deyə bilməzsən, 
Onu gizlində də heç söyləmə sən. 
 
 
Nəsihət.  Zəif düşmən tabe olursa, o bunu güclü ola bilmək 
xatirinə edir. Əgər dostların dostluğuna etibar yoxdursa, düşmənin 
yaltaqlığına necə etibar etmək olar?! Kiçik düşmənə etinasız baxmaq, 
xırda qığılcıma məhəl qoymamaq kimidir. 
 
Şer 
 
Əlinə keçəntək düşməni öldür, 
Çünki od yüksəlsə odlanar cahan. 
Qoyma düşməni heç oxa əl atsın, 
Onu tik ox ilə o əl açmadan. 
 
 
Nəsihət. İki düşmən arasında elə söz danış ki, onlar dostlaşanda 
utanmayasan! 
 
Şer 
 
İki şəxsin arasında savaş bənzər bir oda, 
Odun tökər od üstünə söz gəzdirən o bədbəxt. 
Vuruşanlar çox çəkməz ki, barışarlar yenidən, 
O naxələf ortalıqda qalıb çəkər xəcalət. 
Anlamazdır iki adam arasına od salan, 
Çünki özü bu atəşdə yanacaqdır nahayət. 
 
Şer 
 
Sözünü dostuna yavaşca danış, 
Ta qulaq asmasın qan içən əğyar. 
Divar qarşısında söz deyən zaman, 
Bil ki, divarın da qulaqları var. 
 
 
Hikmət. Düşmənlə barışanın məqsədi dostlarla savaşmaqdır. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə