Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə222/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   217   218   219   220   221   222   223   224   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

745 


milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütöv-

lüyünün, habelə  vətəndaşların hüquqlarının ali təminatçısı, 

dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır.  

Qətər dövlətini beynəlxalq münasibətlərdə ali səviyyədə 

təmsil edən  Əmir, icraedici və qanunvericilik hakimiyyətlə-

rinin həyata keçirilməsində  də müstəsna səlahiyyətlərə ma-

likdir. Bir qayda olaraq, bütün mülki və hərbi qulluqçuların tə-

yinatı, habelə Müdafiə Şurasının formalaşdırılması və Konsti-

tusiya ilə  nəzərdə tutulmuş digər səlahiyyətlər dövlət başçısı 

tərəfindən həyata keçirilir. Əmir öz fərmanı ilə  Məhkəmənin 

istənilən qərarını ləğv edə bilər.   



Qətər dövlətinin hazırkı, sayca 3-cü Əmiri, 26 iyun 1995-

ci ildən etibarən Hamad bin Xəlifə Əl Tanidir.  



Qanunverici hakimiyyət: Dövlət başçısı  tərəfindən təyin 

olunan 35 üzvdən (zəruri hallarda Əmir öz istəyi ilə Məşvərət 



Məclisinin üzvlərinin sayını qeyri-məhdud sayda artıra bilər) 

ibarət birpalatalı  Məşvərət Məclisi (Məclis  əl-Şura)  Əmirin 

rəhbərliyi altında ölkədə qanunvericilik hakimiyyətini həyata 

keçirməkdə nisbi və məhdud səlahiyyətlərə malikdir.  

Mövcud Konstitusiyaya əsasən, ən mühüm sferaları əhatə 

edən ümumdövlət siyasətini müzakirə etməkdə  və aidiyyəti 

üzrə istənilən nazirə sorğu göndərməkdə  səlahiyyətli orqan 

sayılan Məşvərət Məclisində müzakirə olunan layihələr sonda 



Əmir tərəfindən təsdiq və elan edilir. 

İcraedici hakimiyyət:  Nazirlər  Şurası  Qətər  Əmirliyinin 

yuxarı icra orqanı sayılır və icraedici hakimiyyətin həyata 

keçirilməsində  Əmirə yaxından köməklik edir. Belə ki, Əmir 

Baş nazir qismində  Hökumətə (Nazirlər  Şurası)  bilavasitə 

rəhbərliyi həyata keçirmək, habelə onun qarşısında kollektiv 

siyasi və vəzifələrinin icrası ilə bağlı fərdi məsuliyyət daşıyan 



Яли Щясянов, Адил Вялийев

 

 



746 

nazirləri təkbaşına təyin və  vəzifələrindən azad etmək səla-

hiyyətinə malikdir.  

Qətər  dövlətinin  hazırkı, sayca 4-cü Baş naziri 03 aprel 

2007-ci ildən etibarən  Əmirin qardaşı  Hamad bin Casim bin 



Cabir Əl Tanidir.  

Məhkəmə hakimiyyəti: Ölkədə məhkəmə-hüquq sistemi - 

ailə-məişət məsələləri üzrə İslam (Şəriət), digər ümumi cinayət 

və mülki məsələlərlə bağlı isə, dünyəvi hüquq normalarının 

elementlərindən qaynaqlanan müasir məhkəmə-hüquq 

sisteminə əsaslanır.  

Qətər  Əmirliyinin  məhkəmə iyerarxiyasının  ən yüksək 

instansiyası sayılan Apelyasiya Məhkəməsi, habelə digər aşağı 

instansiya məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata 

keçirməkdə səlahiyyətlidirlər. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

747 


DƏRSLİK ÜZRƏ İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT  

VƏ İNTERNET RESURSLARI 

 

Azərbaycan dilində: 

 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 

Azərbaycan Respublikasının Qanunu // Azərbaycan Respub-

likasının Qanunvericilik Toplusu, №10, 31 oktyabr 1998-ci il, 

s.1941-1948. 

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Res-

publikasının Qanunu // Azərbaycan Respublikasının Qanun-

vericilik Toplusu, №1, 31 yanvar 2004-cü il, s. 58-88.  



“Referendum haqqında” Azərbaycan Respublikasının 

Qanunu // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

№3, 31 mart 1998-ci il, s. 589-601.  



Aslanov  E.Yeni dünya nizamı  və milli inkişaf. /Elmi re-

daktoru Ə. Həsənov/. Bakı, 2006. 295 s. 

 

Babaoğlu H. Dünya siyasəti və beynəlxalq münasibətlər. 

Dərslik. /Elmi redaktoru   Ə. Həsənov/. Bakı, 2010, 568 s.   



Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. 

İlham  Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul 

və  səfərlərinin icmalı (2003-2006). I kitab. /Elmi redaktoru  

R.Mehdiyev, Rəyçi  Ə.Həsənov; Tərtibçilər: S.Qəndilov, 

E.Əhmədov, E. Nəsirov/. Bakı, 2007, 916 s. 

Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. 

İlham  Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul 

və  səfərlərinin icmalı (2007-2008). II kitab.  /Elmi redaktoru  

R.Mehdiyev, Rəyçi  Ə.Həsənov; Tərtibçilər: S.Qəndilov, 

E.Əhmədov, E. Nəsirov/. Bakı, 2008, 754 s.  

Heydər  Əliyev və Azərbaycan Parlamenti / M.N.Ələs-

gərovun redaktəsi ilə. Bakı: AR Milli Məclisinin nəşri, 2003.  



Həsənov Ə. Azərbaycan-ABŞ: Anlaşılmaz münasibətlərdən 

strateji tərəfdaşlığa doğru (oktyabr 1991- avqust 1997). Bakı, 

1997, 103 s. 

Həsənov  Ə. Azərbaycanın ABŞ  və Avropa dövlətləri ilə 

münasibətləri (1991-1996-cı illər). Bakı, 2000, 368 s. 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə