Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə216/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   212   213   214   215   216   217   218   219   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



724 

xində qeyd edilir. Ölkə Konstitusiyası 15 aprel 1992-ci ildə 

qəbul edilmişdir. 

İnzibati bölgüsü: 58 əyalətə  (Anzyanq, Bakkan, Bençe, 

Daklak, Donqnay, Zyalay, Lonqan, Nqean, Namdin, Kontum, 

Futxo, Fuyen, Xatin, Xoabin, Çavin, Xanam, Şonla və s.)  və 

mərkəz tabeçiliyində olan 5 iri şəhərə  (Hanoy, Xoşimin, 



Dananq, Kantxo və Xayfon) bölünür. 

Dövlət başçısı:  Ölkədə  milli birliyin rəmzi, müstəqilliyin 

və ərazi bütövlüyünün, Hökumətin sabit fəaliyyətinin və döv-

lət təhlükəsizliyinin təminatçısı, daxili və xarici münasibət-

lərdə Vyetnam Sosialist Respublikasının ali təmsilçisi olan 



Prezident, eyni zamanda Silahlı Qüvvələrin ali baş komandanı 

və Müdafiə və Təhlükəsizlik Şurasının sədridir.  

Mövcud Konstitusiyaya görə, Vyetnamda birpartiyalı 

siyasi sistem bərqərar olduğundan, bir qayda olaraq dövlət 

başçıları Kommunist partiyasının üzvləri arasından seçilirlər.  

Dövlət başçısı Nazirlər Kabinetinin strukturunu formalaş-

dırır,  Milli Assambleyanın  razılığı  əsasında Baş naziri, 

nazirləri və digər ali vəzifəli  şəxsləri təyin edir. Prezidentin 

birbaşa rəhbərliyi altında fəaliyyət göstərən nazirlər onun 

qarşısında fərdi məsuliyyət daşıyırlar. 

25 iyul 2011-ci il tarixindən etibarən Vyetnam Sosialist 

Respublikasının hazırkı, sayca 9-cu Prezidenti Vyetnam Kom-



munist Partiyasının təmsilçisi Çıonq Tan Şanqdır.  

Qanunverici hakimiyyət: Vyetnamın ali qanunverici orqa-

nı 500 yerlik, bir palatalı  Milli Assambleyadır. Parlamentin 

deputat yerləri bir qayda olaraq ölkədə yeganə leqal siyasi 

partiya sayılan hakim Vyetnam Kommunist Partiyasının  təm-

silçilərinə  məxsusdur. Belə ki, 22 may 2011-ci il tarixində 

keçirilmiş son Parlament seçkiləri zamanı  Kommunist Par-



tiyası 458 yerə, müstəqil deputatlar isə qalan 48 mandata sahib 

olmuşlar. 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

725 


Milli Assambleya qanunların hazırlanmasında və  qəbu-

lunda, dövlət büdcəsinin müzakirəsində  və  təsdiqində, bey-

nəlxalq müqavilələrin və sazişlərin ratifikasiyasında, habelə 

mövcud Konstitusiya ilə müəyyən edilmiş digər qanunvericilik 

funksiyalarının həyata keçirilməsində müstəsna hüquqlara 

malik olmaqla yanaşı,  Prezidenti, Baş naziri, 21 nazirdən 

ibarət  Hökumət  üzvlərini,  Baş prokuroru  və  Ali Məhkəmənin 

sədrini təyin etməkdə də səlahiyyətlidir.  



İcraedici hakimiyyət:  Nazirlər Kabineti və ona rəhbərlik 

edən  Baş nazir ölkədə icra hakimiyyətini həyata keçirməkdə 

səlahiyyətlidir. Mövcud Konstitusiyaya görə, Hökumət üzvləri 

arasından yalnız Baş nazir, qarşısında fərdi məsuliyyət daşıdığı 



Milli Assambleyanın üzvü olur. 

 Ölkənin daxili və xarici siyasət kursunun həyata keçiril-

məsində səlahiyyətli olan Hökumətin fəaliyyətinə Parlamentin 



Daimi Komitəsi  nəzarət edir və  Kabinet üzvləri Parlamentdə 

təsdiq olunur.  

2006-cı ilin iyun ayından etibarən Vyetnam Sosialist Res-

publikasının hazırkı  Baş naziri,  Vyetnam Kommunist Parti-



yasının təmsilçisi olan Nquen Tan Zunqdur. 

Məhkəmə hakimiyyəti: Vyetnamın  ən yüksək məhkəmə 

instansiyası sayılan və sədri Milli Assambleya tərəfindən təyin 

edilən  Ali Məhkəmə, habelə yerli xalq məhkəmələri, hərbi və 

qanunvericilikdə  nəzərdə tutulmuş digər birinci instansiya 

məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata keçirirlər. 

 

 



Яли Щясянов, Адил Вялийев

 

 



726 

§3. Teokratik və mütləq  

monarxiya tipli dövlətlər 

 

Zahirən teokratiya və monarxiya sisteminə daxil olan öl-

kələrin siyasi rejimləri çox oxşardır. Müddətsizlik, konkret 

hüquqi məsuliyyətin olmaması, tam hakimiyyətlilik kimi əla-

mətlər onları bir-birinə son dərəcə yaxınlaşdırır. Lakin, ali 

hakimiyyətin əvəzlənməsində monarxiyaya xas olan vərəsəlik 

qaydası, teokratiya üçün nəinki məcburi sayılmır, əksinə ümu-

miyyətlə qəbul edilməyən bir institutdur.  

İlahi hakimiyyət – bir çox teokratik dövlətlərin  (İran, 

Səudiyyə Ərəbistanı, Vatikan və s.) əsas qanunlarında möhkəm 

yer qazanmış əsas elementdir. Məsələn, İran Konstitusiyasına 

görə dövlətin və ümumiyyətlə bütün müsəlman cəmiyyətinin 

işlərinin idarə olunması  əbədi və daimi olaraq 12 imamın 

əlindədir. Səudiyyə Ərəbistanında isə İlahi hakimiyyət – Əsas 

qanunun müqəddəs  “Qurani-Kərim”  olması ilə izhar edilir. 

Vatikanda da sözügedən hakimiyyət məhz analoji üsulla özünü 

təsdiq edir.   

Teokratik respublika idarəçiliyinin  əsl nümunəsi  İrandır. 

Bu ölkədə  əsas dövlət vəzifələrinə namizədləri  Ayətullahlar 



Şurası  təsdiq edir. Ayətullah dövlətin ali rəhbəri sayılır və 

Prezidentlə müqayisədə daha geniş hakimiyyətə sahibdir. 

Teokratik dövlətdə qanunvericilik, məhkəmə  və  bəzi 

hallarda ali rəhbərlik dini liderlər tərəfindən həyata keçirilir. 

Bir qayda olaraq onlar dövlət başçısı yanında məşvərətçi 

orqanın  (Səudiyyə  Ərəbistanında - monarxın yanında Məş-



vərətçi Şura; İranda – Rəhbərin yanında Ekspertlər Şurası və 

s.) tərkibinə daxil olurlar, bəzi hallarda isə dövlət başçısı eyni 

zamanda ruhanilərin lideri sayılır (İran, Vatikan və s.).   

Bəzən teokratiya elementləri, habelə monarxın kilsə baş-

çısı olduğu protestant ölkələrində  də  (Böyük Britaniya, 



Norveç, İsveç, Danimarka) görünür. 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə