_________________Milli Kitabxana
________________
386
Safruh: Hə, məndədi, ancaq heç oxumamışam.
Sabir: Hayıf! Oxumaq lazımdır! Soyluda kitab var — maddə və
kainatın
quruluşu haqqında; bir dənə cilddi. Dünyanın bütöv kosmoloji tərtibi var orda.
Sən “Osmanlı” kitabındakı din tərkiblərinə baxma. Özünüzü Mütləqdən,
Asifçilikdən azad eləyin, sonra əsərə baxın. Siz o saat onunla müqayisə
edirsiniz. Tutalım, sən onu bir əsr əvvəl oxuyursan, onda heç Mütləq yoxdur. O
adam, onu yazan adam heç Asif Atanın adını da eşitməyib. Özünüzü o qədər
qurutsanız, heç nə alınmaz. Sənin bildiyin özündə qalır. Kosmologiyanın o
kitabdakı qədər (bunu çox vurğu ilə deyir, əlini stola döyür) izahı heç yerdə
yoxdur, Ambarsumyanda yoxdur, Sednikdə yoxdu, Şmitdə yoxdu. Bu kitab o
boyda kainatın tərtibin verir…
Safruh: Heylə yerlərə mənim ağlım getmir; mən oxumamışam o kitabı. O
(Soylu) oxuyub əsəbiləşib.
Sabir: Nahaq əsəbiləşir! Nəysə, mən pis vəziyyətdə qalıram. Mən sizə yaxşı
bildiyim kitabları verirəm. (Safruh: yaxşı eləyirsiniz…). Yox, gör nə deyirəm.
O adam onu tərtib eləyəndə onu hesablamayıb ki, Soylu bundan narahat olacaq,
Asif Ataya uyğun gələcək-gəlməyəcək. O bildiyini deyir. Sən onun o hissəsini
tulla. Xalis kosmoloji baxımdan bunun… O elmlə deyir, sonra deyir, bax gör
bizim “Quran”ımız bunu vaxtiylə necə deyib! Heç o hissəsini hesaba alma.
Onu demədən deyir ki, maddənin və kainatın təsviri budur. Siz də “Quran”a
qayıtmayın dəə! Əsər qalır ki, yerində! Nə bilim, insan heç kəsə, insan Allaha
da borclu deyil. Mən sənə sual verirəm. Asif Ata 1933-cü ildə anadan olub. Bu,
XX əsr. XX əsri də çıxıram. XX əsrə qədər, XIX əsrə qədər kainat mövcud idi
daa?! Onda Allah olub-olmayıb? (Safruh: Yəqin ki, olmayıb). Deməli, Allahsız
dövrün də öz keçid yolları olub daa! İndi ancaq Atanın simasında Allah qədəm
qoyur? Elə qəbul eləyək.
Safruh: Yox. Mən bilmirəm o nə məna daşıyır, amma yaradıcı Allah yoxdur,
düzmü deyillər, bilmirəm onumu soruşursunuz?
Sabir: Yox ey, demək istəyir ki, “Quran” Məhəmmədə Göydən gəlib, ona
görə də Yerə aid, Göyə aid, insan biliyinə aid hər şey onda var. Mənim üçün isə
“Quran”, ən yaxşı halda, realizlərlə (?) ibtidai fikirdir. Mən özümü “Quran”a
pərçimləmirəm. Asifi də… İki Asif var: biri mənim (vaxtilə) yol getdiyim,
böyük bir Asif. Elə bu Nüsrətin gözünün qabağında onun Allah, o necə oldu
Allah oldu. O, rəhbər idi, Allah deyildi. Sonra, bundan başqa hər gün qulağına
pıçıldamışam ki, ə, Hegel səviyyəsində dünyanı xilas eləmək olmaz. Super
dahi. Sonra dedim dahi də olmaz, Peyğəmbər; ondan sonra qəhrəman.
Qəhrəman həm dahi, həm peyğəmbər olar. Dedim yox, Allah! Allah da belə.
Bu yerə kimi Allah olub, dünya xilas olmayıb. Bu heç bir şeyə sığmayan Allah
olmalıdır, Mütləq… Bunu mən hər gün səhər-axşam qulağına pıçıldamışam.
Özünə demişəm ki. Yerdə, tarixdə Allahı rəmzləşdirən ən böyük səbəb (?)
_________________Milli Kitabxana
________________
387
Zərdüşt və bizim Muğamlardır. Mənə qədər o nə bilirdi ki, Zərdüşt nədir?
Dünya ədəbiyyatı İnstitutunda, rusca oxuyub orta məktəbi. Orda Zərdüştdən
dərs deyirdilər?! Onlar Muğamatı bilirdilər?! Özü də bir az sazı dınqır, dınqır
bilirdi daa! İndi Muğamatı, Muğamatın fəlsəfəsini, böyüklüyünü, Mütləqliyini
açan Asifə bərabər ikinci adam var?! Var?! Hamısı məndən keçib daa…
Safruh: Olar, ola bilər.
Sabir: Mən Asifi qəbul eləyirəm. Mən o Asifə görə gəlib sizi tapmışam.
Sizin simanızda, o körpələrin — Safnurun simasında, Uluruhun simasında,
Nurtəkinin simasında, Üstünün simasında, Göylünün simasında, sənin simanda,
Soylu bir qədər başqa cürdür!
Safruh: Hə. Elədir!
Sabir: O sizdə olan onda yoxdur. Onlarda ayrı şeylər var. Onların simasında
mən müqəddəslik görürəm, dayanıram. Və sizdən Asifə qayıdanda, siz
ürəyinizdə Asifi necə yaşadırsınızsa, heç cürə mən ona zədə vurmaq gümanını
yaxın buraxmıram. O sizin qəlbinizdə necədir — artırmadan, əskiltmədən, o cür
də həm hörmət bəsləyirəm, həm də onu qoruyuram. O səddi keçmirəm. Buna
bir də üç ildən sonra qayıdarıq!.. Bəs Soyluda nə var? O olmaqla bərabər,
Asifdən sonra Mütləqçi hakim kimi çıxış eləmək vaar! O da o bakirəliyi
pozur!.. Sizdə olan müqəddəslik… Çünki hakimiyyət hissiynən… (Safruh:
müqəddəslik tutmur). Bəlkə mən düzgün seçməmişəm? Məsələn, mənim üçün,
böyük qardaşımdı (Nüsrəti göstərir). Onunla mübahisə eləyib çılğınlıq
göstərərəm. Səni görən kimi isə sənin böyük ağsaqqallığın… Qabağında
dayanıram. O ağsaqqallıq ikinci heç kəsdə… Asifdə də yox idi, məndə də
yoxdu. Asif Mütləq idi, ağsaqqal deyildi, heç cürə deyildi! Səninlə mən bir
yerdə bir-birimizə oxşayırıq. Bu adamı güllələmək lazımdı, xətası var, güllə-
ləmək məqamı gələndə oturub ağlayırıq. Daha onu güllələmirik. Biz
güllələmirik, oturub ağlayırıq. Sən ağlamaqdan başqa, o murdara əlini də
vurursan; çirkini də təmizləyirsən, yuyundurursan da. Mən çalışıram ki, onunla
daha, təkrar heç bir zaman rastlaşmayım. Amma sən dayanıb onu təmizləyirsən.
Bax, sənin ağsaqqallığın bundadır. O murdar — ölümə layiqdir, — sən nəinki
ağlayırsan, nəinki güllələmirsən, — oturub onu yuyub təmizləyirsən. (Safruh:
Hə, məndə var…). Səndə olan bu… heç birimizdə yoxdur. O birilər isə… bax,
Safnur, Uluruh, Üstün, Nurtəkin, Göylü — bu beşi isə sizin ruhunuzdan
qopmuş bir güldülər, çiçəkdilər! Və onlar çox zəif görükürlər. Ən zəifi deyək
ki, Göylüdü, Göylü də qüdrətlidi!.. O boyda güc var ki! Hətta o ürək! Orda,
deməli, mən özümü götürürəm, siz onlarla qaynayıb qarışmısınız… Mən
sevinirəm ki (təmaslarımızda fasilə) bir az böyük olur. Çünki özümü saxlaya
bilmirəm — ərköyünlük eləyirəm… (Safruh gülür) Qızın üzünü sığallayıram,
bağrıma basıram. Bu da o çiçəyə… Zərifdi axı! Xətt qoyar, zədə gətirə bilər!..