_________________Milli Kitabxana
________________
378
aramıza. Yerdə özünə yer tapa bilmədi Herakl!! Allahlar da onu aparırlar öz
yanlarına. Koroğlunu aparmır! Ki, Koroğlu vurur, yıxır daa…, deyir hə, o
onlarla dil tapa bilər. Amma… Axilles də tapa bilər. Amma Herakl tapa bilməz
(Burda Sabirin səsi ustuflaşır, həlimləşir, pıçıltılaşır:) — yanlarına aparırlar…
Safruh: (Herakl) Orada bir dünyəvi yanlışa da yol verir. Siz onu deyirsiniz.
O dunyada o deyir, kimeysə rast gəlir, onun bacısıyla evlənmək…
Sabir: Hə! Malekra Dionera ilə!
Safruh: Deyirsiniz əslində o da heç Heraklın təbiətinə uyğun deyil.
Sabir: İndi mən sizə bir şey deyim — Heraklın 12 qoçaqlığı. Deyirəm ki,
Heraklın 13-cü qoçaqlığı göstərməyə gücü çatmadı. Hər yerdə qalib gələn
Herakl ailədə məğlub olur. (Safruh gülür: Hə, elədir!). Ona görə də Allahlar
deyirlər: o ki, ən kiçik yerdə — ailədə yıxılır, gücü çatmır, — onu götürün,
gətirin bura!
Safruh: (Oxuyur:) “Ate Heraklın huşunu oğurlayır — bununla da ardıcıl ailə
qalmaqalı başlayır. (Gülüşürlər). Hə! Bəlkə Yazon — Medeya xəttində ailə
müşkülünün həll olunmazlığına işarə var? Məsələ ondadır ki, Herakl —
Medeya ideyası Göylərin göndərdiyi qolda ola bilməz”. Onu Siz deyirsiniz ha!
Mifdə — var, Sabir müəllim deyir yox, burda olmamalıdır! (Gülür). Çünki
onun məntiqini bu kişi tutub, deyir ki, burda olmamalıdır. Bu, qəribə bir,
cəsarətlə sevən və dərin ağıl işidir. (Oxuyur:) “Məsələ ondadır ki, Herakl
əjdahanın başlarından birini əkdikcə, yerindən birinin əvəzində daha çox baş
çıxırdı. Heraklın başları kəsməsi — əjdahanın təhlükəsizliyini artırırdı”.
(Gülür).
Sabir: Şərin başın kəsdikcə şər qaynayıb daşır, artır!
Safruh: Onların mifi də gözəl ağıl işlədib haa!.. Bir yerdə deyir gedib adada
bilmirəm nələri biçsən, öldürsən, sən filan şeyə nail olacaqsan. Bu da deyir orda
bir başı kəsir, bir başın yerində çoxlu baş əmələ gəlir. Doğrudan da, Medeya, o
yerli qadındı, qızdı dəə! İndi mən niyə bunu deyirəm, bizdə dində deyilir ki,
gedib yezidlərlə vuruşanda yezidin birinin başını kəsəndə yerində 70 baş əmələ
gəlir. Biz də elə bilirdik ki, bu, bizim ərəblərin uydurduğu bir şeydir, amma gör
ondan nə qədər, min illər qabaq o əhvalatlar varmış! (Oxuyur:) “Əjdaha kimi
Şər də, Şər kimi Əjdahalar da davamlıdır, qatıdır, kökü çətin kəsiləndir.
Deməli, şərə qarşı güzəştli, yumşaq olmaq mümkün deyil”. Buradan nəticə: nə
Şər mütləqdir, nə Xeyir. Üçüncü ölçü gərəkdir. Orta — Mütləqdir; ondan,
deyək ki, sağda Xeyirdir, solda Şərdir. Bu — mənim qurduğum şeydir;
aşağısından da yazmışam: “Uşaq oyunu alındı, deyəsən”. (Oxuyur:) “Biz o
kitabı” (Cəfərlə bağlı “İnsan fəlakət içində” kitabını nəzərdə tutur) “yazarkən
iradəmizin gücü ilə öz imkanlarımızdan geri qayıtmalı olurduq”. Deyir mən
kitabı yazanda öz qabiliyyətlərimdən bilə-bilə geri qayıtmışam (gülür); bir az
aşağı düşübdü.
_________________Milli Kitabxana
________________
379
Sabir: Mən iddiamın dalında çıxış eləmirəm də, qabaqlamaq istəmirəm; o
səviyyəyə enirəm, onunla razılaşıram. İndi yəqin öz imkanımın səviyyəsinə
qalxacam… qalxacam… (Əlini kitabının üstünə qoyub, üzünü qardaşına tutur:)
Burda, ay Nüsrət, bəşəriyyətin bütün tarixi getməlidir, bütün dünya ədəbiyyatı
getməlidir, dünya bilikləri getməlidir; insana aid nə qədər problemlər var —
hamısı öz ifadəsini tapmalıdır. Mən əvvəlcə bunu 12 cild nəzərdə tutmuşdum.
Amma 200 kitab olacaq.
Safruh: (Oxuyur) “Hətta əzəmətli adamların özündə belə, sevgi — çarlığa,
padşahlığa, sultanlığa qədərdir.
Sabir: Həəəh! Çarlıq, Sultanlıq, Padşahlıq olan yerdə sevgi ola bilməz ki!..
(Safruh davam eləyir: Sevgi daha olmur. Başqa vaxt deyirlər ki…)
Yorulmusan? (Safruh: Yox, eybi yoxdur, eybi yoxdur!) (Oxuyur:) “Ailəyə,
övlada, insana, Vətənə, xalqa, əqidəyə qarşı bir anın unutqanlığı ömürdə
silinməz bir ləkənin yaranması üçün kifayətdir”. Bax, həm də Safruhun bəzi
haray və cikkələrinə. Bəzən belə hallar mənə təsir eləyir, ona görə…
(Oxumasını davam etdirir:) “Qətibə, bu gözəl, ağıllı, sağlam, təhsilli, tərbiyə
görmüş təcrübəli qadın — şər dağarcığıdır”. Siz 223-cü səhifədə yazırsınız “Şər
dağarcığıdır”. Belə bir dağarcıq, Qətibədən gözəllikdə və bütün sadalanan
keyfiyyətlərdə geridə qalmayan bir dağarcıq Safruha da tilov atdı bir günnəri.
Sabir: Öz həyatınla paralel görmüsən də (Safruh: Bəli, bəli!)?
Safruh: Bəli, bəli! Mən bir yerdə də görmüşdüm axı; mən Sarada, “Solğun
çiçəklər”də yazmışdım: “O sanki bütövlükdə bir ürəkdir”. Hə, hə! Mənim
ömrümdə elə bir qız olmuşdu. (Bu, Saraya bənzəyən Qız — başqadı, tilov atan
deyil. — Safruhun səsdən yazıya köçürərkən elədiyi qeyd: 20.II.24). (Sabir
gülür). O mənə tilov atan qız son dərəcə gözəl idi. Mənə elə bir şey dedi;
evlənmək məsələsi. Mən də onda ayrılmışdım arvadımdan. Ancaq onun
dediyinə hə demək mənim Ocağıma bir ton su tökmək demək olardı.
Sabir: Mən deyə bilmərəm sən nə üçün ayrılmısan. Görürsən ki, mən
deyirəm bütün şərtlərnən ailəni saxlamaq lazımdır. Buna baxmayaraq, sənin
ailədən ayrılmağında konsepsiya var. Sən kiminləysə, gözəl olsun, lap az yaşlı
— evlənsəydin, konsepsiya ölürdü. O saat ölürdü.
Safruh: Mən onda dedim ki, qız idi onda, indi qadındır, dedim yox, mən o
Məcnunlardan deyiləm. Heylə dedim. Elə o da hesabını götürdü getdi… Hə.
Ailə də, düzdür, konsepsiyam var mənim. İndi də müəyyən qədər Herakl kimi
xidmətdəyəm. (Oxuyur:) “Bəlkə elə itaət göstərməli və fələyin yayını
çəkməməlidir?” Siz deyirsiniz. Bu Soyluynan Ötkün vaar. Siz onu mənim
evimdə görmüsünüz dəə. Mən onları müqayisə eləmişəm. Soylu çox
coşqundu. Ancaq Ötkün sakitdir. Məndə də bir heyranlıq hissi var. Yaxşı
saydığıma heç göz yummaq istəmirəm. Orda o “eqoizm” deyirlər, onu
tamamilə bir qırağa qoyuram. O gözəlliyi nümayiş elətdirən kim olur-olsun, o
yaxşı saydığım cəhətləri deyəcəm. Yoxsa mənim elmim yoxdur, biliyim