Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə218/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   214   215   216   217   218   219   220   221   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

731 


publikasında dövlət hakimiyyəti bir-birindən asılı olmayan qa-

nunverici, icraedici və  məhkəmə sahələri vasitəsilə ölkənin  Ali 



Dini Rəhbərinin nəzarəti altında həyata keçirilir. 

İranın dövlət başçısı de-yure Prezidentdir, bununla belə o, 

Ali Dini Rəhbərə tabedir. İslam  İnqilabının rəhbəri  Ayətullah 

Xomeyninin ölümündən sonra 4 iyul 1989-cu il tarixində İran 

İslam Respublikasının yeni Ali Dini Rəhbəri vəzifəsinə ayətul-

lah Seyyid Əli Xameneyi  seçilmişdir. 



İranın Ali Dini Rəhbəri hakimiyyətin bütün qollarına nə-

zarət edir, daxili və xarici siyasətin əsas istiqamətlərini müəy-

yən edir; məhkəmə hakimiyyətinin başçısını, silahlı qüvvələrin 

və daxili qoşunların ali baş komandanlarını, İslam inqilabının 

mühafizə Korpusunun ali baş komandanını təyin edir; ümum-

xalq, birbaşa və gizli səsvermə yolu ilə seçilən Prezidentin tə-

yinatı haqqında fərman imzalayır; Müşahidə  Şurasına altı  fə-

qihi təyin edir. Ona, müharibə elan etmək və sülh bağlamaq, 

amnistiya elan etmək və ya məhkəmə hakimiyyəti başçısının 

təklifi ilə  məhkəmə hökmünü yüngülləşdirmək hüququ ve-

rilmişdir.  

Hakimiyyətin ali orqanları sisteminə daxil olan və 86 üzv-

dən ibarət  Ekspertlər  Şurası birbaşa seçkilər yolu ilə 8 illik 

müddətə seçilirlər. Dövlət idarəçiliyi praktikasında rəhbərin 

nüfuzu onun dəftərxanasının nümayəndələri vasitəsilə realla-

şır. Konstitusiya səlahiyyətləri rəhbərə, prezidentin fəaliyyəti-

nə əhəmiyyətli dərəcədə nəzarət etmək və onu əvəzləmək im-

kanı verir.      

Konstitusiyaya görə, Ali Dini Rəhbərdən sonra ölkədə ən 

yüksək vəzifə tutan şəxs Prezidentdir. Prezident olmadığı hal-

da vəzifəsini birinci vitse-prezident həyata keçirir. 1989-cu ildə 

konstitusiyaya edilmiş düzəlişlərə  əsasən  Baş nazir  vəzifəsi ləğv 

edildiyindən  icraedici hakimiyyətə prezident rəhbərlik edir. Bir-

başa seçkilərdə 4 il müddətinə seçilən prezident - dövlət başçısı 

olaraq rəsmi səviyyədə, xüsusən də xarici dövlətlərlə  əlaqələrdə 



Яли Щясянов, Адил Вялийев

 

 



732 

İranı təmsil edir. 2005-ci il iyunun 17-də növbəti prezident seç-

kilərində  İİR-in prezidenti vəzifəsinə  Mahmud  Əhmədinejad 

seçilmişdir  (2009-cu ildə keçirilmiş prezident seçkilərində 



M.Əhmədinejad yenidən qalib gələrək ikinci dəfə dövlət 

başçısı seçilmişdir).  

İran  İslam Respublikasının  Ali qanunverici orqanı bir 

palatalı İslam Şurası Məclisidir. Məclis birbaşa və gizli səs-

vermə yolu ilə dörd il müddətinə seçilən 290 deputatdan 

ibarətdir. Seçkilər iki mərhələdə keçirilir. Deputatlığa na-

mizəd birinci mərhələdə öz seçki dairəsindən ən azı səslərin 

dörddə birini yığmalıdır, ikinci mərhələdə isə o, səs çoxluğu 

ilə seçilir. Şəhər və ostanların əhalisinin sayına proporsional 

surətdə bölünən parlamentdəki yerlərin sayı - hər on ildən 

bir hesablanmaqla, ölkə əhalisinin artım tempinə uyğun ola-

raq yüksələn xətt üzrə  dəyişir. Məclis hökumətin tərkibinin 

təsdiqi, qanunların qəbulu, xarici ölkələrlə müqavilə  və sa-

zişlərin təsdiqi, hökumət tərəfindən borcların və təmənnasız 

yardımın alınması  və verilməsinin təsdiqi, ölkə büdcəsinin 

layihəsinin təsdiqi məsələlərini icra edir və xarici mütəxəssis-

lərin işə götürülməsinə icazə verir.  



Məclisə 2008-ci il, 03 may tarixindən Əli Laricani sədrlik 

edir. 


Məclis qərarlarının İslamın müddəaları və İran İslam Res-

publikasının əsas qanunu ilə uyğunluğunun təmin edilməsi - 6 

üzvü Ali Dini Rəhbərin təyin etdiyi fəqihlər, digər yarısı isə 

namizədlikləri məhkəmə hakimiyyəti başçısının təqdimatı 

əsasında  Məclis tərəfindən seçilən Nəzarət  Şurası  tərəfin-

dən həyata keçirilir. Yuxarı palatanın və konstitusiya nəza-

rətinin funksiyalarını birləşdirən qanunverici orqan olan 



Şura,  Məclisin bütün qərarlarına nəzarət edir, Ekspertlər Şu-

rasının seçilməsi və məclis seçkiləri, həmçinin ümumi refe-

rendumun keçirilməsi üzərində nəzarəti həyata keçirir. 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

733 


İslam inqilabından sonra islam normaları məhkəmə sisteminin 

əsasına daxil edilmişdir.  Bu normalar daha çox cinayət, ailə hüqu-

qu və cəza sistemlərinə aid edilir. İlk əvvəl (1989-cu ilə qədər) İran 

İslam Respublikasında  məhkəmə hakimiyyətinin ali orqanı    Ali 

Məhkəmə Şurası sayılırdı, hal hazırda isə Ali Məhkəmə və Ali Dini 

Rəhbər tərəfindən 5 illik müddətə təyin edilən məhkəmə hakimiy-

yətinin başçısı bu funksiyanın daşıyıcısıdır.  



Məhkəmə hakimiyyətinin başçısı Ali Məhkəmənin sədrini və 

Baş prokuroru təyin edir, ədliyyə naziri vəzifəsinə namizədi Pre-

zidentə təklif edir. Ali Məhkəmə -  məhkəmə hakimiyyəti sistemi 

üzərində  və  məhkəmələrin fəaliyyətinə ümumi nəzarəti həyata 

keçirir.    

Xüsusi fəallığı ilə seçilən din xadimlərinin işləri üzrə məhkə-

mələr və islam inqilabı  məhkəmələri  İran  İslam Respublikasının 

məhkəmə sisteminin bir hissəsi sayılır və məhkəmə hakimiyyətinin 

başçısına tabedir. Hərbi məhkəmə istisna olmaqla, demək olar ki, 

bütün məhkəmələrin başında, habelə ədliyyə nazirliyinin rəhbərli-

yində ruhanilərin təmsilçiləri  durur.  İranın məhkəmə sistemində 

Ədliyyə nazirliyi - hakimiyyətin üç qolu arasındakı əlaqələrin mü-

hafizəsinə  və  məhkəməyə aid qanun layihələrinin məclisə veril-

məsinə cavabdehlik daşıyır. Notariat və  məhkəmə ekspertizası 

Nazirliyin tabeliyindədir.    

İranda çoxpartiyalı sistemin formalaşması 1989-cu ilin 

iyul ayında “Partiyalar haqqında” Qanunun qüvvəyə minmə-

sindən sonra başlamışdır. Bu qanuna əsasən kütləvi siyasi fəa-

liyyəti həyata keçirmək istəyənlər proqram və nizamnamə sə-

nədlərini təqdim etdikdən sonra İranın Daxili İşlər Nazirli-

yindən xüsusi icazə almalıdırlar. Praktik  olaraq bütün parti-

yalar islam ideologiyalı platformalara malikdirlər və bu və ya 

digər hakim şiə ruhani qruplaşmalarına mənsubdurlar.  

İran  İslam Respublikasının partiya sistemində konkret 

proqramlara və mövqelərə malik qərb modelli partiyaların ol-

maması bu sistemin xarakterik xüsusiyyəti  sayılır. İranın bü-



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə