Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

 
210
 
Beyt 
 
Bir evdə ki yoxdur ağıl, himmət, tədbir, xoş rəftar, 
«Bu evdə bir adam yoxdur» desən əgər yeri var. 
 
 
Dedim: – Çünki borc istəyənlərin əlindən cana gəliblər, dilənçi-
lərin dilindən fəğana. Adamın ağlına batmır ki, səhraların qumu dürr 
olsa da, gədaların gözü doysun.  
 
Beyt 
 
Tamahkarın gözü dünyada doymaz,  
Necə ki, şəbnəmlə bir quyu dolmaz. 
 
 Harada 
çətinlik çəkmiş, acılıq dadmış adama rast gəlirsən, görür-
sən ki, özünü oda, suya vurur, təhlükəli işlərə  əl atır, nəticəsindən 
qorxmur, halala, harama fərq qoymur. 
 
Şer 
 
Bir itin başına dəysə bir kəsək? 
Sevinib kəsəyi sümük zənn edər. 
İki şəxs çiynində meyit aparsa
Tüfeyli pay bilib ardınca gedər. 
 
 
 Varlılara gəldikdə isə allahın mərhəmət nəzəri onların üzərindən 
əskik olmaz, halalı harama qarışdırmağa qoymaz. Fərz edək ki, mən 
bunları sənə söyləməmiş, fikirlərimi sübut üçün dəlil gətirməmişəm. 
Lakin xahiş edirəm düzünü deyəsən, heç görübsənmi yoxsulluqdan 
səvay özgə bir səbəbə görə bir adamın qolu dalına bağlansın, bir 
köməksiz, yazıq həbsə alınsın, bir məsum qazın ismət pərdəsi 
yırtılsın, ya birinin əli biləyindən vurulsun??!! Çox zaman şir ürəkli 
mərd adamlar ehtiyac üzündən lağımlarda  ələ keçir, ayaqları 
sındırılıb aşıq sümükləri ipə keçirilir. 
 Aydın məsələdir ki, bir yoxsulun ehtirası coşsa,  şəhvətini 
söndürmək istəsə  və evlənmək imkanı olmasa, mütləq zinaya yol 
verəcək, cinayət edəcəkdir, çünki nəfs və  həvəs ayrılmaz yoldaşdır, 
 
211
yəni bir qarında bəslənmiş ekiz qardaşdır. Nə qədər bu oyaqdır, o biri 
də ayaq üstə duracaqdır. 
 Nağıl edirlər ki, bir dərvişi bir cavanla pis iş üstdə tutdular, 
rüsvayçılıq bir yana dursun,– daşqalaq qorxusu vardı, yalvarıb deyir-
di: –Ay müsəlmanlar, rəhm edin, varım yoxdur evlənəm, taqətim 
yoxdur səbr edəm. Çarəm nədir, islam dinində  də ki, rahiblik
107
 
qadağandır. 
 Dövlətlilərin ürəklərinin sakit və könüllərinin rahat olmasının bir 
səbəbi də odur ki, hər gecə bir sənəmi qoynuna salır, hər gün bir 
gözəli bağrına basır. Deməli: 
M i s r a 
 
Hər səhər yenidən bəyliyə başlar. 
 
 
Səhər şəfəqi onun xoşbəxtliyindən vəcdə gəlib qızarır, sərv ağacı 
xəcalətindən aşağı baxmağa utanır. 
 
Beyt 
 
Batırıb əlini dostun qanına, 
Fındıqça qoymuşdur dırnaqlarına. 
 
 Belə gözəllər ola–ola varlıların günaha batmaları, ya başqa çirk-
in işə əl atmaları inandırıcı deyildir. 
 
Beyt 
 
Bir gönül ki, əsir etmiş behişt hurilərini 
Qəlbi qarət olmuşlara əhəmiyyət verərmi? 
 
Beyt 
 
Əlində xurması olan, bir nəfər. 
Bir də daş atarmı ağaca məgər? 
 
 
Əliboşların çoxu natəmiz adlarını günah çirkabına bulayar. Aclar 
isə çörək oğurlamağa belə məcbur olarlar. 
 


 
212
Beyt 
 
Yırtıcı it ət tapanda artar şövqi, həvəsi,  
Sormaz Dəccal eşşəyidir bu, ya Saleh dəvəsi
108

 
 
Çox görünüb ki, ən namuslu adamlar kasıblıq üzündən pis işlərə 
qoşulmuş, xalq içində yaxşı adını itirərək bədnam olmuşlar. 
 
Beyt 
 
Pəhrizə olarmı acın imkanı
Yoxsulun deyərlər, olmaz imanı
 
 Hatəmi–Tai səhrada yaşardı. Şəhərdə olsaydı dilənçilərin əlindən 
aciz qalardı, əynindəki paltarı tikə–tikə olardı
 
Cavab verdi: – Yox, mən varlıların halına acıyıram. Dedim: – 
Yox, varlarına həsrət çəkirsən. 
 Biz 
hələ uzun müddət belə  sərt danışdıq, hücum edən hər 
piyadəsini dəf etməyə çalışdım, harda «şah» dedi isə, «vəzirlə» 
qarşısını aldım. Nəhayət mərifət xəzinəsində  nə  qədər sözü vardısa, 
hamısını dedm, höçət heybəsində nə qədər oxu vardısa, hamısını atdı
 
Şer 
 
Fəsahət əhlinin içindən rədd et, 
O kəs ki, şişirdir özünü hər an 
Din əhli, mərifət sənət sahibi, 
Ona öz yerini verməli nişan. 
 
 Axırda dəlili qalmadı zəlil etdim. Əlin işə saldı, söyüş söyməyə 
başladı. Adətən cahil adamların peşəsi belədir, müxalifinə söz ilə 
bata bilməyəndə, düşmənçiliyə  əl atırlar. Büttəraş Azər də belə 
etmişdi, sözdə oğluna üstün gələ bilmədiyi üçün davaya başlamış və 
demişdi: «sözünü geri götürməsən, səni daşla vuracağam». 
 
Məni söydü, ondan da ağırını dedim, yaxamdan yapışdı, çənəsin-
dən tutdum. 
 
Şer 
 
213
 
Mən onu qovuram, o qovur məni, 
Xalq bizə rişxəndlə gülür arxadan. 
Bizim sözümüzü eşidənlərin, 
Barmağı ağzında qalmışdır heyran. 
 
 Müxtəsər, mürafiə üçün qazının yanına getdik, ədalətlə  nə 
deyərsə razılaşacağımızı qət etdik. Dedik: qoy müsəlman hakimi bu 
məsələni həll etsin, varlılarla yoxsullar arasındakı  fərqi  şərh etsin.
 Qazı diqqətlə üzümüzə baxdı, ciddiyyətlə sözümüzə qulaq asdı
Sonra dərin fikrə getdi. Bir azdan sonra başını qaldırıb dedi: 
 –Ey 
varlıları  tərifləyib, yoxqulları  təhqir edən  şəxs, bilməlisən 
ki, gül tikansız, xəzinə ilansız ola bilməz, harda şərab var, orda məst 
də olacaqdır, harda sədəf var, orda nəhəng də olacaqdır. Dünyanın şi-
rin ləzzəti dalında ölümün acı  şərbəti durmuşdur, behişt nemətləri 
qarşısında Məkkarə səddləri qurulmuşdur. 
 
Beyt 
 
Dostu sevən dözməlidir sitəm etsə də əğyar, 
Xəznə-ilan, gül və tikan, fərəh-fəğan bir olar. 
 
 Görmürsənmi bağda həm salxım söyüd olur, həm də quru çubuq. 
Eləcə  də varlılar içərisində  şükür edənlər olduqu kimi, küfr edənlər 
də vardır. Yoxsullar içərisində  səbr edənlər olduğu kimi, diltəng 
olanlar da vardır. 
 
Beyt 
 
Hər bir şeh damlası dürr olsa əgər, 
Bazarı qığ kimi doldurar gövhər. 
 
 
Allaha o varlılar yaxındır ki, dərviş  təbiət olsunlar, o yoxsullar 
yaxındır ki, varlı xislət olsunlar. 
 Varlıların  ən böyüyü odur ki, yoxsulların halına qalsın, 
yoxsulların da ən yaxşısı odur ki, varlıların qapısını az açsın. «Allaha 
təvəkkül» ilə yaşayanların ruzisi çatacaqdır. 
 Sonra 
qazı məzəmmət nəzərlərini müddəiyə tərəf çevirib dedi: 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə