Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   45   46   47   48   49   50   51   52   53

 
248
Xoşluqla ver onu, nə lazım hədə? 
Könüllü verməsə hər kəs borcunu. 
Zor ilə nəhayət alarlar onu. 
 
 
Lətifə. Hamının dişi turşdan qamaşar, qazınınkı şirnidən. 
 
 
249
Beyt 
 
Qazı rüşvət alsa səndən beş xiyar, 
Yüz qarpız xırını xeyrinə yazar. 
 
 
Hikmət.  İşdən düşmüş,  əxlaqsız bir qarı fahişəlikdən, işdən 
düşürülmüş insafsız bir darğa mərdümazarlıqdan  əl çəkib tövbə 
etməsin, bəs nə etsin?! 
 
Beyt 
 
Bənzər qoca abidə guşənişin bir cavan, 
Ki qocada onsuz da durmağa yox tab, təvan. 
 
Beyt 
 
Cavan gərək gözləsin özünü çox şəhvətdən, 
Ki süst qoca onsuz da bizardır yox şəhvətdən. 
 
 Hikmət. Bir filosofdan soruşdular: 
 
–Allah bu qədər hündür, qocaman ağaclar yaradıbdır, nə üçün 
meyvəsiz sərv ağacından başqa heç birinə «azad» demirlər? 
 Dedi: 
 –Ağaclardan hər birinin müəyyən vaxtda bəhrəsi olar, ona görə 
onlar gah açılar, gan solar. Sərv ağacının isə heç bir barı yoxdur, odur 
ki, həmişə təzədir. Bu isə azadələrin sifətidir. 
 
Şer 
 
Hər keçən hadisəyə qəlbi verib aldanma, 
Xəlfədən sonra da çox Dəclə axar Bağdadə. 
Bacarırsansa əgər nəxl
*
 kimi xurma yetir, 
Mümkün olmazsa yaşa sərv kimi azadə. 
 
 Hikmət. İki adam öldü və dünyadan həsrətlə getdi: biri odur ki, 
yığdı yemədi, digəri odur ki, bildi eləmədi! 
                                                           
*
 Няхл – хурма агаъы 


 
250
 
 
251
Şer 
 
Paxıl olsa əgər adlı bir fazil, 
Hər kəs tapacaqdır onda bir nöqsan. 
Kəramət sahibi yüz günah etsə, 
Kərəmi eybini örtəcək hər an. 


 
252
KİTABIN SONU 
 
 Allahın köməyi ilə bu «Gülüstan» kitabı bitdi və başqa 
müəlliflərdəki adətin  əksinə olaraq özgələrinin  şerindən istifadə 
edilmədi. 
 
Beyt 
 
Öz köhnə xirqəni geyməyin, inan. 
Yaxşıdır birovuz təzə çuxadan. 
 
 
Sədinin sözlərinin əksəriyyəti sevinc gətirən və məftun edəndir. 
Odur ki, gözü götürməyənlər öz tənəli dillərin işə salıb deyirlər ki, 
nahaq yerə beyni yormaq və faydasız olaraq çıraq tüstüsünü udmaq 
ıllı adamların işi deyil. Lakin arif adamlara aydındır ki, (bu sözlər 
də onlar üçün yazılmışdır)  şəfaverici nəsihət inciləri zərif ibarə 
sapına düzülmüş  və acı  məsləhət dərmanları  şirin zarafat balına 
qarışdırıdmışdır ki, insanın yorğunluğa mail olan təbiəti bu sərvəti 
qəbul etməkdən məhrum qalmasın. 
 
Şer 
 
Yaşadıq dünyada biz də bir müddət, 
Etdik bacardıqca neçə nəsihət, 
Onu dinləməsə bir kəs nə olar. 
Qoy bizdən dünyada qalsın yadigar. 
 
Ey oxucum müəllifə bəxşiş dilə allahdan, 
Katibə də istə onu bağışlasın girdikar, 
Özünə də dua elə istəklərin doğrulsun,  
Bu kitaba kim sahibsə o da olsun bəxtiyar! 
 
 
253
 
L Ü G Ə T 
Abid – ibadətkar 
Astana – kandar 
Ağuş – qucaq 
Avaz – səs 
Ağaz etmək – başlamaq 
Bak – qorxu 
Bəni-adəm – Adəm övladları 
Bəzzaz – toxuculuq məmuları 
satıcısı 
Bədəvi – çöllü, köçəri 
Bərbət – çalğı aləti 
Bişe – meşə 
Cil – qamışın həsir toxunan 
bir növü («lığ» da deyilir) 
Cani-pak təmiz ürək 
Darğa – keçmişdə bəy və 
mülgədarların mülkünə 
nəzarət edən vəkalətli 
şəxs 
Dərban – qapıçı 
Dinar – pul vahidi 
Dirəm – çəki və pul vahidi 
Əta – bəxşiş 
Fasiq – ikiüzlü, hiyləgər  
Fazil – bilikli, alim 
Fələk – göy, səma 
Fəqih – şəriət alimi 
Firavən – bol 
Hücrə – mollaxana və 
mədrəsədə dərs oxunan 
otaq 
Xanəqah – rindlərin 
toplandığı yer 
Xacə – ağa, sahib 
Xali – boş 
Xamuş – susmuş 
Xirqa – dərvişlərə məxsus 
paltar 
Xislət – xasiyyət 
Xuda – Allah 
İltimas – xahip 
Kan – mədən 
Kerdiğar – Allah, yaradan 
Kamiyab – xoşbəxt, 
arzusuna çatan 
Kecavə – saray xanımları 
üçün xüsusi düzəldilmiş 
səyyar təxt 
Kübar – zadəgan, şəhər 
dövlətlisi 
Kəbr – atəşpərəst 
Qaraqulaq – qarolaq, vaşaq 
Qalandər – dərviş 
Qəmər – ay 
Qəriq – qərq olan, tələf olan, 
suda boğulan 
Qubar – toz 
Qur – zebr 
Məddah – tərif edən 
Moizə – nəsihət 
Mömin – qatı dindar, allah 
qorxusu ilə haqq-hesabda 
düz olan adam 
Munis – dost, ürəyə ən yaxı


 
254
adam 
Mürği–səhər – səhər quşu, 
bülbül 
Mütrib – çalğıçı, xanəndə 
Müxənnəs – alçaq, 
namussuz, qeyrətsiz 
Müddəi – iddiaçı tələb edən 
Müəzzin – nəsihət verən 
Nəxl – xurma aqacı 
Nəsrani – xristian, xaçpərəst 
Nayşəkər – qənd qamışı 
Pavənd – bağlı, asılı 
Pars – farş 
Padzəhr – əkszəhər, zəhərə 
qarşı 
Pasiban – gözətçi 
Pərqü – qutüklü 
Rehlət – getmək, köçmək 
Ruzigar – dövran, dolanışıq, 
külək 
Rinq – qeydsiz, qəmsiz, arsı
Rişe – kök 
Rükət – namazı
hissələrindən biri 
Sahibxana – ev sahibi 
Sərhəng – polkovnik 
Səthixak – yer üzü 
Səfsəfə – səfistika 
Soxənvər – şair, yazıçı 
Səmər – fayda 
Sərmayə – pul, kapital 
Sərrast – düz, doğru 
Seyqəl – ülüluma 
Suizənn – pis niyyət 
Tərsa – rahibə, xristian qadı
Tüfli-gülüstan – körpə gül-
çiçək, tumurcuq 
Türfə – ən əla, ən gözəl  
Tolud – teşt 
Teşnə – susuz 
Ud – burada yandırıldıqda 
xoş iy verən bitki 
Vadi – dərə 
Vaiz – moizə edən, molla 
Zəxirə – ehtiyat 
Zinhar – uzaq ol, saqın
 
 
255
 
KİTABIN İÇİNDƏKİLƏR 
 
Sədi Şirazi və onun «Gülüstan» əsəri. M. Sultanov  
Mərhəmətli və mehriban allahın adı ilə başlayıram 
Atabəy Əbubakr ibn Sədinin tərifi 
Kitabın yazılmasının səbəbi 
I Fəsil. Hökmdarların rəftarı haqqında 
II Fəsil. Dərvşilərin əxlaqı haqqında  
III Fəsil. Qənaətin fəziləti haqqında 
IV Fəsil. Susmaqın faydaları haqqıida 
V Fəsil. Eşq və cavanlıq haqqında 
VI Fəsil. Zəiflik və qocalıq haqqında 
VII Fəsil. Tərbiyənin təsiri haqqında 
VIII Fəsil. Söhbət qaydaları haqqında 
Şərhlər 
Lüğət 
 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə