Microsoft Word Sadi Gulustan doc


Hikmət. Yalan da xəncər yarası



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   45   46   47   48   49   50   51   52   53

 
242
 Hikmət. Yalan da xəncər yarası kimi bir şeydir, özü sağalsa da, 
izi qalar. Odur ki, Yusifin qardaşları yalançılıqda  şöhrət tapdıqdan 
sonra doqrularına da inanan olmadı... 
 
 
243
Şer 
 
Hər bir kəsi tanısalar daim doğru danışan, 
Bir xətayə yol versə də keçərlər günahından. 
Əgər adı şöhrət tapsa onun yalançılıqda, 
İnanmazlar şübhəsiz ki, doğru söz deyən zaman. 
 
 
 Hikmət. Bütün kainatın  ən  əzizi, zahirən insan, mövcudatın  ən 
rəzili itdir. Lakin ağıllı adamların hamısı bu fikirdədir ki, vəfalı it 
vəfasız insandan yaxşıdır. 
 
Şer 
 
Bir itə bir tikə çörək verəndə, 
Unutmaz yüz kərə bassan da daşa. 
Alcağa bir ömür çörək yedirsən, 
Bir dəfə tünd olsan başlar savaşa. 
 
 
 
Nəsihət. Öz hayına qalanda hünər olmaz, hünəri olmayandan 
rəhbər çıxmaz. 
 
Şer 
 
Yekə bir öküzə rəhm eyləmə sən, 
Ki çox yatan olar, həm də çox yeyən. 
Kökəlmək istəsən gər ögüz kimi 
Ulağtək insana xidməti öyrən. 
 
 Hikmət.  İncildə yazılıbdır: «Ey insan övladı, dövlət verirəm 
başın eyş-işrətə qarışır, məni unudursan, yoxsul edirəm mısmırığını 
salıb oturursan». 
 
Şer 
 
Gah nemət içində məğrursan ğafil, 
Gah da yoxsulluqla əlbəyaxasan. 
Yoxsulluq, bolluqda işin belədir, 
Vaxt hanı haqqa da bir az baxasan. 


 
244
 
 Hikmət. Qəza birini şahlıq taxtından yerə salır, birini balı
qarnında diri saxlayır. 
 
Şer 
 
Sənin zikrin munis olar hər yerdə, hər məkanda 
Lap Yunistək mümkün olsa bir balığın qarnında. 
 
 
 Hikmət. Qəza qəzəb qılıncına  əl atsa imamlar, peyğəmbərlər 
başların içəri çəkər, mərhəmət qaşını oynatsa, pislər vurub yaxşıları 
geçər. 
 
Şer 
 
Olarsa məhşərdə qəhrilə xitab, 
Üzrə dil açarmı heç bir peyğəmbər? 
Qoy lütfün üzündə pərdə olmasın, 
Axı əfv istəyir günahkar bəşər. 
 
 
Nəsihət. Kim bu dünyadan ibrət alıb doğru yola gəlməsə, o 
dünyada  əzab–əziyyətə mübtəla olacaqdır: «Biz bu dünyada onları 
yüngül imtahana çəkirik, axirətdə isə işgəncələr daha ağır olacaqdır». 
 
Beyt 
 
Əvvəlcə kiçiyə nəsihət olar, 
O təsir etməsə bəndə vurular. 
 
 
Nəsihət. Xoşbəxtlər özlərindən  əvvəlkilərin başına gələn 
əhvalatlardan ibrət alarlar, bəd əməlləri ilə sonrakılara ibrət olmazlar. 
 
Şer 
 
Quş–quşu görüncə torun içində, 
Dənə toxunmağa edərmi cürət, 
Özgə əzabından sən ibrət götür, 
Ta səndən almasın özgələr ibrət. 
 
245
 
 Hikmət. Bəxt qulağı kar yaradılan necə  eşidə bilər, səadət 
kəməndi ilə aparılan necə getməyə bilər?! 
 
Şer 
 
Qaranlıq gecədə allah dostları
Gündüztək aləmi işıqlandırar. 
Qol gücü yaratmaz bu səadəti
Əgər bəxş etməsə xudavəndkar. 
 
Şer 
 
Axı səndən kimə edim mən şikayət ey xuda, 
Səndən daha üstün olan varmı bütün dünyada. 
Kimə rəhbər sənsən onu heç kəs yoldan çıxarmaz, 
Sən hər kəsi rədd eyləsən bir kəs çatmaz imdada. 
 
 Hikmət. Aqibəti pis şah olmaqdansa, nəhayəti yaxşı gəda olmaq 
yaxşıdır! 
 
Şadlıqdan əzəlki kədər, qəm inan, 
Xoşdur qəmdən əvvəl gələn şadlıqdan. 
 
 Hikmət. Göydən yerə nemət yaqır, yerdən göyə torpaq qalxır. 
hər kəsin qabında nə varsa onu büruzə verir. 
 
Beyt 
 
Sənin nəzərində pis olsam da mən
Öz yaxşılığını vermə əlindən. 
 
 
O böyük çəlal sahibi həm görür, həm də üstünü örtür, qonşu isə 
heç nə görmür, amma ağzına gələni deyir. 
 
Beyt 
 
Xalq əgər qeybdən tutsaydı xəbər, 


 
246
Dünyada olmazdı rahat bir nəfər. 
 
 Hikmət. Qızılı, mədəndən–qazmaqla, xəsisdən isə–canını al-
maqla əldə etmək olar. 
Şer 
 
Alçaqlar yeməyib belə söyləyər, 
«Yaxşıdır yeməkdən ümid dünyada» 
Düşmənin kamınca bir gün görərsən. 
O ölmüş, dövləti qalmışdır yada. 
 
 
Nəsihət. Özündən gücsüzlərə rəhm etməyən, özündən güclülərin 
zülmünə rast gələr! 
 
Şer 
 
Qolunda zor varsa göstərmə barı
Sən basıb sındırma zəif qolları
Gücsüzə zülm edib ziyan vermə sən, 
Ki, daha güclüdən zərər görərsən. 
 
 Hikmət. Ağıllı adam dava–dalaş gördü qaçar, barış gördü ləngər 
salar. Orada salamatlıq kənardadır, burada rahatlıq ortada.  
Zər atana se–şeş lazımdır, lakin se–yek gəlir. 
 
Beyt 
 
Meydandan min dəfə xoşsa çəmənzar, 
Atın ki, əlində deyil ixtiyar. 
 
 
 Bir 
dərviş münacat çəkib deyirdi: 
 
–İlahi, pislərə  rəhmin gəlsin, yaxşılara rəhm edibsən ki, onları 
yaxşı yaradıbsan. 
 
İlk dəfə paltara naxış vuran, barmağa üzük taxan Cəmşid
116
 
olmuşdur. Ondan soruşdular: 
 –Nə üçün zinəti sola veribsiniz, halbuki, fəzilətdə sag ondan 
ustündür. 
 
Cəmşid dedi: 
 
247
 –Sağa sağlığın özü böyük zinətdir. 
 
Şer 
 
Çinli nəqqaşlara dedi Fridun, 
Yazılsın təxtinə zərlə bu sözlər: 
Ey aqil, pisləri yaxşı saxla ki, 
Yaxşılar özləri olar bəxtəvər. 
 
 Hikmət. Böyük bir şəxsdən soruşdular: 
 –Sağ  əl çox cəhətdən sol ələ üqtündür, buna baxmayaraq nə 
üçün üzüyü sol ələ taxırlar? 
 Dedi: 
 –Bilmirsən ki, fəzilətli adam həmişə məhrum olar! 
 
Beyt 
 
Ləzzəti, əzabı yaradan budur, 
Birinə bəxt vermiş, birinə şüur. 
 
 
Nəsihət.  Şahlara yalnız o adam öyüd verə bilər ki, başından 
qorxmasın, ya da bəxşiş ümidində olmasın! 
 
Şer 
 
Allaha bir deyənin ayağına pul töksən, 
Ya bir hindu qılıncı onun üstünə çəksən 
Aldanmaz və qorxmaz o, tohid buna deyirlər, 
Dindarlığın əsası belə olmuş mötəbər. 
 
 Hikmət.  Şah, adamları zülmkarlardan, darğa dələduzlardan 
qorumaq üçündür. Qazı isə  oğruları doğruya çıxarmaq üçün. Buna 
görə  də iki müddəm haqq işə razı olsa, qətiyyən qazının yanına 
getməz. 
 
Şer 
 
Bir həqqi ödəmək lazım gələndə, 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə