Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə13/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   9   10   11   12   13   14   15   16   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



42

20.01.1990 Bakı  Qırğınının növbəti ildönümüdür. “Xalqımızı” öyən, “yağı 

düşməni” söyən duzsuz “şoular” ölkəni bürüyüb. Heç bir anlamı da yoxdur, ona 

görə də heç bir etkisi yoxdur. 

*** 

Bu görkəzmələr Babək rayonunun məscidlərindəki  İmam Söyün təziyyəsinin 



növ müxtəlifliyidir və bu gedişlə çox keçməz ki, bu dəfəki Qırana da təziyyə 

saxlarıq. 

*** 

Hamı da hamının qurduğunu qırmağa çalışır — hər kəsin özünü qırdığı sanki az 



imiş... 

*** 


Bir sözlə: Özünü arsızlığa vurmasan, Bəşərdə Həqiqət görə bilməzsən. 

*** 


Qəribədir! Bəşər boyda varlıq adamın gözünə görünmür, adamı ovutmur; 

adamın gözü daim o Həqiqət boyda yoxluğu arayır, onunla ovunur... Bu da 

Bəşərin, “Az. dili”ndə desək, açerednoy paradoksudur. 

*** 


İnsan ormandan çıxmaq istəmir — qorxur: çıxaram açıqda, düzdə qalaram; hər 

yandan görünərəm; heç bir yırtıcıdan daldalana, qoruna bilmərəm — yaşaya 

bilmərəm... 

*** 


Ormandan qıraqda bir az burnunu göstərən tək-tüklər də tezcə qaçıb girirlər 

yenə ormana, ormandakı  İstedad kahasına, Mədəniyyət yarğanına,  İgidlik-

Qəhrəmanlıq-Döyüşkənlik kolluğuna — fızıllığa-cəngəlliyə... 

*** 


Mən bu yanğımı açıb-tökməkdən özümü saxlayıram, harayımın yönünü 

dəyişirəm. 

*** 

Mən dünyanı, yenə “Az.dili”ndə desək, “xali” saymıram, çünki bu dünyada 



İnam Atanın Ocağı, onun Dost-Doğması, “İnsan fəlakət içərisində”, “Bəşər 

aqibəti”, “Taun” və bk. ölməz haraylar yazarı Sabir Yanardağı var. 

*** 

Mən o Harayların yazarını tam Həqiqətçi sayıram; açıqda-açıqlıqda, düzdə, düz 



və düzgün sayıram, çünki onda heç bir orman bürüncəyi görmürəm. 

*** 


Ya Allah! Yanıltma məni bunda! Bundaysa da yanıltma məni! 

*** 


Mən Məcnunam — Həqiqətin Məcnunu. Mənə görə: Məcnun — quru deyil; 

nəinki quru deyil, əksinə, hamıdan axar-baxarlıdır, otlu-suludur, eşqli-nəşəlidir; 

hamıdan fəaldır, qoçaqdır; ancaq xidmətçi deyil, xadim deyil. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



43

Həqiqət mənim məşuqəmdir, mən Həqiqətin aşiqiyəm. Mən uluyam, məşuqəm 

məndən uludur. Mən — Ulu’nun aşiqiyəm, ən Ulunun, Mütləq Ulunun. 

*** 


Həqiqətsiz bəşər — şərdir, şər! “Şər nədir?” sorusunun yanıtı budur. 

*** 


Türk budun’una diləyin nədir, ey Böyük Türkçü? — Həqiqət, Həqiqətin yiyəsi 

olmaq. Qoy getdikcə daha çoxlu türk Həqiqətin Yiyəsi adına yüksəlsin — 

Həqiqətlə qovuşsun! 

 

*** 



Atamız var olsun! 

 

19-21 Qar (XI ay), 23-il, Atakənd. 



(Yanvar 2002. Bakı). 

 

AMAL  MƏQAMI 

(İçsəs) 

 

İnam (Ata) gəlişi gecikməyib görəsən?! 

*** 

Yer üzündə yeni, möhtəşəm, sadə, ilahi, insani sivilizasiya yaranacaqmı? 



İndiyəqədərki sivilizasiyaçılar üçün əlçatmaz mədəniyyət yaranacaqmı? 

*** 


Sanki dünya savaşa hazırlaşır.. Dövlətə sevgi yox, dinə sevgi yox, ulus duyğusu 

sönməkdə — demək olar sönmüş; qadınlıq kişi gözündə (elə qadın gözündə də) 

şəhvaniliyə  sığınmış — elə buna görə ata ölmüş, ana ölmüş, yar ölmüş, ailə 

ölmüş, ölməzliyə inam, ad-sana sevgi  ölmüş... 

*** 

Yer yumrusunda istiləşmə gedir, su çatışmır, hava korlanır, torpaq çatışmır, 



iştahlarsa aşıb-daşır... 

*** 


Ağrılar — yalnız qorxudur, öyrətmir, — öyrənməli bir şey, öyrənməyə həvəs 

yox... 


*** 

O biri cins — yalnız  şirnikdirir, öyrətmir, cəlb etmir, vəcdə  gətirmir, yaşama 

bağlamır, çağırmır, qanadlandırmır və  məhz bunun üçün — öyrətməmək, 

çağırmamaq, bağlamamaq, qanadlandırmamaq, qoruyuculuğa sövq etməmək, 

şövqləndirməmək üçün — küçədə tumançaq gəzir — itə tökülür... 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



44

Öz ulusuna sevginin yoxluğu indi başqa ulusa nifrətlə pərdələnir — əslində bu 

da boş  şeydir və beşgünlükdür; — indi adamlar “kürəsəlləşirlər” — duza 

gedirlər — quyuya düşürlər... 

*** 

Onlar özləri üçünsə  də  həyatı sevmirlər — başqası üçün həyatı korlayırlar, 



başqasını həyatdan məhrum eləmək istəyirlər — onlar savaş istəyirlər, “dünya 

savaşı olsun” deyirlər — nüvə savaşı, lazer savaşı, ulduz savaşı, internet 

savaşı... 

*** 


Onlar — insanlara qarşı bakteriyalarla ittifaqa girirlər — “o birilər qırılsın, biz 

qırılmayaq, qalaq” deyirlər; bu zaman “biz” əvəzliyinin içinə  nə 

doldurduqlarını da əslində düzgün bilmirlər; onların “biz”inin içindəki yaxına 

sevgi, doğmalığa səcdə yox, başqasına nifrət, yadlığa, uzağa — 

“qloballaşmaya” doğru kor yürüşüdür... 

*** 


İnam Ata onlar haqda belə deyir: “Yeriyəndə geridə qalır, yüyürəndə quyuya 

düşür”. Qloballaşma elə quyudur. 

*** 

İnamın gəlişi gecikməyib görəsən? Bu ağac o peyvəndi tutacaqmı? 



*** 

...Sənin payız mehin əsir,  İlahi! Sən öz mehinlə  mənə  nəyi müjdələyirsən?! 

Bəlkə: “İnam vaxtıdır!” deyirsən? “İnam heç vaxt gec deyil, gecikmiş deyil və 

tez deyil” deyirsən? “İnam həmişə olub və olacaq!” deyirsən bəlkə, İlahi, mənə 

özünün bu sərin mehinlə, bu sirli, sehrli gecənlə, bu cazibəli səhərinlə, bu 

gülüşlü gündüzünlə, bu şəfqətli Günəşinlə, bu qubarlı qürubunun kədərli 

məlahətiylə?! Bəlkə bunu demək istəyirsən, İlahi, mənə?! 

*** 


Mən sənə inanıram,  İlahi! Və deyəsən səni düzgün anlayıram, rəmzlərini 

düzgün oxuyuram. Sənə o qədər inanıram ki, Atam olursan, — Atamı da İnam 

adlandırıram. 

*** 


Məni Atam yaradır — İnamım yaradır — dünyanı inamsızlıq, şübhə öldürdüyü 

halda... 

*** 

Deməli,  İnam (Ata) gəlişi gecikməyib, Onun əsl vaxtıdır — Özünün 



“Çağırış”ında dediyi kimi: 

“Ayılsın dünya! 

Qalxsın dünya! 

Düzəlsin dünya! 

Dirilsin dünya! —  

Amal məqamıdır!” 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə