_________________Milli Kitabxana
________________
376
Safruh: Bir də var bizim müasirimiz.
Sabir: XX əsr. 2500 il arada məsafə — eyni məxrəc!
Safruh: İndi bunun ortaq kökü olmalıdır… “İndi onun hər şeyi var, o, hər
şeyə malikdir, amma insan deyil”. Bu söz Asif Atanın Topal Teymur haqda
dedikləriylə uyğundur. (Oxuyur:) “Dünyada mükafatsız xidmət, cəzasız da
cinayət yoxdur. Bizi darıxdıran şeydə tarix təmkinlidir... Xidmət etmək
əvəzinə, şablonla getmək rahatdır. Xidmət — ən böyük səadətdir. Bu şərtlə ki,
xidməti başa gətirən insani qüdrət, istedad, ilahi bir mənəviyyat sahibi olsun.”
Xidmət göstərən. “Əgər fələk özü zülm edirsə, Allahın özü yunanlara yeni
bəlalar göndərirsə, daha haqqı bərpadan, namus və səadəti xilasdan söhbət gedə
bilməz… İstibdad azğınlığı yox, diktatura qətiyyəti”. Siz ikincini üstün
tutursunuz. “Meydan Aqamemnonlara deyil, Axillesə verilsəydi belə, yenə də
arzuolunan nəticə alınmayacaqdı”. Mən də bunu deyirəm (Safruh özünü
göstərir). Mən özüm deyirəm. Burada fərqimiz budur ki, Sabir bəy, Siz bunun
niyəsini bilirsiniz, mən bilmirəm. (Gülüşürlər). Yəni ki, hakimiyyət olsayıdı
Axillesdə, vəziyyət yenə heylə olacaqdı. Mən də bilirəm heylə olacaqdı,
Həyatda deyirəm. Əşi, belə dartınmayın, Filankəsi gətirin-gətirməyin — yenə
heylə olajax dəə! (Oxuyur) “Əsl insanilikdə ruhanilik əsasdır, cismanilik isə
qaçılmaz təbiətlə bağlılıqdan sürünüb gələn bir ünsürdür”. Sizin fikrinizdir, s.
168-də. “Aqamemnondan fərqli olaraq, Axilles qənimətə, özünə düşən paya
ictimai məqsəddən daha artıq əhəmiyyət vermir; Axilles üçün ictimai məqsəd
və fəaliyyət əsasdır. Axilles xeyrinin mündəricəsi bundadır.” Bu Sizin 170-ci
səhifədəki sözünüzdür. (Safruh buna öz münasibətini bildirir:) Bu qənaətin
birinci hissəsi — şübhəli, ən azı — mübahisəli; ikinci hissəsi isə zəif təsəllidir.
Mən özüm üçün bunu deyirəm. Aqamemnondan fərqli olaraq, Axilles
qənimətə, özünə düşən paya “ictimai məqsəddən daha artıq əhəmiyyət vermir;
Axilles üçün ictimai məqsəd və xidmət əsasdır — Axilles xeyirinin
mündəricəsi bundadır”. Mən deyirəm bu, zəif təsəllidir. Bunu nə məqsədlə
yazdığımı unutmuşaaam…
Sabir: Eybi yoxdur, əşi! Diktafona gedir? Onu çıxartmaq lazımdır
diktafondan. (Kağıza köçürmək anlamında deyir bunu). Məndə də olsun ki,
mən onun üzərində işləyim, fikirləşim. Kömək olsun də, mənim gələcək yolum
üçün. Baxım, görüm orda nə var.
Safruh: (Dəftərindən Sabirin sözünü oxuyur. Deyirsiniz:) “Diktaturada
xudbinlik, nəfs arxa plana keçir. Burada məqsəd — yaradıcılıq və ictimai işə
xidmətdir. Diktatorun fəaliyyətinə hərəkətverici qüvvə — ideyadır, ictimai
məqsəddir, müstəbidsə — nəfsinin quludur.” Bu 176-cı səhifədə dediyinizdi.
Asif Atanı, Sabir Yanardağı oxuduqca düşünürəm: Hərdən türkcə də sözlər
işlətmək — Azərbaycan dilini yaraşıqdan salmaz! (Gülür). Çünki bu seçdiyim
cümlələrdə heç bir türk sözü yoxdur. Elə-belə bunu özümçün… 179-cu
səhifədə yazırsınız: “Həyat, tarix elə qurulmuş ki, mütləq şər qüvvələrə
_________________Milli Kitabxana
________________
377
müqavimət göstərmək lazım gəlir. Hər halda, cinayətlər, qəbahətlər dünyasına
qarşı bir xalq, bir tərəqqi də cəbhəsi gərəkdir. Tarixin bu cür müqavimət
cəbhəsi Herakllar, Axilleslər, Koroğlular tərəfindən başa gəlir. Axillesdə öz
qüdrəti ilə birlikdə yarımmüqavimət, Koroğluda isə tam müqavimət müşahidə
edilir… Herakl Şərə və Xeyirə eyni dərəcədə itaəti, həm də mənəvi müvazi-
nətinin sabitliyi, mənəvi dözümü ilə seçilir — bəşəriyyət kimi”. Amma, belə,
bu “bəşəriyyət kimi” məsələsində belə bir şey var: gediş gedir, Heraklda,
qeyrisi də, dahi, mahi gedişin dalınca gedir. Bax məndə elə bir təsəvvür yaranır.
Bəşəriyyət kimi… Herakl da hərəkət edirsə, deməli, Herakl hərəkət eləmir,
Herakllar hərəkət eləmir. İndi mən, başqa…
Sabir: Orda mən, üsul… Məsələn, Fransa Herakl üslubunda getdi, Stalin
Koroğlu yolunu seçdi… İndi bax mən Qarabağla bağlı təlim-konsepsiya
verəndə deyirəm Koroğlu üsulu bizə əlverişli deyil, Herakl üslubu götürək.
Belə. Məndə o “tərəqqi” sözü çox böyük anlamdı, daha ondan böyük anlam
yoxdur. Tərəqqi — insanın, tarixin, cəmiyyətin, millətin, millətlərin,
bəşəriyyətin, dünyanın, kainatın sonsuzluğuna, əbədiyyətə doğru bütün xətlər
boyu boy atmaqdır. Çiçəklənməsi, kamala dolması deməkdir. Yəni bunun
“elmi-texniki tərəqqi” ilə əlaqəsi çox zəifdir. Elmi-texniki tərəqqi onun içində
çox balaca, bir damcı yer tutur. Ən adi təbiətdən tutmuş var pis, var həyat.
Tərəqqi pisi tullayır, həyatı saxlayır. Tərəqqi... heyvanı tullayır, təbiəti saxlayır.
Ta o səviyyədə qalmır, təbiətdən keçir mənəviyyata. Mənəviyyatdan keçir ruha,
ruhdan keçir idraka. Ondan sonra Mütləq məsələsi…
Safruh: Sonra mən Sizinlə söhbət eləyəcəm o məqamlarla bağlı. Özümçün
yazmışam “Yanardağ Sabirin yanlışları”. Yenə də.
Tarixin naqisliyi məsələsi;
Xeyirlə Şəri düzgün sınırlamamaq. Düzgün sərhədləndirməmək;
Əsl səbəbə gedib çatmamaq;
İfadə dəqiqsizlikləri;
Cilasızlıq və s.
“Heraklın heç olmasa indi səsini ucaltmağa haqqı vardı. Ancaq Herakl bu
dünyadan umub-küsməyi ağlına gətirmirdi”.
Sabir: (Sınırlı) Yox ey! Götürür Allah, Evrisfeyi padşah eləyir — görkəmsiz,
zəif, qorxaq - bu qəhrəmanı da ona qul verir. (Sakit tonla) O da deyir daha
Allah onu eləyəndən sonra, mən bu dünyadan nə qanacaq gözləyim. Əgər
Allahın qanacağı budursa, onun adamlarından ummağına dəyməz ki!
(Gülürlər).
Safruh: Sonra: “Ata…”
Sabir: Bir dəqiqə!.. O “Ata”dır, mən “Ate” kimi yazmışam. Çünki olduğu
kimi tərcümə eləyirlər, bizdə Ataynan… O huşsuzluq ilahəsidir. Həə, deməli,
belə, odur ki, Allahın arvadı… Ona cəzanı Hera verirdi. Sonra görür bu kişi
günahsızdı (Heraklı nəzərdə tutur), sağ baş gora apara bilməz. Onu götür öz