_________________Milli Kitabxana
________________
380
yoxdur. (Burada Sabir telefon zənginə cavab verir; Safruh Nüsrətlə danışır:)
Doğru deyirəm ki, mənim biliyim yoxdur. Bax, Sabir müəllim izah eləyir.
Onun biliyi mində, milyonda bir adamda var. İndi elə adamlar var ki, onun
elmini məndən yaxşı başa düşür; onun ləyaqətini, onun harada nəyə, niyə
diqqət yetiribdi, o diqqətin kökü hardan gəlir Sabir müəllimdə, bax ona mən
fikir verirəm, o elm adamı üçün maraqlı deyil; mənim üçün maraqlıdır o.
Nüsrət: O adamlar təmiz adamlar deyillər. O elm adamı onun bildiyini
sizdən yaxşı bilir, ancaq xəbisdi, xəbislik qoymur ki, onu desin, ona heyran
olsun, onu təsdiq eləsin. Amma siz yox! Siz idealsınız deyə, özünüzü nə qədər
alim hesab etməsəniz də, alim hesab eləməsəniz də, o zilə qalxmış alimlərin
elmindən siz yüksəksiniz.
Safruh: Mən onu qəbul eləyirəm. Düzdür. Çünki məqsəd də ondan ibarətdir
ki, insan yaxşını görsün, yaxşıya doğru addım atsın. Yaxşıya doğru addım
atdırsın; elmnən yetərlənməsin: mən bilirəm, demək mən yaxşıyam.
Yaxşılığnan Bilik — ayrı şeydir!
Nüsrət: Safruh müəllim, məni bir şey çox maraqlandırır: Bunun rəngi qaradır
daa! Sən zornan denən ağdır! Gözüm görür qaradır da!
Sabir: Hə, Safruh! Üstün idi…
Safruh: (Nüsrətə:) Sabirdə elə şeylər duyuram ki, onun onda birini, yüzdə
birini yarada bilmirəm. Sabir kimdir, fərz eləyək — Sabir Yanardağ kimdir? Bu
əsərlər əsasında, bir az onun həyatı əsasında — həyat tərzi, necə yaşayır —
onun əsasında, xəyala gəlmədən, uydurmadan, Həqiqəti görə-görə bir şey
yazsam, çox ülvi bir obraz yaranar, əbədi bir obraz alınar, ona and içmək olar,
İndi Azərbaycanda kimə and içəsən?! Məsələn, Səməd Vurğun var, məsələn
dəə, xalqın çox sevdiyi. Şairdi. Qeyriləri var — Mirzə Cəlil var, Üzeyir var.
Onların gözəlliyi, böyüklüyü ayrıdı, onlarınkı ayrıdı. Sabir müəlliminki
bənzəmir heylə şeylərə. Çünki bu kişini filoloq adlandırmaq mümkün deyil,
filosof adlandırmaq mümkün deyil, musiqiçi deyil. Ya bəs bu nədi? Bunun
qeyri-adi təyini var — onu gərək tapasan. Mənim ağlıma qəribə şeylər
gəlmişdi, yəqin ki, haradasa yazmışam bu məndə necə təsəvvür əmələ gətirdi,
nə təhər adamıdı… Qəribə, bənzərsiz bir şey… Bəlkə ümumdünya mə-
dəniyyətində hardaysa olubdu; mən bilmirəm. Amma mənim nə oxuduqlarımın
içində, nə də gördüklərimin içində belə şey görməmişəm. (Gülür).
Sabir: Bir dəfə anam mənə dedi. Məktəbi qurtarmışdım evdəydim, ya da
qurtarmamışdım, kanikula gəlmişdim. Dedi “Bəlkə sən 12-ci imamsan.
Vallah… Anam mənə çox da alışmırdı. Qeyd eləyirdi ki, mən, bax
doğruçuyam. Sonra, mənə bir az istedadlı, zəkalı kimi baxırdılar —
baxmayaraq ki, pis oxumuşam. Superistedad, superzəkalı kimi baxıblar. Və s.
Bayaq da danışdım. Çox.. işcil olmuşam. Nüsrət həm o boyda dingin —
dəyirmanın müdiriydi, texnikum oxuyurdu. Amma… Ağır işləri də birlikdə
görərdik… Çox da işcil olmuşam. Qapalı olmuşam, zahirən çılğın olmuşam.
_________________Milli Kitabxana
________________
381
Qapalı — öz hisslərimə qapalı qalan olmuşam. Sırtıq olmamışam və yadına
gəlirsə, ay Nüsrət, mənim kimi də utancaq adam da ağlına gəlməzdi — qızarıb
qalardım. Elədir yoxsa yox? (Nüsrət: Bəli). Mən zahirən deyib-gülənəm,
ağlağanam. Təsəvvür edin ki, belə… (Safruh: Bunlar azdır!) Ən başlıcası odur
ki, həyatdan heç nə götürməyə çalışmamışam. Sonra, istəmişəm ki, həyatdan
götürdüyüm daa, çox nadir sevgi, mülayim görünürəm… Yaxınlaşan kimi bir
qədər cəzb eləyir, iki, üçüncüdə mənə həyat it leşi təsiri bağışlayır. O qədər
böyük cazibə!! Dərhal bundan açılmışam. Mən sevirəm və heç bir zaman
unutmuram. Amma kiçik bir vaxtdan sonra üz çevirirəm. Unutmuram, amma üz
çevirirəm. Həyata münasibətim belədir. Mən rahatlıq, var-dövlət, imkan
istəyirəm — ətrafımı zəlalətdən qurtarmaq üçün — özüm üçün yox. Amma,
bununla belə, sən deyənlərə gəlirəm: özüm də bilmirəm mən nəyəm, amma
bunların hamısı məni ifadə eləmir.
Safruh: O dediyiniz o yaxşılıqlar, onlar balaca bir şeydir. Onlar…
Sabir: Birinci dəfə bu mənimlə bağlı məsələdi, sualdı, mənə elə gəlir bunun
cavabını ancaq özün verə biləcəksən. Biz onu düşünməmişik dəə, bu nədi,
kimdi.
Safruh: Mən bu Ötkünlə Soylunu müqayisə eləmişəm. O deyir, bəlkə
fəaliyyət göstərmək lazım deyil, Soylu çox coşğundu, Ötkün çox ağıla
əsaslanan bir adamdı. Ağılın ağıl yeri var, amma elə yer var ki, ağıl kara gəlmir
— coşğunluq gərəkdir, — ağılnan bərabər coşğunluq gərəkdir. Bu Soyluda var,
Ötkündə o qədər yoxdur.
Sabir: Mən Ötkünü bir dəfə görmüşəm. Ötkün elmi tutumu olan bir təfəkkür
sahibidi. O baxımdan, hər halda, hamıdan üstündü, yəni kütlədən üstündü,
amma Asifçi, Ocaqçı, Mütləqçi deyil.
Safruh: Hə, doğrudur, onda zəiflik var o cəhətdən.
Sabir: Bilirsən nədir?.. Bir az qəribəlik də var yəni. “Qəribə” — yaxşı
mənada yox. Yəni, məsələn, belə ki, giclik eləyir ki, fərqliliyi görüksün.
Nemətdə də vardı belə hal — Nemət Sükut. O da münasibəti pozdu… Onda
təxminən belə bir şey vaar… Amma o elmi dünyası onun, həm də təsdiqə getdi
daa! Mütləqnən Təsdiq bir yerə sığa bilərmi? (Safruh: başa düşmədən “yox”
deyir). Mütləqdən böyük təsdiq yoxdur! Ancaq o neyləsin, təsdiq onun üçün
çörək ağacıdır daa! Çörəksiz neyləyə bilərsən?! Ancaq o ona haqq vermir ki!..
Mən quzu kimi onun qabağına getmişəm. Heç ömrümdə onlarnan — o iki
nəfərnən — Fərəhnən idi dəə? Ötkün, Fərəh — heç ömrümdə məni onların
qabağında olan qədər sakit gördüyün olub? Bir kəlmə artıq-əskik… Nə haqqı
var ki, məndən üz çevirsin?! Bəlkə mən bir görüşdə vurulmuşam, səninçün
darıxıram?! Günahım da yoxdur. İndi ad da tapa bilmir ki, Stalindən
danışmışam. Stalini söymək asandır, Stalin qədər hünərli olmaq çətindir; Stalini
söymək asandır, o ziyalılıqda olmaq çətin! O elmdə olmaq — özü də təhsili