_________________Milli Kitabxana
________________
388
Amma buna sevinirəm ki, qayıdıram daa! Bir dəfə gələndə… Görürəm indi,
Üstün zəng elədi, özümü saxlaya bilmədim. Elə-belədə mən soyuğam, görən
kimi yadımdan çıxacaq ki, mən soyuq olmalıyam… Üstündə nə var?! Hərarətli,
hakimiyyətliknən bərabər, hamıya baş çəkəndi — mənim kimi. (Safruhun saata
baxdığını görüb:) Hə, qorxursan vaxt keçəər?
Safruh: Saat 8-in yarısında mənim evimdə olacaq Safnur. Hə, (oxuyur:)
“Deyirlər səadət saçan və kamil ailədə məhəbbət əsasında iki bir olur. Lakin biz
burada, hətta allahların təşkil elədiyi ailədə də bunu bütöv şəkildə görmürük”
(Sabir: Mən deyirəm onu?) Hə. (yenə oxuyur:) “…Məcnun öz Leyli gümanında
yanıldığını görür. Leyli qızların yaxşısıydı. Lakin Məcnun onunla bütövlüyə
çata biləcəyi gümanında yanıldığını görür”.
Sabir: Mənim də ağıllı vaxtlarım olub aaa!…
Safruh: Sabir Yanardağı — İnam Ocağının Dost-Doğmasını buraya qədər
oxuduqdan sonra onunla bağlı 6 tapmacanı özüm üçün açdım: Evlənməməsi,
DTK-ların daim onu izləməsi, Onun ölkə başçılığına çağırılması, Qloballığı,
Özünəinamı, Adamların ondan qaçması. Bunların hamısının açmasını mən sizin
yaradıcılığınızda və şəxsiyyətinizdə gördüm özüm üçün. Hamısını!..
…Gəlirəm (dəftərindən öz sözünü oxuyur) Sabir Yanardağa. Ona ad
verməyimiz, onu bu adın üstündən oynatmağımız — onun ziyanınadır. O,
böyük şəxsiyyətdir; ad vermək — onun səlahiyyətində olmalıdır; hər halda, o
— Adverənlər kastasına layiq bir tarixi sima siqlətinə malikdir… Məncə, təkcə
onun irsini qoruyub, artırıb, xalqa və sabaha çatdırmağın özü ümumbəşəri və
müqəddəs bir iş sayıla bilər. Sabir Yanardağ yaradıcılığı o qədər böyük işdir ki,
heç bir böyük şəxsiyyət, istedad onu özünün “ikinci işi” kimi başa gətirə
bilməzdi. Bu — ömür işidir, şəxsiyyət aqibətidir. Hətta mən belə deməkdən də
çəkinmirəm ki, Peyğəmbərim İnam Atanın (Asif Atanın) Özü də belə bir
yaradıcılığa başlasaydı, Öz Ocağını yarada bilməzdi. Yəni yalnız onunla
məşğul olardı. Yəni bu, elə böyük hadisədir ki, başqa işlərlə bərabər onu
aparmaq olmaz… (Yenə oxuyur:) Sabir Yanardağ nahaq düşür padşahlıq
iddiasına. Onun işi, irsi — padşahlıqdan dərindir, ucadır, genişdir,
mürəkkəbdir. O, yalnız hansı padşahınsa ən gözəl məsləhətçisi ola bilər —
ikilikdə: O və padşah birlikdə olanda verir ona məsləhətini; padşah onun
məişətinə yardımçı olur, Sabir də öz Ulu İşini davam etdirir. Məncə, cəmiyyət
həyatında Sabir Yanardağ iştirakının ən uğurlu biçimi bu ola bilərdi. Məncə, İn-
sana, İnsaniliyə dair Sabirin bilmədiyi bilgi yoxdur. O, bütün ülviliklərin əsl
yiyəsi, ən azı — yandaşı, təşnəsidir.
Sabir: Telefonda bəzi yerlərini oxumuşduz daa?
Safruh: Hə. (Dəftərindən Sabirin sözünü oxuyur:) “Nə qədər ki, insanlıq
ilahi vəziyyətə yüksəlmir, allahın mövqeyində dayana bilmir, onun içərisindən
_________________Milli Kitabxana
________________
389
çıxan istedadlı, güclü şəxsiyyətlər, heç olmasa özləri üçün, bu mövqeyin
qayğısına qalmır — şər meydan sulayacaq”.
Sabir müəllim deyir (Safruh dəftərindən Sabirin sözünü oxuyur:) “Madam ki,
Axilles təkin adam da haradasa özünü itirir, fəryad qoparır, deməli,
qəhrəmanlıq mütləq vəziyyətdə deyil, — başqa sözlə, özündən zəifə qarşıdır”.
(Sabirin gözəl öyünücü gülüşü eşidilir). “Belə ki, əslində qəhrəmanlıq yoxdur.
Çünki kamil adam güclüyə qarşı eləyə bilmədiyini zəifə qarşı etməməlidir:
birinə gücü çatmadığına, digərinə həmin səbəbdən haqqı olmadığına görə…”
(Yenə Sabirin həmin gülüşü: Yaxşıdı əə! Nə gözəl demişəm!). Bir yerdə də
göstərirsiniz ki, Axillesin üstünə çay, nəysə gəlir.
Sabir: Skamandr — dağ çayları.
Safruh: Orada Axilles əməlli-başlı sıravi insan kimi qorxur. Biz bir dəfə
burda Babəkdən danışdıq. “Onu sümük-sümük doğradılar, o da cınqırını
çıxartmadı…” Mən deyirəm: A qardaş, qoy canı ağrıyırsa çığırsın, eybi yoxdur.
Soylu deyir ki… Axilles də orda qorxur axı! Orda çaylar onun üstünə gələndə..
Düzdü, o təhlükə fantastik bir şeydir. Ancaq şəxsin özünün qorxusu da sıravi
insan qorxusudur… Safruhun sözu var: “Güclüyə gücüm çatmır, gücsüzə əlim
qalxmır”.
Sabir: Gör nə qədər yazmısan!.. Yəqin imkanın olduqca çap olunacaq
bunlar?
Safruh: Hə, bunlar Ocağın
gələcəkdə, qüdrətli davamı, Soylu kimi da-
vamçıları olacaqsa, bizim qəlbimizin gözəllikləri qalacaq, insanlara gərək
olacaq… (Yenə oxuyur:) Sabir Yanardağ: “Lap olsun Homer” deyir. Sabir
deyir: “Şər — idrakdan və mərdlikdən qorxan şeydir”, “ölümün üstə şığımaq
məhv yox, xilas olmaq üçündür.” “İnsan döyüşçüyə, xalq orduya çevriləndə
dastan “Ares övladları” kəlamı işlədir”
Sabir: Ares — müharibə Allahıdı dəə, Allahın oğludu.
Safruh: (Oxuyur:) “Patroklu həlak etmişdilər. Cavabında Hektoru
öldürdülər. Lakin ölüm vaqeəsi Patrokldan əvvəl başlamışdı, Hektorla da
qurtarmayacaqdı. Ona görə də vəziyyət daha dərindən düşünməyi tələb edir”.
“Patroklkimilər müstəqil yox, Axilleslərin yanında fəaliyyət göstərərkən nəticə
verən adamlardır”.
Biz — İnam Ocağının Evladları — İnam Atanın yanında və Atasız…
“Patroklun dəfn mərasimi Axilles dostluğunun təsdiqinin bariz ifadəsidir”…
Gəldik hara? Gəldik sona. (Dəftərindən oxuyur):
“Sabir Yanardağ deyir: “Deyirlər, həqiqəti buradan (yüksəklikdən yıxılanda)
daha yaxşı görmək mümkündür. Lakin bu fikir xırdalar — mərtəbə deyilən
solğun şey üçün yarananlardan ötrüdür. Ruhən böyüklərə isə bəşər həyatının
bütün mərtəbələrində ancaq həqiqət var — buna qarşı duran hər şey puçdur”.
Elə adamlar var dəə! Böyüklük taxtından düşməyincə həqiqəti görmürlər.
Amma Sabir müəllimin o atmacasından nə çıxır? Yəni ordan yıxıldığına görə