Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə215/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   211   212   213   214   215   216   217   218   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

721 


İnzibati bölgüsü:  KXDR  9  əyalətə  (Çaqando, Xamqen-

Pukto, Xamqen-Namdo, Xvanxe-Pukto, Xvanxe-Namdo, Kan-

vondo, Pxenan-Pukto, Pxenan-Namdo, Yanqando),  mərkəz 

tabeçiliyində olan 2 iri şəhərə (Pxenyan və Rason) və 3 xüsusi 

inzibati regiona (Keson sənaye regionu, Kımqansan turistik 

regionu və Sinıycu xüsusi inzibati regionu) bölünür.  

Dövlət başçısı: Koreya Xalq Demokratik Respublikasında 

dövlət hakimiyyətinin  ən yüksək rəhbərlik orqanı sayılan 



Mərkəzi Xalq Komitəsinə KXDR Prezidenti başçılıq edir. 

Ölkədə  siyasi sabitliyin və dövlət təhlükəsizliyinin təmi-

natçısı, habelə daxili və xarici münasibətlərdə KXDR-in ali 

təmsilçisi sayılan  Prezident dövlət siyasətini formalaşdırır və 

onun həyata keçirilməsi üçün Ali Xalq Məclisi qarşısında bila-

vasitə  məsuliyyət daşıyır, digər ölkələrdə  fəaliyyət göstərən 

diplomatik nümayəndələri vəzifəyə təyin edir və geri çağırır və 

qüvvədə olan Konstitusiya ilə müəyyən edilmiş digər mühüm 

səlahiyyətləri icra edir. 

Bununla yanaşı, Şimali Koreyada hərbi və müdafiə sferası 

dövlət hakimiyyətinin ən yüksək hərbi rəhbərlik orqanı sayılan 

Milli Müdafiə Komissiyasının  müstəsna səlahiyyətinə aiddir. 

Belə ki, bütün ölkə üzrə silahlı qüvvələrə  və dövlət müdafiə 

sisteminə rəhbərlik edilməsi, ali hərbi kadrların təyinatı, müha-

ribə  və ümumxalq səfərbərliyi elan edilməsi və s. məsələlər 



Milli Müdafiə Komissiyası tərəfindən həyata keçirilir.  

Mövcud Konstitusiyaya görə,  Şimali Koreyada de-fakto 

bir partiyanın siyasi hakimiyyəti bərqərar olduğundan, bir 

qayda olaraq dövlət başçısı  Əmək Partiyasının üzvləri 

arasından seçilir.  

29 dekabr 2011-ci il tarixindən etibarən  Koreya  Əmək 



Partiyası  Mərkəzi Komitəsinin Birinci Katibi, Koreya Xalq 

Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci 

Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı marşal 

Kim Çen Indır (dünya birliyi ölkələri arasında ən gənc dövlət 

başçısıdır).  



Яли Щясянов, Адил Вялийев

 

 



722 

Qanunverici hakimiyyət: Şimali Koreyada qanunvericilik 

hakimiyyəti, 687 üzvü gizli səsvermə yolu ilə ümumi, bərabər 

və birbaşa seçki hüququ prinsipi üzrə 5 illik müddətə  (seçki 

keçirilməsi mümkün olmadığı hallarda ali qanunverici orqanın 

səlahiyyət müddəti uzadıla bilər) seçilmiş Ali Xalq Məclisi və 

onun qarşısında cavabdehlik daşıyan Daimi Komitə tərəfindən 

həyata keçirilir.  

Ali Xalq Məclisi qüvvədə olan Konstitusiyaya düzəlişlərin 

edilməsində, qanunların hazırlanmasında və qəbulunda, dövlət 

büdcəsinin müzakirəsində  və  təsdiqində, beynəlxalq müqavi-

lələrin və sazişlərin ratifikasiyasında, dövlətin daxili və xarici 

siyasətinin  əsas prinsiplərinin müəyyən edilməsində, dövlət 

başçısının və milli müdafiə komissiyasının sədrinin seçilmə-

sində və ya vəzifələrindən geri çağırılmasında, Daimi Komitə-

nin, Mərkəzi Xalq Komitəsinin və Ali Məhkəmənin üzvlərini, 

Baş prokuroru və digər ali vəzifə sahiblərini təyin etməkdə, 

habelə Konstitusiya ilə müəyyən edilmiş bir çox digər mühüm 

məsələlərin həllində səlahiyyətlidir.  

Ali Xalq Məclisinin deputat yerləri bir qayda olaraq öl-

kədə hegemon siyasi partiya sayılan hakim KXDR Əmək Par-



tiyasının təmsilçilərinə məxsusdur. Belə ki, 08 mart 2009-cu il 

tarixində keçirilmiş son Parlament seçkiləri zamanı  Əmək 



Partiyası 601 yerə, ikinci olmuş Sosial Demokrat Partiyasının 

nümayəndələri isə  cəmi 51 mandata sahib olmuşlar. Digər 

qalan yerlər isə ÇÇP (21 yer) və müstəqil deputatlar (13 yer) 

arasında bölünmüşdür.  



Məhkəmə hakimiyyəti: Mövcud Konstitusiyanın 133-cü 

maddəsinə  əsasən sədri və hakimləri  Ali Xalq Məclisi  tərə-

findən təyin edilən  Mərkəzi Məhkəmədən, habelə  əyalət və 

rayon xalq məhkəmələrindən ibarət olan 3 pilləli məhkəmə 

sistemi  Şimali Koreyada məhkəmə hakimiyyətini həyata 

keçirməkdə səlahiyyətlidir.  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

723 


VYETNAM 

 

 

   

 

 

Ümumi məlumat: Vyetnam ərazisində ən qədim dövlətlər 

eramızdan xeyli əvvəl təşəkkül tapmışdır.  1884-1945-ci illər 

ərzində Fransanın protektoratı olmuş ölkə, 1945-ci ilin avqust 

ayında baş vermiş xalq-demokratik inqilabı  nəticəsində 



Vyetnam Demokratik Respublikası elan edilmişdir.  

Fransa  müstəmləkəçiləri\\\\\\\\yetnam xalqının 8 illik 

(1945-1954) müqavimət hərəkatı ölkənin parçalanması ilə 

nəticələnmiş, cənubda tez bir zamanda ABŞ-ın  təsir dairəsinə 

daxil olan Cənubi Vyetnam dövləti yaradılmışdır. Lakin bu 

torpaqlarda genişlənən xalq-azadlıq müharibəsi (1964-1973), 

ABŞ silahlı qüvvələrinin və onun müttəfiqlərinin Vyetnam 

ərazilərindən çıxarılması ilə nəticələnmişdir.  

1976-cı ilin iyul ayında ölkə parlamenti ölkənin birləş-

dirilməsini və vahid Vyetnam Sosialist Respublikasının yara-

dılmasını elan etmişdir.  



Asiyanın cənub-şərq hissəsində, Hind-Çin yarımadasında 

yerləşən Vyetnamın (VSR) paytaxtı Hanoy şəhəridir. 

Ölkənin  ərazisi 331,210 km², əhalisi  (2012) 90,388,000 

nəfərdir (əhali sıxlığı 272 nəfər/km²).  



VSR-in rəsmi dövlət dili vyetnam dilidir. 

Dövlətin  İnsan  İnkişafı  İndeksi  - 0.593 - ortadır  (128-ci 



yer). 

Dövlət quruluşu: Məhdudiyyəti olmayan prezident idarə-

etmə üsuluna malik, bir partiyalı sosialist respublikasıdır. Milli 

bayram günü olan müstəqillik günü (1945) 02 sentyabr tari-



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə