Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə219/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   215   216   217   218   219   220   221   222   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



734 

tün siyasi partiya və hərəkatları ölkədə daxili-siyasi qüvvələrin 

bölgüsünə uyğun olaraq, aralarında prinsipial fraksiyalararası 

mübarizə gedən mühafizəkarlar və islahatçılardan ibarət iki 

əsas ali klerikal ruhanilər düşərgəsinə  məxsusdur. Bu qruplar 

həmcins və möhkəmləndirilmiş sayılmır, onların hər birində 

sərt fraksiya daxili qarşıdurma müşahidə edilir, ən  əsası isə 

prinsipial ideoloji ziddiyyətlər mövcuddur. 

Eyni zamanda İranın dini-siyasi elitası ölkənin siyasi are-

nasında geniş partiya nümayəndəliklərini təmin etməyə çalışır. 

XX  əsrin sonlarından etibarən ölkədə partiya quruculuğu 

işinin  fəallaşmasına və hazırda  İİR-də qeydiyyata alınmış 

200-dən artıq partiya və ictimai-siyasi təşkilatların mövcudlu-

ğuna baxmayaraq, bütövlükdə  İranda partiya sistemi inkişaf 

etməmişdir. Partiyalar proqramların deyil, liderlərin  ətrafında 

qruplaşmaqda davam edirlər, onların bəzilərinin mətbu orqan-

ları belə yoxdur.  

Ölkədə  fəaliyyət göstərən  əsas partiyalara gəldikdə, bir 

daha qeyd etmək lazımdır ki, İran  İslam Respublikasının 

Konstitusiyası və 1981-ci ildə qəbul edilmiş qanuna əsasən öl-

kədə qeyri-islami siyasi partiya və  təşkilatların fəaliyyəti qa-

dağan olunmuşdur. Ali Dini Rəhbərə meyilli bir sıra islam 

təşkilatları aşağıdakılardır:  

 “Mübariz ruhanilər cəmiyyəti”,  

"Mübariz ruhanilər liqası",  

"İslam inqilabı dəyərlərinin müdafiəsi cəmiyyəti”.  

 

 



Digər qruplar:  

"Müsəlman qadınlar cəmiyyəti",  

“Mühəndislərin islam cəmiyyəti",  

"Psixoloqların islam cəmiyyəti",  

"İran islam mücahidləri cəmiyyəti" (M.Səlaməti), 

“İslam əmək partiyası”, 

 "İslami İran Birlik cəbhəsi partiyası",  


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

735 


“İran xalqının həmrəylik partiyası” mövcuddur. 

Müxalifətdə olan təşkilatlara gəlincə, onlar son zamanlar 

əslində İİR-dəki vəziyyətə təsir etmək qabiliyyətini mahiyyət-

cə itirmişdir, onların rəhbərliyi isə (ABŞ, Avropa ölkələri, İraq 

və s.) mühacirətdədir.  

-  İran Xalq Partiyası (1941-ci ildə yaradılmışdır -  Tudə 

rəhbəri Ə.Xavəri).  

-  İran Kürdüstan Demokratik Partiyası (1945-ci ildə 

yaradılmışdır -İKDP). 

-  İran Xalq Mücahidlər Təşkilatı (1965-ci ildə yaradılmış 

15000 silahlı üzvü olan partizan hərəkatıdır). 

-  İran Xalq Fədailəri Təşkilatı (İXFT-rəhbəri F.Negəhdar) Sol 

demokratik şüarlarla çıxış edir (1971-ci ildə yaradılmışdır). 

 

 



 

 

 


Яли Щясянов, Адил Вялийев

 

 



736 

SƏUDİYYƏ ƏRƏBİSTANI 

 

    


 

 

Ümumi məlumat: VII əsrdə Səudiyyə Ərəbistanının indiki 

ərazisində  İslam dini meydana gəlmiş və Ərəb Xilafəti təşək-

kül tapmışdır. XII əsrdə  Xilafət  bir sıra müstəqil dövlətlərə 

parçalanmışdır. 1264-cü ildə ölkə  Misir  tərəfindən fəth edil-

miş, 1517-ci ildə isə  Osmanlı  İmperiyasının  tərkibinə daxil 

olmuşdur.   

XVIII yüzillikdən başlayaraq XX əsrin  əvvəllərinə  qədər 

olan dövr ərzində  Səudilər qəbiləsinin vahid dövlət haki-

miyyəti uğrunda mübarizəsi, 1902-ci ildə sayca 3-cü birləşmiş 

Səudiyyə dövlətinin qurulması ilə nəticələnmişdir.  

Səudiyyə Ərəbistanı 1932-ci ildən etibarən Krallıqdır. 

Asiya qitəsində,  Ərəbistan yarımadasında yerləşən  Səu-

diyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad  şəhəridir. 

Ölkənin ərazisi 2,149,690 km², əhalisi (2010) 26,534,504 

nəfərdir (əhali sıxlığı 12 nəfər/km²).  

Səudiyyə Ərəbistanının rəsmi dövlət dili ərəb dilidir. 

Dövlətin İnsan İnkişafı İndeksi - 0.770 - yüksəkdir (56-cı 



yer). 

Dövlət quruluşu:  Səudiyyə  Ərəbistanı mütləqiyyət for-

malı idarəetmə üsuluna malik teokratik monarxiyadır, seçkilər 

keçirilmir. Milli bayram günü olan Krallığın yaranması günü 

(1932) 23 sentyabrda qeyd olunur. 

Dövlət quruluşu və ölkəni idarəetmə ümumi prinsiplərinin 

möhkəmləndirilməsi ilə bağlı ilk hüquqi sənədlər 1992-ci ilin 

martında qəbul edilmişdir.  Hakimiyyət sisteminin əsaslarına 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

737 


görə Səudiyyə Ərəbistanı Kral Əbdül Əziz ibn Əbdül Rəhman 

əl-Feysəl  Əl Səudun övladlarının və  nəvələrinin idarə etdiyi 

mütləqiyyət formalı idarəetmə üsuluna malik teokratik mo-

narxiyadır. Müqəddəs Quran - islam qanunvericiliyinə (şəriət) 

əsasən idarə olunan Krallığın əsas qanunudur.  



Ali hakimiyyət orqanlarına - dövlət başçısı  və  vəliəhd; 

Nazirlər  Şurası; Məşvərət  Şurası; Ali Məhkəmə  Şurası daxil-

dir. Lakin, Səudiyyə  Ərəbistanının real strukturu, onun nə-

zəriyyədə təsvir edilmiş formasından bir qədər fərqlənir.  

Əsas etibarilə kral hakimiyyəti - təxminən 5 min nəfərdən 

ibarət olan və ölkədə monarxiya quruluşunun  əsasını  təşkil 

edən Əl Səud ailəsinə söykənir.  Kral - ailənin aparıcı nüma-

yəndələrinin, xüsusən də qardaşlarının məsləhətlərinə əsaslan-

maqla ölkəni idarə edir. Onun dini liderlərlə münasibətləri də 

məhz bu cür əsasda qurulur. 200 ildən artıq müddətdə Əl Səud 

klanına sədaqətli  əs-Sudayri və  İbn Cilyuvi kimi adlı-sanlı 

ailələrin, habelə Səudilər sülaləsinin bir qolu olan tanınmış Əl 

əş-Şeyx ruhani ailəsinin dəstəyi Krallığın sabitliyi üçün 

mühüm amil sayılır.    

2005-ci ilin 1 avqust tarixində Kral Fəhd uzun sürən ağır 

xəstəlikdən sonra vəfat etmişdir. Kral Fəhdin vəfatından sonra 

ölkə  Vəliəhdi  Əmir Abdullah bin Əbdüləziz  Əl Səud sülalə-

sinin ailədaxili razılığına əsasən SƏK-in Dövlət başçısı - Kral, 

Ali baş komandan, eyni zamanda Baş nazir elan edilmiş, o da 

sələfi kimi, İki Müqəddəs Ocağın Xadimi titulunu götür-

müşdür. Qeyd olunmalıdır ki, hələ  Kral Fəhdin hakimiyyəti 

zamanı ölkədə hökumətə  rəhbərliyi birbaşa həyata keçirən 

şəxs  Əmir Abdullah idi. Uzun müddət  ərzində Kralın səhhəti 

ilə  əlaqədar hakimiyyətə  nəzarət  Əmir Abdullaha  həvalə 

olunmuş  və istər regional, istərsə  də beynəlxalq təşkilatlar 

çərçivəsindəki zirvə görüşlərində o Krallığı təmsil etmişdir. 

Vəliəhdlik mexanizmi rəsmi olaraq yalnız 1992-ci ildə 

təsbit edilmişdir. Taxt-tacın vəliəhdi kralın sağlığında üləma-

ların razılığı ilə təyin edilir.  



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə