Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   45   46   47   48   49   50   51   52   53

 
232
Aqil əttar dükanıtək: özü sakit, ətri xoş, 
Cahil döyüş təbli kimi: özü küylü, içi boş. 
 
Şer 
 
Məsəl var deyərlər: kamil bir alim 
Cahillər içinə düşərsə əgər 
O bənzər pəriyə korlar içində, 
Ya zındıq evində Qurana bənzər. 
 
 
Nəsihət. Bir ömürdə  ələ  gələn dostu, bir anda incidib əldən 
vermə. 
 
 
233
Beyt 
 
Neçə ilə daş ləl olar qoca dövran içində, 
Aman daşa çırpma onu, sən də bir an içində. 
 
 Hikmət.  İradəsiz kişi həyasız arvadın  əlindən yaxasını qurtara 
bilmədiyi kimi, ağıllı da nəfsin əlindən öz canını qurtara bilmir. Gücə 
əsaslanmayan bir tədbir  əfsanəyə  bənzər, tədbirə  əsaslanmayan bir 
güc isə divanəyə.  Əvvəlcə  tədbir və qabiliyyət lazımdır, sonra 
hökmranlıq. 
 
Beyt 
 
Ölkəsindən əvvəl tədbir, zəka lazım hər şaha 
Ki, nadanın səltənəti meydan oxur allaha. 
 
 
Yeyib paylayan igid, yığıb saxlayan abiddən yaxşıdır. Yalnı
camaatın xoşuna gəlmək xatirinə bu dünyanın eyş-işrətindən əl çəkən 
adam, halal şöhrəti atıb, haram şəhvətdən yapışmış olar. 
 
Şer 
 
Abid allah xatirinə guşənişin olmasa, 
O yazıq nə görə bilər qaralmış bir aynada. 
 
 Hikmət. Dənə–dənə bol olar, dama–dama göl olar, yəni gücü 
çatmayan adamlar kiçik daş  yığıb saxlayar, fürsət düşcək zalimdən 
qisas alar. 
 
Beyt 
 
Qətrələr toplaşıb çay olur haman, 
Çaylar da birləşib yaradır ümman. 
 
Beyt 
 
Yığılıb göl olar kiçik damlalar, 
Balaca dənlərdən düzələr anbar. 


 
234
 
 Hikmət. Alim avamların səhvlərinə göz yummamalıdır. Bunun 
hər iki tərəfə ziyanı vardır: bu tərəfin  əzəməti azalar, o tərəfin 
cəhaləti artar. 
 
Beyt 
 
Alçaqla danışsan xoş dil ilə sən, 
O da lovğalanıb öyünər həmən... 
 
 
Nəsihət. Şeytan əməli heç kimə yaraşmaz, xüsusilə alimə! Çünki 
elm  şeytana qarşı bir silahdır, silah sahibi isə düşmənə  əsir düşsə, 
rüsvayçılıq bir neçə qat artıq olar. 
 
Şer 
 
Günü qara olan bir avam, nadan, 
Yaxşıdır xeyirsiz bir ağıllıdan 
O kordu, görmədi yolu, sürüşdü 
Bu iki göz ilə quyuya düşdü. 
 
 Hikmət. Can bir nəfəsə bağlıdır, dünya isə iki yoxluq arasında 
bir varlıqdır, dini dünyaya satanlar xamdırlar, Yusifi satanlar əvəzin-
də nə alacaqlar?! 
 
Beyt 
 
 
 
 
 
Düşmənin sözüylə dostunu satdın,  
 
 
 
 
Gör kimlə birləşdin, gör kimi atdın?! 
 
 
Lətifə. Şeytan düzdən qaçar, sultan pulsuzdan. 
 
Şer 
 
Namaz qılmayana borc vermə aman, 
Aclıqdan şikayət etsə də haman. 
O allah borcunu vermirsə, Əgər, 
Bəndənin borcunu neçə ödəyər? 
 
235
 
 
Nəsihət. Diriliyində adamın çörəyini yeməsələr, öləndən sonra 
adını  çəkməzlər! Üzümün dadın bağ sahibindən çox, onu yığan dul 
qadın bilər. Misirdə qəhətlik üz verdikdə Yusif peyğəmbər doyunca 
yeməzdi ki, acları unutmasın! 
 
Şer 
 
Bolluqda yaşayan toxlar nə bilir, 
Acların əhvalı neçə yamandır, 
Yazığın halını o kəs bilər ki,  
Aclığın dəhşəti ona əyandır. 
 
Şer 
 
Köhlənə minən ey səvari bil ki, 
Eşşəyi batanı atmaq günahdır. 
Sən kasıb qonşundan od da istəmə, 
Bacadan yüksələn tüstülər ahdır. 
 
 Hikmət. Qıtlıq ilində, vəziyyəti ağır olan dərvişə yalnız o şərtilə 
«Kefin necədir?» deyə bilərsən ki, yarasına məlhəm qoyasan, 
qabağına dirhəm. 
 
Şer 
 
Bir kişinin görsən batıb gilə yüklü eşşəyi, 
Ürəyində təəssüf et, lakin yaxın getmə sən, 
Əgər gedib soruşdunsa nə olmuşdur? Gərəkdir, 
Qol çırmayıb eşşəyinin quyruğundan çəkəsən. 
 
 
Hikmət. İki şey mümkün deyilir. Qismətdən artıq yemək və əcəl 
catmamış ölmək. 
 
Şer 
 
Qəza bir də təkrar etməz dad etsə də bir qarı
Min ah çəkib bir ağızdan qoparsa da min şivən. 


 
236
Nə vecinə küləklərə vəkil olan mələyin, 
Xəzan vaxtı bir qarının şamı söndü küləkdən. 
 
 
Nəsihət. Ey ruzisi qalmış getmə, yiyəcəksən, ey əcəli çatmış 
acma, öləcəksən. 
 
Şer 
 
Özün üçün çalışsan da, əgər çalışmasan da, 
Yetirəcək öz ruzunu sənə böyük yaradan. 
Sən ağzına girsən də lap qızmış şirin, pələngin, 
Bir şey olmaz əgər əcəl çatmamışsa bu zaman. 
 
 Hikmət. Qismətin deyilsə,  əlin çatmayacaqdır, qismətindirsə 
harda olsan, gəlib tapacaqdır. 
 
Beyt 
 
Ab–həyat
113
 tapmaq üçün İsgəndər çox yol keçdi, 
Zülmatə dək getdi, lakin onu təkcə Xızr içdi. 
 
 Hikmət. Qisməti olmayan ovçu Dəclədə balıq tuta bilməz, əcəli 
çatmamış balıq quruda ölməz. 
 
Beyt 
 
Yazıq xəsis dincəlməz gəzər hey yorulunca, 
O gəlirin dalınca, əcəl onun dalınca. 
 
 Hikmət. Fasiq varlı üstü qızılla suvanmış təzəkdir, sadiq yoxsul, 
üzü toza bulanmış  bəzəkdir, bu Musanın yamaqlı paltarıdır, o 
Fironun yaraqlı saqqalı. Yaxşıların möhnətinin axırı sevinc olacaq, 
pislərin dövlətinin sonu heç. 
 
Şer 
 
Hər kimin vardırsa dövləti, malı
Onun ürəyinə yol tapmaz kədər. 
 
237
Bir söylə heç dövlət, səadət, şadlıq, 
Başqa bir saraya girərmi məyər? 
 
 Hikmət. Paxıl, allahın başqasına verdiyi nemətindən paxıllı
edər və günahsız adamlardan da zəhləsi gedər. 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə