Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə11/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   7   8   9   10   11   12   13   14   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



36

Atamız var olsun! 

 

Günəş ayı, 23-il.  Atakənd. 



(Mart,  2001, Bakı). 

 

 

GEDİLƏN  YOL  və    ÖYRƏNİLƏN  YOLLAR 

(İçsəs) 

 

Gedilən yol ayrıdır, öyrənilən yol ayrı. 



*** 

Gedilən Yol Onu gedənlər tərəfindən həm də öyrənilə bilər (öyrənilməyə  də 

bilər; bu Yolu öyrənməyənlər, öyrənə bilməyənlər öyrənənlərə inanmaqla gedə 

bilərlər). 

*** 

Öyrənilən yol isə çox vaxt gedilmək üçün olmur; o əsasən “üslub” anlamına 



gəlir. 

*** 


“Hər kəsin öz üslubu” — ola bilər; hətta “ola bilər” də yox, olmalıdır.  İki 

yazıçının bir üslubu — onlardan azı biri üçün əskiklikdir. 

*** 

Öyrənilən yolun yolçusu bir ayağını yerdən götürüb o birindən irəli qoyana 



qədər həmin ayağın öncəki yerində ot bitir. 

*** 


“Hər kəsin öz Yolu” isə — ola bilməz. Çünki Yol — Onu gedənlərin Birlik 

rəmzidir. 

*** 

“Hər kəs öz yoluyla” getdikdə nəinki Yol, heç cığır da yaranmır. Ancaq eyni 



Yolda hər kəs özgün yeriyə bilər (özgün yeriməyə də bilər — Yolda bu, qüsur 

deyil). 


*** 

İnam Atanınkı (Asif Atanınkı) — Yoldur — İnsanilik Yolu; elə bir Yol ki, 

yalnız ayrı-ayrı izlər deyil, cığırlar deyil, bütöv Yollar Onda birləşə, Ona 

qovuşa bilər — irili-xırdalı çaylar Dənizə qovuşan sayaq. 

*** 

Təriqət — Yol deyil — nə boyda olur-olsun; təriqət, olsa-olsa cığır ola bilər. 



*** 

O nə çaydır ki, Dənizə gedib çatmır?! O nə Yoldur ki, İnsaniliyə qovuşmur, 

qovuşdurmur?! 

*** 


Atamız var olsun! 


_________________Milli Kitabxana

________________ 

 

 



37

 

07 Qar (XI ay) 23-il. Atakənd.  



 

 

ULURUH  və  OŞO 

 

Harayda adı çəkilən Oşo (Bhaqvan Şri Racniş) 

Ocaqöncəsi 48-il ilə Ocağın 12-ili, miladla 

1931—1990 arasında yaşamış dünyaca ünlü 

hind “ruhaniyyatçısıdır”; heç kəsin tanımadığı 

Uluruh (Atalı) isə bu gün 26 yaşındadır; İnam 

Ocağının 172-ci Evladıdır. Ocağa qədərki adı: 

Alıyev Xosrov Bahəddin oğlu. Kürdəmirdəndir. 

 

Eşitsəydim ki, Oşo gəlib, Atakəndin bu başındadır, onca gün görmədiyim 



Uluruh isə başkəndimizin o başındadır və mən seçim etməli — onlardan biri ilə 

görüşə getməliyəm, — 

*** 

Atamın üz qoyduğu torpaq haqqı mən Uluruhu görməyə gedərdim. Çünki 



*** 

 Uluruhun ruhu Oşonunkundan uludur. 

*** 

Oşo — istedadlı, çox istedadlı, bilikli, çox bilikli anti-Müqəddəsçidir. 



*** 

Uluruh — tam Müqəddəsçidir. 

*** 

İstedad, bilik — hər cür sifət yolunda olduğu kimi, müqəddəsliyə yetmək 



yolunda da vasitə ola bilər; Müqəddəsliksə —  heç nə üçün vasitə ola bilməz 

(Safruhun təyinindəki Mütləqdən başqa). Deməli, 

*** 

Müqəddəslik — sonuncudan öndəki mütləq məqsəddir. 



*** 

Uluruh buna yaxındır, Oşo bundan uzaqdır. 

*** 

Oşoda Anlamın boyu on addım, sözün boyu min addımdır;Uluruhda Anlamın 



boyu on addımdır, sözün boyu bir addım, iki addım. 

*** 


Diqqət edildikdə görmək olur ki, Uluruh bəşəri özünə oxşatmaq istərdi; Oşo isə 

bəşəri həm söyür eninə-boyuna, həm də bəşərin dalınca gedir və əslində onun 

elədiklərini eləyir. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



38

Oşo da (Nitsşe kimi, Freyd kimi) “Müqəddəslik yoxdur” demək istəyir əslində; 

Buddada, Lao-tszıda,  İsada Dionislik (bir növ kefcillik) icad eləyir; Uluruhsa 

— öz varlığıyla Müqəddəsliyi təsdiqləyir. 

*** 

Oşo — həm də oyunçudur, hərcayidir, çərənçidir; Oşo ilə  Şeyx Nəsrullah 



arasında bircə addım ara var. Uluruh — sübh şehi kimidir, sübh şəfəqi kimidir, 

öz yetkinliyində belə, körpə gülüşü kimidir. 

*** 

Oşonu çox oxuyanlar bir az da Uluruhu oxumaqla ürəklərini Oşo  ərpindən 



təmizləsələr, Mütləqə yaxınlaşarlar. 

*** 


Mənə (Safruha) qaldıqda, Uluruhu oxumaq yetər — Oşonu oxumasan da olar. 

*** 


Oşoları oxumaqda bircə  gərəklik var: Onları oxumaq Uluruhun oxunmasını 

asanlaşdırır. 

*** 

Xalqda məsəl var: “Ədəbi kimdən öyrəndin”?.. “Ədəbsiz” lətifəsi Oşodan 



uzaq!.. 

*** 


Atamız var olsun! 

 

19 Köçəri (XII ay) 23-il. Atakənd. 



(19.II. 2002. Bakı). 

 

 

 

                                              DİN  və  DÜNYA 

(İçsəs) 

 

Din ayrı — Dünya ayrı... Bir olaydılar kaş!.. 

*** 

Dünya Dini döyür; bir Din də “o biri Dini” döyür!.. 



*** 

Dünya birdir, Din minbir; ona görə də Dünya əlbirdir, Din — başıpozuq. 

*** 

Yol — Din olmalıykən, Dünya olur “Yol”. Dünyanın “Yolluğu” isə  bəşərin 



Yolsuzluğu deməkdir. 

*** 


Bu hal lətifəni Dinin zərərinə, Dünyanın xeyrinə yönəldir: Din Dinlə dartışır — 

Dünyanın işi irəli düşür. 

*** 

Dinçi qardaşım (elə İnamçı qardaşım da) bunun üzərində ciddi düşünməlidir! 



*** 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə