Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə18/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   14   15   16   17   18   19   20   21   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



59

Adamlar çox dinləməyi bacarmayanda bir az-maz danışanı "çoxdanışan" 

adlandırırlar. 

*** 


İngilislər də dil öyrənsələr, pis olmaz – gərəkər onlara... 

*** 


Qarışqa Himalayı aşmaq eşqinə düşüb. Hamı gülür, o isə bundan xəbərsiz!.. 

*** 


"Saçdan ayrılmış tel" adlı, yazılmamış hekayəmin motivləri: 

 

Gecələr səninlə ağrımadayam, 



Gündüzlər səninlə gülüş altında. 

Allahsız Dünyada İnsanın halı – 

Ya söyüş söyməli, ya ağlamalı. 

*** 


"Pulum olsa Məsciddə Mollanı yoldan çıxararam" deyirsiniz. Mənsə o 

Mollayam (Ruhaniyyatçı-İnamçıyam) ki, xəzinədə Xəzinədarı, bankda Bankiri 

Yola gətirərəm. Çünki siz insana inanmırsınız, mən insana inanıram. Siz 

dediyinizi eləsəniz də – yeniksiniz (məğlubsunuz), mən dediyimi eləyə 

bilməsəm də – yenənəm (qalibəm). 

*** 


Hər dəfə xalq içinə  çıxanda anlayıram ki, indiyə  qədərki xoşbəxtliyim, 

bəyliyim – dərənin xəlvətliyindənmiş. 

*** 

Həqiqətsizliyə qarşı amansızlıq Diktatura və ya Ruhaniyyat adlanır. 



*** 

Dağlar yolu eniş-qalxışlı olur, "yalnız qalxışlı" olmur. 

*** 

Qəlbimdə ilahilik əkib-becərirəm – barının alıcısı da gərək. 



*** 

Ey nisbilərin ayağına atdığım gözəl sözlərim, bağışlamayın məni! Qənim olun 

mənə! 

*** 


Nə qadın düşkünüyəm, nə içki düşkünüyəm, nə pul düşkünüyəm, nə qumar 

düşkünüyəm, nə ün (şöhrət) düşkünüyəm... Ancaq mənim də düşkünlüyüm var: 

mən Ulus'al və Kişisəl ərdəmlik düşkünüyəm. 

 

 



*** 

Mənim gözüm daim Anlamdadır – mənim görməyimi (mənə görünmək) 

istəyirsinizsə, Anlama yaxınlaşın. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



60

Mən sizin kitabınızı  fərəhlə oxumağa başlayıram, siz mənim kitabımı qarın 

ağrısıyla oxuyursunuz. Mən sizin kitabınızı başa çıxanda fərəhim yoxa çıxır, siz 

mənim kitabımı oxuduqdan sonra, öz etirafınıza görə, fərəhlənirsiniz. Yaxşı 

olar elə bəri başdan fərəhləndirici kitabı oxuyasınız. 

*** 


Böyük yazıçı görmüşük azdan-çoxdan; mən Böyük Oxucu sorağındayam. 

*** 


Böyük Oxucusuz Böyük Yazıçının əməyi puç olub gedir. 

*** 


Adam, Dünyanı Əyənə gücü çatmayanda, Dünyanı Düzəldənə diş qıcadır. 

*** 


Azad İnsan əməyi – İnam Atanınkı. Əmək intizamından azad... 

*** 


Rəssam üçün kətan nədirsə, kitabımı bağışladığım adam da mənim üçün odur. 

Mən onun qəlbinə kişisəl (insani) ərdəmliyin şəklini çəkmək istəyirəm. 

*** 

Gön üzlü gözəllər artmada... Üzündə bıçaq itiləməli "qız-gəlinlər"... 



*** 

Heyif sizdən, uca diləyim qız-gəlinlər! Safruhun da yazısında dırnaqlandınız... 

*** 

Yalnız yaxşı insanlıq (başqasındakı) adamlara az görünür, ondan istedad, zor, 



var və  b.k. şeylər də istəyirlər. 

*** 


Hərəniz mənə iki üz artırırsınız. Tanınmaz olmuşam... 

*** 


"Dilin üçün ölüm, gəlinciyim!" ("Dədə Qorqud"un "Bamsı Beyrək" boyundan). 

Gözəl İnsanlıq mümkün imiş – an-an, məqam-məqam, zərrə-zərrə... 

*** 

Ar olsun sənə, Türküm, öz "ög"ünü harada gömüb gəldin ki, ərəbin "ana"sına 



sığındın?! Ar olsun arsız oğullara! 

*** 


Bənzərsiz kişilər, bənzərsiz uluslar birliyi – budur Bəşər! Buna çalışalım! 

*** 


Bənzərsizlik – yaradıcılıqdır, yaradanlıqdır, saflıqdır; bənzəmələr – 

tutuquşuluqdur, çürüklükdür, tüfeylilikdir. 

*** 

Özünü şair sayan Filankəsə: Filankəs, bil ki, hər xammal mala çevrilmir... 



*** 

Həqiqətin Yiyəsi! Mənim axtardığım Sənsən! 

*** 

Allah ona görə Birdir ki, Həqiqət Birdir. 




_________________Milli Kitabxana

________________ 

 

 



61

*** 


Həqiqət Bir olduğu üçün də Allah Birdir və O – Həqiqətin Yiyəsidir, Həqiqətin 

Yiyəsi Odur – kim olur, kimlər olur-olsun! 

*** 

Qalın Oğuz Elinin Qaraqoyunlu boyundan "Asif Ata" deyilən bir Ər qopdu, 



miladın 1975-ci ilində gəlib Ağanın oğlu Elman'ı tapdı, ona "Safruh" adı verib, 

"Ardımca gəl!" dedi. Miladın 1979-cu ilində O Ər "Mütləqçilik" adında bir 

İnam yaratdı. Safruh O Ərə  "İnam Ata" adını verib, Onu "Həqiqətin Yiyəsi" 

deyə tanıdı. 

*** 

"Ömrüm Sənindir, Ata, onu götür, istədiyin kimi sərf elə!" Atanın sağlığında 



Ocağa gəliş Andından. Ata öldükdən sonra isə: "Ömrüm Sənindir, Ocaq, onu 

götür..." 

Ömürləri qəbul eləyib Ata istəyinə yönəltmək yükünü çəkmək üçünsə Ocağa 

bir Yükümlü gərəkəcək daim. "Daim". 

*** 

"Bakı Qolu"ndan olan keçmiş Amaldaşlarıma: 

Mən bu Yolu sizinlə çiyin-çiyinə, deyə-gülə getmək istəyirdim. Ancaq mən 

sizə yaxın gəldikcə siz məndən qaçdınız, ona görə də mən sizi əzə-əzə getməli 

oldum bu Yolu. 

*** 

Asif – Əfəndiyev idi, Ata – İnamdır. 



*** 

Allah adı özü vermir özünə – Allaha adı insanlar verirlər. 

*** 

Ən kimsəsiz varlıq – Allahdır – Ona kimsə olalım! 



*** 

Atamız var olsun! 

 

25-ilin Ata–Sərt ayları. Atakənd. 



SINIRSIZLIQ – HÜDUDSUZLUQ 

(İçsəs) 

 

"Hamımız  bir canıq – İsada" deyə içsəsə başlayan,  Əbədi Var Olan Pavel, 



rəhmət sənə! 

*** 


Rəhməti sənə Mütləqə  İnamçı kimi oxuyuram, müsəlman kimi yox (hərçənd 

müsəlman da oxuya bilərdi); rəhməti sənin gözəl simanda İnsana oxuyuram, 

xristiana yox (hərçənd xristiana da oxuna bilərdi). 

*** 


Mən İnamı sınırlı (hüdudlu) bilmirəm, sınırsız  bilirəm – sınırlı Mütləq olmur. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə