Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə32/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   28   29   30   31   32   33   34   35   ...   90

Dialektik coğrafiya
 
 
 
85
 
 
dəyəri ondan ibarətdir ki, tarixi inkişafının bütün mərhələlərində Şərq və Qərb 
sivilizasiyası arasında qlobal proseslərinin arasında rəqabətin davamlı olaraq 
dinamikliyi ilə fərqlənmişdir.
82
 
Tarixi-coğrafi mənbələrdə nəzəri sivilizasiya dövrləri
83
 daha çox hallandı-
rılılır:  
 
 
 
 
 
 
Ənənəvi cəmiyyətdə kənd təsərrüfatı, industrial cəmiyyətdə sənaye və post-
industrual cəmiyyətdə  əsasən xidmət sferasının coğrafiyası üstünlük təşkil 
edir. İndustrial dövrdə “əsas institut”a görə, postindustrial  dövr  isə “yaradıcı 
bilik” kimi fərqləndirilir. 
Radikal coğrafiya elmində cəmiyyətin ərazi təşkili problemlərinin araşdırı-
larkən, bir sara məsələlərlə yanaşı, sivilizasiya konsepsiyalarının rasional idrak 
formalarından effektli mənbə kimi istifadə edilir. Bu sahədə ilkin olaraq A.To-
yubinin “Lokal sivilizasiyalar” nəzəriyyəsi radikal coğrafiya elmində aktual 
mövzu kimi daha çox dəyərləndirilir. 
 
 
 
 
                
 
 
A.Toyubinin nəzəriyyəsində  mərkəzi idealogiya - müxtəlif formalaşma 
mənbələrinə  əsaslanan sivilizasiya ocaqlarını qapalı  cəmiyyət anlayışı kimi 
təqdim olunur. Onun ideyasına görə sivilizasiyanın təsnifatında  din  və onun 
təşkili forması  və  ərazi  əlaməti kriteriyaları  dəyişilmir, sabit qalır, Digər 
kriteriyalar isə dəyişkənliyi ilə fərqlənirlər. 
Bu kriterayalara adekvat olaraq A.Toyuba əsas sivilizasiya ocaqlarını = 
Misir, And, Çin, Minoy, Şumer, Maya, İnq, Ellin, Qərb, Provoslav, Uzaq Şərq, 
İran,  Ərəb, Hind, Meksikan, Yukatan və Babilistan = fərqləndirmişdir (Ues-
                                                            
82
 Конрад Н.И. Запад и Восток. М.,1972.                                  
83
 Бор М.З. История мировой экономики. М.,1998. 
  A.ToyubiBöyük  Britaniya 
  Fəlsəfə, tarix, sosialogiya, siyasi elmlərə dair 12 cildlik elmi 
əsərləri çap olunmuşdur. Başlıca tədqiqat sahəsi cəmiyyətin 
sivilizasiyasına dairdir. O, 21 sivilizasiya “ocaqları”nı  müəy-
yən etmiş və təhlillərini aparmışdır. 
Ənənəvi cəmiyyət (buraya 
kapitalizmə qədərki ) dövr 
XVII-XVIII əsrlərdə Qərbi Avropada  
formalaşan industrial dövr 
XX əsrin ortalarından başlayan  posindustrial dövr


  Ağazeynal A. Qurbanzadə 
 
86 
 
 
kott R. bu sivilizasiyalardan
84
 14-ünü “ölü” adlandırmışdır). A.Toyubanın fik-
rincə sivilizasiyanın genezisini nə irqi amillə, nə də coğrafi mühitlə izah etmək 
olmaz. Sivilizasiya o vaxt formalaşır ki, bunun üçün “neytral” situasiya mey-
dana gəlsin, yəni nə çox pis olmasın və  cəmiyyətdə kütləni arxasınca apara 
biləcək yaradıcı azlıq mövcud olsun.
85
  
 
 
 
 
S.Xanqinqtonun sivilizasiya nəzəriyyəsi çərçivəsidə 8 müasir təsnifatı elmi 
mənbə kimi maraq doğurur (Qərb, Pravoslav, Çin, İslam, İndus, Yapon, Latın 
Amerikası və Buddist). Elmi mənbələrdə bununla bərabər sivilizasiya  mənti-
qinə dair müxtəlif yanaşmalar  da nəzəri cəlb edir: 
Sivilizasiyalı yanaşma “zəiflərin idealogiyasıdır”, etnik millətçiliyin dünya-
nın güc mərkəzlərinə etiraz  formasıdır (İ.Vallerstayn) . 
Qərb ölkələrinin müasir tədiqatçıları əsas  ağırlıq mərkəzini sivilizasiyaların 
müqayisəli tədqiqinə yönəldilir. Bu aspektdən sivilizasiyanın “zaman-məkan”   
fərqliliklərinin “genetik ağac”ın sxemnin tərtib edilməyə çalışan tədqiqatlar da 
mövcuddur (Hord D.). 
 
 
Radikal coğrafiya elmində “zaman çoxluğu” anlayışı 
 
Elmi mənbələrdə “zaman çoxluğu” yanaşma metodologiyasına tədqiqatçılar 
tərəfindən müxtəlif müstəfindən baxılmışdır. Məntiqi olaraq elmi mənbələrdə 
istifadə edilən zaman ideya istiqaməti demək olar ki, coğrafiya elmi tədqiqat-
larda ön planda istifadə edilir. “Zaman çoxluğu” metodologiyasının formalaş-
masında və  nəzəri  əsaslarla tədqiqatlarda qərb coğrafiya elmi məktəblərində 
daha çox təsnifatlar aparılmışdır. 
F.Brodelin
86
 elmi  əsaslarla irəli sürdüyü zaman çoxluğu təhlili metodikası 
coğrafiya elmində mühüm məsələ kimi aktual kəsb edir. Onun tədqiqatlarında 
irəli sürdüyü zaman və struktur tiplərinin funksional yanaşmasından coğrafiya 
və iqtisadiyyat elmlərində geniş istifadə edilmiş  və müxtəlif mövzularda oz 
əksini tapmışdır.  
 
 
                                                            
84
 Уэскотт Р. Исчисление цивилизаций. М., 2001
85
 Тоунби А. Постижение истории. М., 1996. 
86
 Бродель Ф. Пространство и история. 1994. 
Bəşər tarixi = diskret sosial təşkilolma vahidlərinin (sivilizasiyaların) 
məcmusudur


Dialektik coğrafiya
 
 
 
87
 
 
 
 
 
 
 
 
 
Qeyd etmək lazımdır ki, F.Brodelin “Zaman çoxluğu nəzəriyyəsi”nin əsa-
sında Qərbi Avropa ölkələrində formalaşan coğrafiya elmi məktəblərinin təd-
qiqat sahələrində geniş miqyasda istifadə etməklə yanaşı, aparıcı elmi mənbə 
kimi  əhəmiyyət kəsb etmişdir. “Zaman çoxluğu nəzəriyyəsi”nin orijinallığı 
ondadır ki, bu nəzəriyyə sosial, iqtisadi və siyasi proseslərinin təhlilində prin-
sipcə yeni tədqiqatların aparılmasına stimul yaratmasıdır. 
F.Brodelin məntiqi ondan ibarətdir ki, zaman çoxluğu nəzəriyyəsini yara-
darkən müxtəlif coğrafi məkan səviyyələri və miqyaslarının qarşıqlı nisbət-
lərinin strukturlarını tədqiqat obyektinə çevrilməsidir. F.Brodelin təklif etdiyi 
bir-biri ilə dialektik əlaqələrdə olan iki yeni zaman (temporallıq) tsiklliyi əsas-
landırılmışdır:  
1) strukturların tədricən, sadədən mürəkkəbliyə doğru dəyişən temporallığı 
tsiklliyi;  
2) həmin strukturların daxilində konyuktur tərəddüdlərin temporallığı tsik-
lliyi. 
Yuxarıdakı təsnifatının əsasında İ.Vallerstayn
87
 tərəfindən = struktur zaman 
və tsiklik zaman tipini təklif etmişdir: 
1)
 
struktur zaman tipində - tədricən gedən və uzunmüddətli trendləri özün-
də birləşdirən “böyük miqyasda (uzunluqda)” zaman kəsiyi;  
2)
 
tsiklik zaman – daha sürətli konyunktur ritmlərinin “reaksiyasını” əhatə 
edən zaman kəsiyi. 
Qeyd etmək məqsədəuyğundur ki, zaman problematikası demək olar ki, 
coğrafiya elmi tədqiqatlarının  əksəriyyətinin dövriyyəsinə daxil edilmişdir. 
Zaman problematikasının dəyərliyi onunla ölçülür ki, bu konsepsiya coğrafiya 
elminin metodologiyasında yeni bir ideyalarının yaranmasına səbəb olmuş və 
tədqiqatlarda geniş istifadə edilməsidir.     
Son dövrlərdə radikal coğrafiya elminin nəzəri zaman çoxluğu ideyasının 
təyini və praktiki əlaqələrinin matris termini altında konkret olaraq bir sıra 
araşdırmalar, nəticələr yer almışdır.                    
                                                            
87
 
Wallerstein I. Unthinking Social Science.Cambridge: Polity Press,1991.
 
   Fernam Brodel: Fransanın görkəmli elm xadimidir. 
  Tarixi dövrləşməsi prosesini təhlil edərkən coğrafiya və 
iqtisadiyyat elmi faktorlarını əsas mənbə kimi götürmüş-
dür. Zaman  çoxluğu  nəzəriyyəsini yaratmışdır. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə