Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə35/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   31   32   33   34   35   36   37   38   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
94 
 
 
Almaniya, Çin və s. dövlətlər iqtisadi-sosial inkişafının optimallığının artırıl-
masına səbəb olan yeni ideyalarının kompleks tədbiqinə üstünlük verirlər. 
Buraya daxildir, elektron ticarət, telekommunikasiyaya investisiya qoyuluşu, 
texnoloji yeniliyinin tətbiqi imkanları və s. BMT-nın məlumatına əsasən dün-
ya ölkələri üzrə yalnız 43 dövlətin informasiya yaradılması və bu prosesdə iş-
tirak etmə imkanına malikdir. 
Son dövrlərdə inkişaf etməkdə olan ölkələrdə (Hindistan, Brazilya və başqa 
dövlətlər) qlobal informasiya mənbələrinə əsaslanaraq texnoloji yeniliklərinin 
(xüsusi ilə L.Zadə  məntiqinə) tədbiqinnə üstünlüyünü artırmaqdadır. Bu sə-
bəbdən də, texnoloji yeniliklərinin tədbiqi sferasında qlobal informasiya in-
deksi dərəcəsnin optimallıq səviyyəsi xeyli yüksəlmişdir. 
Qlobal informasiyanın iqtisadi-sosial indeksi Şimali Avropa ölkələrində 
(Norveç, Belçika, Hollandiya və s.) müəyyən səviyyələrdə artması müşahidə 
olnunur. Şimali Avropa ölkələrində telekommunikasiya sferasına qoyulan in-
vestisyaların həcminə görə hazırda irəlidə gedən dövlətlərinin sıralarına qoşul-
masına səbəb olmuşdur. 
Orta Avropa ölkələri (Almaniya, Fransa, İsveçrə  və s.) qeyd edilən yönü-
mündə qabaqcıl mövqelərini saxlamaqla yanaşı, yeniliklərə də üstünlük verilir. 
Orta Avropa ölkələrində iqtisadi-sosial səviyyə artımı optimallığı ilə fərqlənir-
lər. Bu sahədə qloballaşma indeksinin reytinqdə Böyük Britaniya eddinci yer-
də müşahidə olunur. Son dövrlərdə inkişaf etmiş bir sıra ölkələrdə (Kanada, İs-
rail, Avstraliya və s.) qlobal informasiya indekslərinin səviyyə göstəriciləri də 
artmaqdadır. 
Asiya ölkələrində informasiya coğrafiyası arasında müəyyən iqtisadi isla-
hatlar və siyasi mühitin adekvat olmaması səbəbindən fərqlər mövcuddur. Cə-
nubi Koreya, Tayvan, İndoneziya, Hindistan və s. ölkələrində bu sahədə əhə-
miyyətli dərəcədə irəliləyişlər mövcuddur. 
Latın Amerikası ölkələri isə qlobal informasiya iqtisadi-sosial indeksinin 
reytinq cədvəlində (Braziliya, Argentina, Meksika) aşağı pillələrdə mövqe nü-
mayiş etdirirlər. Məsələ ondan ibarətdir ki, digər ölkələrlə müqayisədə reytinq 
cədvəlində Latın Amerikası ölkələri daha aşağı yerdə cəmləşmişlər. 
Dünya ölkələrinin qeyri-bərabər iqtisadi və siyasi inkişafının olması səbə-
bindən qlobal asimmetrikliklə yanaşı, informasiya texnologiyalarının zəif inki-
şafına səbəb olmuşdur. Əhalisi azsaylı ölkələrdə informasiyanın iqtisadi inki-
şafında sistemli tədbirlər çərçivəsində həyata keçirirlər. Məsələn, Azərbaycan-
da “Elektron hökumət”sistemi inkişaf etməkdədir. 
XXI əsrin əvvəllərindən başlayaraq beynəlxalq səviyyədə ərazi-istehsal re-
sursları  çərçivəsində (“resurs-istehsal-bazar”) ayrı-ayrı  şaxələnmiş sahəlrinin 


Dialektik coğrafiya
 
 
 
95
 
 
strateji əhəmiyyəti qlobal informasiya indeksinindən asılı olaraq dəyişkənliyə 
məruz qalmışdır. Bu sahədə “Yeddilər” ölkələrində təhsil sferası, texnoloji bi-
liklərin mənimsənilməsi yönümündə yüksək miqyasda kapital sərf edirlər. 
“Eddilər” sistemində insan kapitalı informasiyası sistemi qlobal iqtisadiyyatı-
nın əsas idealogiyasının tərkib hissəsidir. 
Radikal coğrafiya elmi araşdırmasında virtual informasiya fenomeni coğrafi 
məkanda çoxlu sayda müqayisəli nöqteyi-nəzərdən müstəqil strukturların mo-
del imitasiyasını formalaşdırır. Coğrafi virtuallaşma informasiyasının dayanıq-
lı inkişaf  xarakterli olub, coğrafi məsafə ilə gerçəkləşir. Müasir dövrdə virtu-
allaşma prosesi milli səviyyədə yüksələn xətlə formalaşmaqdadır. Yüksələn 
xətlə formalaşan gələcəyin iqtisadi və sosial inkişaf strategiyasının tələblərinə 
uyğun olaraq “Homo vitualis” = virtual insan = probleminin daha da aktivləş-
məsinə dair çağırışlarının miqyası bəşəri xarakterə çevrilməkdədir. 
 
 
Qlobal “coğrafi  mühit-istiləşmə” informasiyası və nəticələri 
 
Qlobal “coğrafi mühit-istiləşmə” informasiyası planetar xarakterli olub, ət-
raf mühitin dəyişkənliyi ilə səciyələnir. Tarixən kainatda baş verən meteoroloji 
və geoloji proseslərinin dəyişkənliyi bir sıra planetar istiqamətli fəlakətlərinin 
yaranmasına səbəb olmuş və ölkələrin coğrafi və iqtisadi-sosial strukturlarının 
ərazi təşkilində gərginliklər yaratmışdır. 
Antraktidada 3 km dərinlikdən qaldırılmış buzun izotop analiziləri  keçmiş 
minilliklər ərzində mövcud olmuş temperatur və yağıntının miqdarını təyin et-
məyə imkan vermişdir. Məntiqi olaraq hər 100 min ildə Antraktida materikin-
də temperatur orta hesabla 8-9
0
C dəyişdiyi halda, son 50-60 ildə ən böyük də-
yişmə  qeydə alınmışdır. 
Planetar miqyasda soyuqlaşma dövrdən 100 il ərzində 0.010
0
C dəyişmə 
müşahidə olunurdusa, müasir  qlobal istiləşmə dövründə isə 0.10
0
C hesablan-
mışdır. Bu göstərici əvvəlki dövrlərlə müqayisədə 10 dəfə çoxdur. Qlobal isti-
ləşmə davam edərsə yer kürəsində ən böyük təbii fəlakətlərinin meydana  gəl-
məsinə səbəb ola bilər. İlk növbədə dünya okeanın 1-2 metr qalxması və okean 
sahil boyu ölkələrinin çox hissəsi su altında qalma imkanları yarana bilər. 
Digər bir tərəfdən isə, ölkələrdə sənaye komplekslərinin sürətlə artması, ət-
raf mühitin ekoloji gərginliyin artmasına səbəb olmuşdur. Bütün bunlar bey-
nəlxalq səviyyədə qlobal istiləşmənin qarşısını almaq məqsədilə, Yaponiyanın 
Kioto şəhərində (1997-ci il) BMT-nin iqlim dəyişkənliyi haqqında konvensiya 
protokolu imzalanmışdır. Protokola inkişaf etmiş 38 ölkə istehsal nəticəsində 
əmələ gələn karbon qazı tullantılarının həçmini azaltmalıdırlar (5%). Məlum-


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə