Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə17/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   13   14   15   16   17   18   19   20   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



55

Siz öz elmi biliklərinizlə  İsa'lıq eləsəydiniz, Yer üzünün işığı artardı. Siz isə 

bunun  əvəzinə buynuzunu çoban'ın çomağına sürtən keçilik elədiniz;  İsa'nın 

yaratdıqlarını dağıtmaqla ad çıxartmaq istədiniz. 

*** 

Sizin içinizdə  İsa'ya da, İnsana da Yerə-Göyə  sığmayan paxıllıq yaşayır. 



"Ürəkdən ürəyə yol var" deyir türk xalqı (ya hansı xalqsa); İsa ona görə sevilir 

ki, Özü sevirdi. Siz isə nifrətlərinizdən sevgi dərmək istəyirsiniz. 

*** 

"Allahı öldürdüm" deyənlər Allaha xidmət eləyirlər – Allah zərurəti 



yaratmaqla. 

*** 


"Allah ölüb" deyirsiniz? Allah ölübsə, təcrübəsi durur ki! O, heç nədən görün 

nələr yaratdı! 

*** 

Allahı öldürmək olmaz – Allah ölməzliyin adıdır. 



*** 

İsa'ya (İisus Xristosa – Hürmüzdə) hürən it sürüsünün başında Fınış  və Zifış 

adlı iki yava it dururmuş – biri köpəkmiş onların, biri qancıq deyəsən. 

*** 


Ey Ağası Gülüm Soy, Hitlerlərə haqq qazandırma! 

*** 


 

Sonluq Yerinə 

 

Asif Atanın "Mütləqlə  Səhər Təması"  İçsəsindəki işıqlı, qığılcımlı hava – 



insaniliyin əbədi himnidir: 

"Məndə məndən yüksək olan Mütləq Məna – 

Məndəki qorxunu məndən al! 

Məndəki həsədi məndən al! 

Məndəki köləni məndən al! 

Məndəki xəbisi məndən al! 

Məndəki cahili məndən al! 

Məndəki vəhşini məndən al! 

Məndəki hərisi məndən al! 

Məndəki zalımı məndən al! 



Məni Özümə çatdır! 

Nisbi cəsarəti məndən al! 

Nisbi heyrəti məndən al! 

Nisbi vüqarı məndən al! 

Nisbi saflığı məndən al! 

Nisbi doğruluğu məndən al! 

Nisbi insaniliyi məndən al! 



_________________Milli Kitabxana

________________ 

 

 



56

Nisbi ləyaqəti məndən al! 

Nisbi mərhəməti məndən al! 

Məni Özümə çatdır! 

 

Nisbi İnamı məndən al! 



Nisbi İdrakı məndən al! 

Nisbi Mənəviyyatı məndən al! 

Nisbi İradəni məndən al! 

Məni Özümə çatdır! 

 

Mütləqə tapınım – Nisbiyə tapınmayım! 



Həqiqətə tapınım – Yalana tapınmayım! 

Vicdana tapınım – Zora tapınmayım! 

İnsana tapınım – Zamana tapınmayım! 

Özümə çatım!" 

 

*** 



Asif Ata Peyğəmbərliyi proqram üzrə yaranmamış, əlvanlıq üçün yaranmamış, 

təkrar üçün yaranmamış, şöhrət üçün, göz qamaşdırmaq üçün yaranmamış – bu 

Haraydan da göründüyü kimi, ümumbəşəri zərurətdən yaranmışdır. O zərurətin 

adı budur: İnsaniliyin üfüqlərinə doğru gedişdə geriyə yol yoxdur; insaniliyin 

tələsməli işi yoxdur. 

*** 


Asif Ata İnsana inamında bir an belə, duruxmadı – bütün Ömrü boyu, bütün 

Yaradıcılığı boyu! 

*** 

Asif Ata – mənə inanırdı, mən də Ona inanıram.  İnsanın xoşbəxtliyi də, 



sağlamlığı da, ölməzliyi də budur, bundadır. 

*** 


Atamız var olsun! 

 

25-ilin İşıq – Şölə ayları. Atakənd. 



(May-iyun 2003. Bakı). 


_________________Milli Kitabxana

________________ 

 

 



57

BÜTLƏŞDİRMƏ  ƏMƏLLƏRİ 

(İçsəs) 

 

Asta gedən gəldi ötdü, catdadı at bağırrarı. 



* * * 

Ədalət çaldı, Rəmiş  çaldı, Qədir oxudu, qardaşım Firdovsi toyda oynadı... De-

dim eşq olsun dəlilərə! 

* * * 


Adam Zorun qarşısına Zor çıxara bilməyəndə – Zora boyun əyməli olur; Yax-

şının qarşısına Daha Yaxşı ilə çıxa bilməyəndə–onu “Yaxşı” deyə öyməli olur. 

* * * 

Adamın qələt elədiyini bilirəm, görürəm, ancaq adama “Qələt eləyirsən!” deyə 



bilmirəm; mənə elə gəlir ki, ona belə desəm, dünya başıma uçacaq. 

* * * 


Hər dəfə Dünyadan əlim üzüləndə insan körpələri əlimdən tutub məni Dünyada 

saxlayırlar. 

* * * 

Hər gecənin gündüzü olur, hər gündüzün nubarı; 



Hər günün qürubu olur, hər qürubun qubarı. 

* * * 


Hər yerdə Bilgə (müdrik) olsa, Bilgəlik adiləşər; Hər yerdə Dahi olsa, Dahilik 

adiləşər; hər yerdə Körpə var – Körpəlik adiləşmir. 

* * * 

Körpəlik–Bilgəliyin özüdür, Bilgəlik – Körpəliyin izahı, izharı; Körpəlik – 



Dahiliyin özüdür, Dahilik – Körpəliyin açımı, izahı. 

* * * 


Mənə qaldıqda isə: Mən bələkdən üzümə baxıb glümsəyən Körpələrin inamını 

doğrultmaq istərdim! 

* * * 

Peyğəmbər “süfrəli kişi” olmur, süfrəsiz olur adətən. 



* * * 

Öndəri öyüb, Yörəni söymək–Öndəri Yörəsindən ayırıb təkləmək istəyidir–ya 

fəhmlə gerçəkləşdirilən, ya  da bicliklə. 

* * * 


Azğın vəcdə  gəlib özüylə dolanda onun dünyasında Başqası qalmır–hamı 

qovulub oradan çıxarılır; Yetkin vəcdə gəlib özüylə dolanda onun dünyasından 

qıraqda kimsə qalmır–hamı ağuşa alınır. 

* * * 


....Bütləşdirməyə yarayanı Bütləşdirməlisən, Bütləşdirməyə bilməzsən! 

* * * 


Bütün yoxdursa, Bütlünün qarşısına nə ilə çıxacaqsan?! 


_________________Milli Kitabxana

________________ 

 

 



58

* * * 


Bütləşməyə yaramayan Bütləşməyə yarayanın yerişini dayandıra bilməz. 

* * * 


İnam Ata (Asif Ata) Bütləşməyə yarardır – yəni gözəldir, ucadır, dərindir, 

sarsılmazdır, tükənməzdir, düzgündür, özgündür, biləndir, bildirəndir – 

öyrədəndir... 

* * * 


Öyrədənə “Öyrətmən” deməlisən. 

* * * 


Hər Öyrətmən də bir büt deyilmi?! 

* * * 


Bütdən qorxanlar, qorunanlar – suçlulardır. Əslində qorxunc  “Bütü” quraşdıran 

da onlardır. 

* * * 

Sevilən Büt–yaradılır, becərilir – Bitki kimi; qorxulan “Büt” – quraşdırılır  – 



Robot kimi. 

* * * 


Yaramayanın, yaramazın bütləşdirilməsidir sizin yaşındığınız, hüşəndiyiniz. 

* * * 


Və əslində siz Yarayandan qaça-qaça Yaramazlığı bütləşdirirsiniz, onun pərəsti 

olursunuz. 

* * * 

Yarayanı Bütləşdirən–bütpərəst olmur–ucapərəst olur,  gözəlpərəst olur, düzpə-



rəst olur, azad olur, əlvan olur–yaramazlığa qənim olur. 

* * * 


Əsl Büt yaradıcılığında Bitki becəriciliyinə  bənzərlik var: becərdiyin bitkiyə 

yalan söyləməyəcəksən və ondan qorxmayacaqsan. 

* * * 

...  İsanın,  İnamın, Atanın–İnsanın özü möcüzədir! Göydən zənbil düşməsinə 



heç bir ehtiyac yoxdur. 

 

* * * 



Atamız var olsun! 

 

Şölə –Od ayları, 25-il (İyun–iyul, 2003). 

 

 

Tanrısal Konularda Adda-Budda 

GƏZİŞMƏLƏR 

 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə