_________________Milli Kitabxana
________________
390
həqiqəti dərk eləyənin həqiqəti dərk etməyinə mən inanmıram! — deyir! Düz
deyir! Bax, o cəhət var. İnsanın ağlını böyütmə qəhrəmanlığı var. Bir də bir
“bəşərin antibəşəriliyi” deyirsiniz (Gülüşürlər). “Ehtiyac isə bəşər həyatının,
tarixin bu gününə qədər müşahidə edilmiş ümumi mənzərəsidir”. Deməli,
Safruh, özünü üzmə!..
“Ehtiyacın insan, hünər, idrak üzərindəki hakimiyyəti nə qədər imiş! Bunu nə
cəllad əməliyyatı, nə istibdad, nə istila məşəqqəti, nə də inkivizisiya
oyunbazlığı ilə müqayisə etmək olar. Ehtiyac əzir, inildədir (bayaq dediyim
sözdür haa), uladır, fəryad qopartdırır, zəlil hala salır və rüsvay edir”
Ehtiyacdan, demək, əclaf şər yoxdur.
“Odisseylikdə şərin qanunlarını nəzərə almaq, gerçəkliklə tuş gəlmək,
məntiqi pozulmuş həyatda nizamlama qətiyyəti var. Axilleslikdə isə qəh-
rəmanın gözündə üfüqdəki işıq qamaşdırıcıdır. O burada bir möcüzə görür”.
Görək, görəəək, sonraa… (Oxuyur:) “Sabir Yanardağ: “Axillesdə
“Odisseylik” yoxdur, o, öz təbiətindən, ülvi məqamlarından enə bilmir.
Odisseydə isə “Axilleslik” də var. Bu cəhət gerçəkliklə qaynayıb-qarışan
Odisseyi hamının biri olmaqdan ayırır, şər dünyasının sakini olmaq kimi
rüsvayçılıqdan, cinayətkar həyat tərzindən xilas edir. Tərkibində “Axilleslik
olan Odisseyin həyatda nizam tapması bütöv bir ibrət məktəbi yaradır”.
Misilsiz səhifələr! Könül okulu! (Yəni qəlb məktəbi, idrak məşqləri, ərdəmlik
bələdçisi! Var ol, ey Dost-Doğmamız! Ey Böyük İnsanımız! Yanardağ
Sabirimiz!.. “Dini təəssüblərdə əzab — müqəddəsliklə, ülviliklə, ən azı
günahların təmizlənməsi ilə izah edilir. Dinin işarə verdiyi müqəddəslik isə
böyüklük deyən sözdür. Çünki din yaranmışları böyüyə-kiçiyə yox, günahlıya-
günahsıza bölə bilər. Allah yaradanların artığı-əskiyi yoxdu, dinsizi-dindarı,
mömini-asisi, qüdsisi-batili və s. var”.
“Biz yeri gəldikcə Odisseyə aid sifətlərə qayıdacağıq. Bizə ideyanın tam
qavranılması lazımdır”. Bura mənim üçün maraqlıdır ki, qarşındakı əsəri
qavramısan; əsərdən o yana keçir: “mənə ideyanın tam qavranılması lazımdır.
Bu, izahedilməz bir istəkdir, ulu bir şeydir.
“Bu izi itmiş, məntiqi pozulmuş, şər dünyasında adam incitmədən ömür
sürmək nadir xoşbəxtlikdən başqa böyük də hünərdir… Müşkülü Axilles açdı,
Troyanı isə Odissey fəth etdi… Odissey məhz naqis dünyanın mahiri,
qalayıxanıdır, xoşbaxtıdır… qələbə insan yox, naqisliklər üzərində çalınmalıdır.
İnsan üzərində qələbə əslində öz-özünü məhv etməkdir”…
Sabir: Hər halda bir görüş az imiş. Bu söhbət bir görüşə sığmırmış…
Safruh: Belə. Mənim burda qeydlərim qurtardı…. İndi Siz, Sabir müəllim.
Sabir: Deməli, mənim burda diqqətimi cəlb eləyən, bəzi, məsəlçün,
sözlər
var…
Safruh: İndi onları mən demək istəyirəm.
_________________Milli Kitabxana
________________
391
Sabir: Onlar mənim üçün maraqlıdır və faydalı olardı. Ona görə mütləq…
bunun da bir surəti çıxarılıb mənə verilsə, bax bunu da …çıxarılıb mənə verilsə,
dönə-dönə ona baxaram, diqqət yetirrəm.
Safruh: Mən belə deyirəəm. “Bəşər Xeyirdən çox şəri, Həqiqətdən çox
Yalanı həzm eləyir”. Amma Tərəqqi var…
Sabir: İndi gəlin belə eləyək, vaxta qənaət… Yığışdıra bilərik, yoxsa hələ
danışırıq?
Safruh: Yox, mən əsas sözlərimi deyirəm… Amma Tərəqqi var… Axı bu
Tərəqqi təsəlli vermir. Təsəlli vermir… İnkişaf eləyir, filan eləyir, gəlir Qərb
ölkələrinin inkişafına çıxır.
Sabir: Yox, onda siz o Tərəqqiynən Şərqin, Qərbin inkişafını qarışdırmayın,
o başqa şeydir.
Safruh: Yox! Şərq-Qərb məsələsi deyil.
Lap bizdə, lap mən qonşunu
götürürəm. Fərz eləyək ki, bu gəlir onun malını, mülkünü qarət eləyir… Bax o
xanlıq dövründə o bura hücum eləyib, bu ora… Misal üçün deyirəm. O, bir
abad mülk yaradır. Sonra bu…
Sabir: Tərəqqi belədir: heyvanlıq sürünür. Amma getdikcə elə kütlə gəlir
çatır ki, planetdə, heyvanlıqdan tam ayrılmaq imkanı yaranır.
Safruh: İndi ona gedilmir axı!
Sabir: Yox, indi “gedilir-gedilmir” — o başqa söhbətdir.
Safruh: Sonraa… mən ayrı söz deyirəm. Siz
Axilles üzərində həddindən
artıq dayanırsınız…
Sabir: Belə! Məən özümü müdafiə eləməyim, siz də məni silməyin. Onu,
məsələn, bir-birimizi başa salmağımız, anlaşmağımız prosesdir. Onu prosesin
ixtiyarına buraxaq. Sən dedin o sözü — mən də eşitdim. Hər dəfə rast gəldikcə
bunu işləyərik…
* * *
(Söhbətimiz burda kəsilir — özümüz belə elədik; daha doğrusu, Sabir
müəllim onu daha uzatmaq istəmədi. Aşağıdakı qeydi ertəsi gün mən öz
evimdə eləmişəm:)
Safruh: 19 Günəş ayı, 24-cü il, İnam Evi. Sabir müəllimlə elədiyim bu
söhbəti nəzərdə tutduğum söhbətin təxminən bir hissəsi hesab eləyirəm —
həcmcə çox hissəsi, amma mənim ona deyəcəyim sözlərin, ondan soruşacağım
mətləblərin burada ifadəsi yoxdu. Mən ondan soruşasıydım ki, nə üçün
“bəşəriyyət Xeyirə nisbətən şəri asanlıqla həzm eləyir”; bunun niyəsi üzərində
daha ətraflı dayanmalıydı o, mənim zənnimcə və biz bunu ikilikdə, Sabir
müəllimin aparıcılığıyla, mənim də narahatlığımı bildirməyimlə çözməliydik.
Sonra. Mən deməliydim ki, mən özüm üçün aydınlaşdırmalıydım kt, Sabir