Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

 
200
 
Dedim: – Bu bəlanı o özü dua edib, allahdan istəmişdir. 
 
Şer 
 
Ey əqli başında olan kişi bil, 
Hamilə qadınlar doğsalar ilan, 
Cəmiyyət gözündə daha da xoşdur, 
Yaramaz, naxələf övlad doğmaqdan. 
 
 11. 
Hekayət 
 
 
Uşaq idim, bir böyükdən hədd-büluğ haqtıada soruşdum. 
 
Dedi: – Kitablarda oxumuşam ki, üç əlaməti var: biri on beş ya-
şına çatmaq, ikincisi – şeytani olmaq, üçüncüsü – buğyeri tərləmək. 
Amma haqiqətdə bir nişanı vardır, o da öz nəfsinin xeyrindən çox, 
allah rizasına çalışmağıdır. Kimdə bu xüsusiyyət yoxdursa ağıllı 
adamlar onu hədd-büluğa çatmış, kəmalə yetişmiş hesab edə 
bilməzlər. 
 
Şer 
 
Bir qətrə su ana bətnində qırx gün, 
Qaldıqda surətdə adama bənzər. 
Qırx yaşlının əqli, ədəbi yoxsa, 
Yaraşmaz ki, ona adam deyələr. 
 
Şer 
 
Zənn etmə ki, surətdədir, qamətdədir adamlıq, 
Cavanmərdlik, səxavətdir adamlığa əlamət. 
Şübhəsiz ki, mahir rəssam al və yaşıl rəngilə 
Divarlarda çəkə bilər adama bənzar surət. 
Nə fərqi var divardakı bu nəqş ilə insanın, 
Əgər onda yoxdursa bir ehsan, hünər, fəzilət. 
Hünər deyil bu dünyanı ələ almaq əzizim, 
Hünərin var bir ürəyi ələ alıb, qıl rahət. 
 
 12. 
Hekayət 
 
201
 
 Bir 
dəfə  həcc zəvvarları arasında dalaşma düşdü, mən də 
piyadələr içərsində idim, əməlli başlı vuruşurduq, bir-birimizi 
kötəkləyib baş-gözünə vururduq, söyüş söyürdük, ağzımıza gələni 
deyir,  əlimizə keçəni döyürdük. Eşitdim dəvə üstə  kəcavənin bir 
gözündə oturan adam o biri gözündə oturana belə deyirdi:  
 –Qəribə  şeydnr, piyada şahmat xanasında gedib başa çatanda 
vəzir, yəni  əvvəlkindən yaxşı olur, bu həcc piyadələri Məkkəyə 
çatanda niyə belə dəli olublar?!. 
 
Şer 
 
Bu sozümü söyləyiniz o zülmkar hacıya, 
Ki, zülmlə soyur xalqın dərisini yanmadan
Özü deyil, hacı onun dəvəsidir belə ki, 
O zavallı tikan yeyib, yük daşımış hər zaman. 
 
 13. 
Hekayət 
 
 
Bir hindli məşəl atıb-tutmaq öyrənirdi. Bir arif görüb dedi: – 
Sənin ki, evin qəmişdir, bu nə məşğələdir, nə işdir? 
 
Beyt 
 
Yerli hesab etmədiyin sözü demə heç zaman, 
Elə cavab vermə ki, o, gətirə bilsin ziyan. 
 
 14. 
Hekayət 
 
 Bir 
kişinin gözü ağrayırdı, baytarın yanına gedib dedi: «Gözümə 
bir dərman ver!» Baytar heyvanların gözünə çəkdiyi dərmandan onun 
gözünə çəkdi. Kişi kor oldu. Onlar dalaşıb hakimnn yanına getdilər. 
Hakim dedi: 
 –Baytarın taqsırı yoxdur. O kişi heyvan olmasaydı baytarı
yanına getməzdi. Həmin hekayəni deməkdən məqsədim bunu başa 
salmaqdır ki, naşı adama böyük iş tapşıran axırda peşman olar və 
ıllılar yanında axmaq sayılar. 
 


 
202
Heç zaman iş bilən, ağıllı usta 
Bədəslə ən mühüm vəzifə verməz. 
Toxucu olsa da həsir toxuyan, 
Lakin ipək işi ona verilməz. 
 
 15. 
Hekayət 
 
 
Böyük ruhani başçılarından birinin oğlu öldü. Soruşdular: –Qə-
bir daşının üstünə nə yazaq? 
 
Dedi: – Quran ayələrinin izzət və hörməti daha yüksək olduğun-
dan rəva deyil ki, belə yerlərə yazılsın, çünki zaman keçdikcə 
pozulub gedər, camaat onu tapdalayıb keçər, ya da üzərində bir it 
xarablıq edər. Əgər bir şey yazmaq zəruridirsə, bu Beyt bəsdir: 
 
Şer 
 
Bostanda bitəndə yamyaşıl otlar, 
Şadlıqdan ürəyim əsərdi tir-tir. 
Gəl ey dost, indi gör bahar çağında, 
Necə qəbrim ustə yaşıl ot bitir. 
 
 16. 
Hekayət 
 
 
Bir zahid bir dövlətlinin yanından gecərkən, gördu ki, bir qulun 
əl-ayağın bərk baqlayıb doyür. Dedi: – Oğlum, allah sənin kimi bir 
məxluqu sənin əlində əsir edib, sənə üstünlük vermişdir. Xudavəndi-
aləmə  şükür et və onu bu qədər incitmə. Yaxşı deyil ki, sabah 
qiyamət günü o, üzü ağ olsun, sən üzü qara. 
 
Şer 
 
Sən çox da qulunu qəzəblə söymə, 
Qəlbini incitmə, özünü döymə. 
Sən onu almısan on dirəm pula, 
Can verməmisən ki, o yazıq qula. 
Nə qədər duracaq bu zor, bu rəftar, 
Unutma ki, səndən böyük allah var. 
Ey Aquş və Arslan
106
 atası olan, 
 
203
Sən də öz ağanı çıxarma yaddan. 
 
 
Hədis: Peyğəmbər səlləllahü əleyhdən eşidiblər, deyib ki, qiya-
mət günü ən böyük dərd odur ki, əməli saleh qul behiştə, onun bəd 
əməl aqası isə cəhənnəmə gedə. 
 
Şer 
 
Gücsüzü, tabei çox incitmə sən, 
Qəzəbdə, hiddətdə eyləmə ifrat. 
Hesab çəkiləndə rüsvayçılıqdır, 
Ki, xacə zəncirdə, qul isə azad. 
 17. 
Hekayət 
 
 Bir 
dəfə Bəlxdən səfərə çıxarkan şamlılarla yoldaş oldum. Yollar 
qorxulu idi. Bu zaman döyüşkən, ox atan, silah oynadan bir gənc 
pəhləvan da bizə qoşuldu. O elə güclü idi ki, on adam onun 
kamanının yayını çəkə bilməz, məşhur pəhləvanlar arxasını yerə vura 
bilməzdi. Lakin buna baxmayaraq, o, naz–nemət içərisində böyümüş, 
ömründə  nə  səfərə  çıxmış, nə  çətinlik görmüş, nə igidlərin gur səsi 
qulağında cingildəmiş, nə  də süvarilərin qılınc parıltısı gözünü 
qamaşdırmışdı
 
Beyt 
 
O heç vaxt düşmənə əsir olmamış. 
Üstünə yağmamış oxlardan yağış. 
 
 Xülasə, biz onunla birlikdə sürətlə gedirdik. O, gücünü 
göstərərək qabaqına çıxan köhnə divarı bir yumruqla yıxır, qocaman 
ağacı kökündən çıxarıb qürurla deyirdi: 
 
Beyt 
 
Fil hanı ta görsün pəhləvan nədir
Şir hanı ta görsün qəhrəman nədir?! 
 
 
Qəflətən bir daşın arxasından iki hindli çıxıb bizi öldürmək 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə