Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə214/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   210   211   212   213   214   215   216   217   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



718 

Dövlət başçısı: Mövcud Konstitusiyaya görə, milli müstə-

qilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlətin başçısı və 

silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident, ölkə 

Parlamenti tərəfindən 5 il müddətinə seçilir. Ali qanunverici 

orqanda dövlət başçısı seçilmək üçün namizəd, Parlamentin 

xüsusi iclasında iştirak edən deputatların ən azı 2/3 hissəsinin 

səsini qazanmalıdır.  

Laos Prezidenti Milli Assambleyanın qərarına əsasən Baş 



naziri,  onun təqdimatı ilə  əyalət qubernatorlarını  və  şəhər 

merlərini təyin edir və  vəzifədən kənarlaşdırır, Baş nazirin 

təqdimatı ilə silahlı qüvvələrin və təhlükəsizlik xidmətinin ali 

vəzifəli  şəxslərinə  hərbi rütbələr verir, habelə  əfvlə bağlı 

sərəncam imzalayır və digər funksiyaları həyata keçirir.  

Dövlət başçısı  Hökuməti  formalaşdırır və onun üzvlərini 

təyin edir. Prezidentin birbaşa rəhbərliyi altında fəaliyyət 

göstərən nazirlər onun qarşısında fərdi məsuliyyət daşıyırlar. 

08 iyun 2006-cı il tarixindən etibarən Laos Respublika-

sının hazırkı, sayca 6-cı Prezidenti, Laos Xalq-İnqilab Partiya-



sının  Mərkəzi Komitəsinin Baş katibi Tyummali Saynya-

sondur.  

Qanunverici hakimiyyət:  Laosun ali qanunverici orqanı 

132 yerlik, bir palatalı  Milli Assambleyadır. Parlamentə 5 il 

müddətinə seçilən üzvlər,  əhali tərəfindən bərabər və birbaşa 

seçkilər nəticəsində müəyyən edilir. Milli Assambleyanın 

bütün deputat mandatları, ölkədə yeganə leqal və hakim siyasi 

partiya sayılan  Laos Xalq-İnqilab Partiyasının  təmsilçilərinə 

məxsusdur. 

 Qanunvericilik hakimiyyəti orqanı olan Milli Assambleya 

qanunların hazırlanması  və  qəbulunda, dövlət büdcəsinin və 

sosial-iqtisadi inkişaf planının müzakirəsi və  təsdiqində, 

habelə Milli Assambleyanın təqdimatı ilə ölkə Prezidentinin 

vəzifədən kənarlaşdırılmasında və mövcud Konstitusiya ilə 

müəyyən olunmuş digər mühüm məsələlərdə səlahiyyətlidir.  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

719 


Bundan  əlavə, Assambleya üzvləri 2/3 səs çoxluğu ilə 

mövcud Konstitusiyaya dəyişikliklər etmək hüququna ma-

likdirlər.  

23 dekabr 2010-cu il tarixindən etibarən Milli Assam-

bleyanın sədri, Laos Xalq-İnqilab Partiyasının təmsilçisi Pani 

Yatxotudur. 

İcraedici hakimiyyət: Hökumət - Baş nazirdən, onun 

müavinindən, nazirlərdən və nazir statusuna malik komissiya 

sədrlərindən ibarət və səlahiyyət müddəti 5 il olan yuxarı icra 

orqanıdır.  Hökumət  dövlətin bütün sferalar (siyasi, iqtisadi, 



sosial, mədəni, müdafiə, təhlükəsizlik və xarici siyasət)  üzrə 

siyasətini həyata keçirməkdə, habelə bütün səviyyələrdə 

inzibati strukturların fəaliyyətini istiqamətləndirməkdə  və 

nəzarətdə saxlamaqda səlahiyyətlidir.  

23 dekabr 2010-cu il tarixindən etibarən ölkənin Baş na-

ziri,  Laos Xalq-İnqilab Partiyasının  təmsilçisi  Txonqsinq 

Txammavonqdur. 

Məhkəmə hakimiyyəti: Laosun ən yüksək məhkəmə 

instansiyası sayılan  Ali Məhkəmə, habelə  xalq  əyalət, bələ-



diyyə, xalq rayon və  hərbi  məhkəmələr ölkədə  məhkəmə 

hakimiyyətini həyata keçirirlər. 



Ali Məhkəmənin  müavini və xalq məhkəmələrinin bütün 

səviyyələr üzrə hakimləri Milli Assambleyanın müvafiq daimi 

komissiyası tərəfindən təyin və vəzifələrindən azad edilirlər.  

 

 



 

 


Яли Щясянов, Адил Вялийев

 

 



720 

ŞİMALİ KOREYA (KXDR) 

 

 

     

 

 

Ümumi məlumat:  Dünyanın  ən qədim mədəniyyət mər-

kəzlərindən biri sayılan  Koreya  ərazisində ilk vahid dövlət 

668-ci ildə təşəkkül tapmışdır. 1910-1945-ci illər ərzində ölkə 



Yaponiya  İmperiyasının  tərkibinə  (General-qubernatorluq 

statusunda) daxil edilmişdir.  

1945-ci ilin sentyabr ayında  Koreyanın 38-ci paraleldən 

cənuba doğru hissəsinin Amerika hərbi birləşmələrinin nəza-

rətinə keçməsi, ölkənin iki yerə bölünməsi ilə nəticələnmişdir.  

15 avqust 1948-ci il tarixində  Seul  şəhərində  Koreya 

Respublikası (Cənubi Koreya), həmin ilin 9 sentyabr tarixində 

isə  Pxenyanda  Koreya Xalq-Demokratik Respublikası  (Şimali 



Koreya) rəsmən elan edilmişdir.  

Şərqi Asiyada,  Koreya yarımadasının  şimal hissəsində 

yerləşən  Şimali Koreyanın (KXDR) paytaxtı  Pxenyan  şəhə-

ridir. 

Ölkənin  ərazisi 120,540 km², əhalisi  (2011) 24,554,000 



nəfərdir (əhali sıxlığı 198.3 nəfər/km²).  

KXDR-in rəsmi dövlət dili koreya dilidir. 

Dövlət quruluşu: Qeyri-məhdud hakimiyyətli bir partiyalı 

idarəetmə üsuluna malik, sosialist respublikasıdır. Milli bay-

ram günü olan dövlətin yaranması günü (1948) 09 sentyabr 

tarixində qeyd edilir. Ölkə Konstitusiyası 27 dekabr 1972-ci 

ildə qəbul edilmişdir (09 aprel 1992-ci ildə, 05 sentyabr 1998-

ci ildə, 27 sentyabr 2009-cu ildə və 2012-ci ilin aprel ayında 

Konstitusiyaya bir sıra dəyişikliklər edilmişdir)



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə