Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə20/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   16   17   18   19   20   21   22   23   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



66

6 Xəzan ayı, 29-il. 

İnam Evi.  

 

 

 

OCAQLAR 

(İçsəs) 


 

İndi mənəviyyat bütün dünyəvi toplumlarda  - istehza hədəfi, İnanc və 

Dinlərdə, o sıradan Asif Atanın Mütləqə İnam Ocağında – ikiüzlülük səbəbidir 

(Ocaq üçün onu “hədəf” saya bilmədim). 

 

*** 


Məncə, İnam Atanın Ocağı yoxdur; indiki Ocaq Asif Atanınkıdır.  

*** 


Bir var (ola bilər) – Özündəocaq, bir var – Ulus üçün Ocaq, bir də var – Camaat 

üçün Ocaq. 

*** 

Asif Atanınkı – Ulus Ocağıdır – Ocaqçılar gerçəkliyində. 



*** 

Ulus Ocağı – Ulusun gərəyi və baş ucalığıdır. 

*** 

Özündəocaq – İnsanın gərəyi, Bəşərin baş ucalığı olardı. 



*** 

Asif Ata Özündəocaq yaratmışdı və bu baxımdan o, İnam Ata idi; Naxır onu 

Ulusa endirdi. 

 

*** 



Atamız var olsun! 

 

 



Sərt (X ay) 29-il. 

(Dekabr 2007). 

İnam Evi. 

ZAMANLAR 


_________________Milli Kitabxana

________________ 

 

 



67

(İçsəs) 


 

Sənin də yaxşın yaxşıdır, mənimki də; ancaq mənim yaxşım səninkindən 

yaxşıdır, çünki mənimki sənin yaxşının yaxşılığını qəbul eləyir, səninkiyisə 

mənim yaxşıma “yaman” deyir. 

*** 

     İnsafsız Həqiqət: Soyluya “sevgi” sizi Safruh dustağına saldı. 



*** 

Vicdanın yenidən doğulması – Qorxudan ayrılması. Mütləqə İnamın gəlişi ilə 

baş verməli olan budur. 

*** 


Sonevdə canımı yeyəsi cücülərə acığım tutmur, onlara dəhşətlə də baxmıram.  

*** 


Terror insanları öldürür – suçlu, suçsuz; Terrorun nədəni isə – insanlığı öldürür. 

Terrora qarşı mübarizə – onun nədəninə qarşı yönəlməlidir. 

*** 

               Doğada heyvan yoxa çıxır, toplumda insan. 



*** 

Sivilizasiya qudurmuş itə dönüb, bəşərin bütüninsani dəyərlərini dalamaqdadır. 

*** 

“Gerçəklik Onun dediklərindən heç birini doğrultmasa da, Onun dediklərinin 



hamısı doğrudur” deyirəm qəti inamla. Gerçəklər soruşurlar: “Meyarınız?” 

*** 


Gəlişməyə (gəlişən başkəndimə) baxıb üzücü kədərə boğuluram... Onun 

“Atalar – Oğullar”, “Əski – Yeni”, “İnkarı inkar” əsaslı bir hal olduğunu bilsəm 

(bu ondan olsa), oy necə sevinərəm!; yaxud eləcə “sevinərəm”; yaxud “rahatca 

ölərəm”!.. 

*** 

Ağzının süd iyi çəkilməmiş Amaldaşlarım, bitdinizmi, tükəndinizmi?! 



*** 

Inamı Budun`a gətirmişik, bundan sonra Budun`u İnama gətirməliyik. 

*** 

Atamız var olsun! 



 

 

Çiçək ayı 26-il. 



(Aprel 2006). 

İnam Evi. 

 


_________________Milli Kitabxana

________________ 

 

 



68

GERİ GÖTÜRÜLMƏYƏSİ SÖZ 

(İçsəs) 


 

Heç zaman geri götürülməyəsi Söz yiyəsi olmaq – istərdim. Bu isə – mütləq 

mümkünsüzlükdür. 

*  *  * 


             Geri götürülüməyəsi?! Söz?! Bəlkə bu – susmaqdır?  

*  *  * 


Yox, bu da ola bilmir elə söz. Çünki Mütləq Həqiqət baxımından da 

yanaşıldıqda – nə zamansa danışmaq (söz demək) gərəkir. Onda isə bu “söz” də 

geri gştürülmüş olur... 

*  *  * 

Həqiqətin bir zamanı, əsası, nədəni var, səbəbi var. Onun bir də məzmunu var. 

Zaman, əsas, nədən, səbəb – dəyişilir, məzmun dəyişilmir... 

*  *  * 

Din nisbiliyi. Bir dinin varlığı o birinin varlığından asılıdır; bu olmasa, o da 

olmaz, yaxud o olmasa, yalnız bu olar. 

*  *  * 

                Belədə də “din və toplum” sorunu gəlir ortaya. 

*  *  * 


“Toplum” – dünyəvilik deməkdir, “din” – ruhanilik olmalıdır. 

 *  *  * 

Törə – din deyil. Onun əli ruha çatmır; O, toplumun gündəlik işlərini yoluna 

qoyan kurallar toplusudur, üzərdəki işdir. 

*  *  * 

Bəs “milyonlarca nəfər müsəlman, və ya indus, və ya xristian...” nə deməkdir? 

Bu elə dünya deməkdir, “Toplum” deməkdir. Başqa sözlə, bu, hər bir dinin 

Dinlikdən çıxıb, törə səviyyəsinə enməsi deməkdir. 

*  *  * 

Şünki belədə dinçi ilə dünyaçı bir-birindən seçilmir, necə deyərlər, “ara qarışır, 

məzhəb itir”, sonucda eyniləşmə yaranır. 

*  *  * 


Eyniləşmə: Musaçı da göz qırpmadan baş kəsir, İsaçı da, Məhəmmədçi də, 

Nitsşeçi də, Makiavelliçi də –  eynilə “qanqster” kimi, “killer” kimi, faşist 

kimi... 

*  *  * 


Din – üstünlük deməkdir. Ruhani və üstün, ruhani olduğu üçün üstün. 

 

*  *  * 



Dinçi” – “dünyəvilikdən yuyan, yuyub təmizləyən, arıdan, duruldan...2 

deməkdir, o şəxsdir, elə şəxs olmalıdır.  




_________________Milli Kitabxana

________________ 

 

 



69

*  *  * 


“Dindar”, “Mömin” – “ruhani yaşayan”, “dünyəvi, yəni heyvani yaşamayan” 

anlamlı sözlərdir... 

*  *  * 

Dinçinin bunlardan fərqi: o, ruhaniliyin təəssübçüsü, yiyzsidir həm də. 

*  *  * 

Bir də var yerdə qalan kütlə, milyonlar... (Asif Atanın bunlara yönəlik sözü: 

“Xalq bizim körpəmizdir – sən körpəni qucağına alırsan, o sənə şillə vurur”). 

*  *  * 


Birincilər (dinçi, dindar, mömin) – Allahın dostu, ikincilər (kütlə, dünyəvilər, 

milyonlar) – Allahın bəlasıdır. Birincilər – Allahı (yəni  Həqiqəti) bu bəladan 

qoruyanlardır – elə bunların özləri üçün. 

*  *  * 


Buna görə də Yer üzünün ən böyük qələti – dinlərarası savaşdır, dinlərarası 

qırğındır. 

*  *  * 

Buna tutalqa verən isə - dinlərin nisbiləşməsi – törələşməsidir, yəni dinçinin 

(özcə içində) dünyəviliyə yenilməsidir, yəni yalançılaşması, ikiüzlüləşməsidir. 

*  *  * 


Biz öz İnamımızda “Ocaqçı – İnamçı” ayrıcını buna görə eləmişik. 

*  *  * 


Milyonlar – Allahın bəlası (həm də uşaq kimi öz əlini dişləyənlər), Təklər 

(Ocaqçılar) – bəlaya qarşı ruhani döyüşənlər, döyüşçülər; milyonların əlindən 

tutub, onlara insanilik əlifbasını öyrədənlər. Öyrətmənlər. İnamçılar – 

Həqiqətin məzmununu yaşayanlar, daşıyanlar... 

*  *  * 

Hər üçünün (Həqiqtçi, Daşıyıcı, Milyonlar) sübutu: yaşam tərzidir; elan – ələ 

alınmır; istedad və hünər məhsulu isə həm Ocaqçı üçün, həm də İnamçı üçün 

sübut kimi yetərsizdir. 

*  *  * 

Heç zaman geri götürülməyəsi “Söz” – ruhani yaşam tərzi imiş... 

*  *  * 

                           Atamız var olsun! 

 

2 Ata ayı 28-il. 

(02.IX.2006). 

İnam Evi. 

 

İÇMƏLİ SU 

(“Firəng səltənəti” silsiləsindən içsəs) 

 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə