Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə10/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   6   7   8   9   10   11   12   13   ...   122

1. Bərpa olunan su ehtiyatlarinin sosial-iqtisadi inki¼afda rolu... 
27 
 
Yeraltı suların axtarışı  və  kəşfiyyatı ilə müxtəlif dövlət və özəl strukturlara 
məxsus istehsalat, elmi-tədqiqat və layihə-axtarış  təşkilatları  məşğul olur və 
mövcud iqtisadi münasibətlər  şəraitində bu spektr daim genişlənməkdədir. 
Aparılan tədqiqatların istiqamətləri, tərkibi, həcmi həll edilən məsələlərin xü-
susiyyətlərindən və  tələblərindən asılı olaraq müəyyən edilir. Bununla əlaqə-
dar olaraq müxtəlif təşkilatların,  əksər hallarda, elmi əsaslara söykənməyən 
nəzəriyyənin tələblərindən uzaq olan çoxsaylı təlimatları, metodik göstərişləri 
meydana çıxır. Son dövrlərdə  tədqiqatların,  əsasən özəl strukturlar, peşəkar 
mütəxəssislərlə komplektləşdirilməmiş firmalar tərəfindən heç bir metodikaya 
əməl edilmədən aparılması xüsusilə narahatçılıq doğurur. 
Bu hal hidrogeoloji obyektə bir-biri ilə qarşılıqlı  əlaqəli müxtəlif pro-
seslərin getdiyi mürəkkəb təbii kompleks kimi sistemli yanaşmaya etinasızlıq 
göstərilməsindən və ya bu zərurətin dərk edilməməsindən irəli gəlir. Hidro-
geologiyada sistemli yanaşmanın inkişafı onun müxtəlif istiqamətlərinin inten-
siv riyaziləşdirilməsi ilə bağlıdır. Riyaziləşdirmə anlayışların və proseslərin 
ənənəvi yanaşma ilə təmin edilə bilməyən riyazi formalaşdırılması və məntiqi 
sxemləşdirilməsi aparılmadan mümkün deyildir. Hidrogeoloji sistemlərin 
ümumi nəzəriyyəsi hidrogeologiyanın aktual problemi olmaqla hazırda işlənil-
mə mərhələsindədir. 
Ümumiyyətlə, konkret təyinatından asılı olmayaraq, hidrogeoloji tədqi-
qatlar nəticəsində aşağıdakı məsələlər öz həllini tapmalıdır: 
1.
  Proqnozlaşdırılan proseslərin struktur sxemləri və əsas göstəriciləri 
hidrogeoloji, texniki-iqtisadi və ekoloji şərtlər və  məhdudlaşdır-
malar nəzərə alınmaqla seçilməli və əsaslandırılmalıdır; 
2.
  Mühəndisi qurğuların təsiri altında hidrogeoloji şəraiti dəyişən əsas 
proseslər və bu prosesləri şərtləndirən əsas amillər aşkar edilməlidir; 
3.
  Bu proseslərin, layihələndirilən qurğuların hidrogeoloji şəraitin 
dəyişməsinə təsir göstərən rəqabətli variantlarının kifayət qədər dol-
ğun qiymətləndirilməsini təmin edən etibarlı proqnozu verilməlidir. 
Öyrənilən obyektə sistemli yanaşma nəzərə alınmaqla müasir hidroge-
oloji tədqiqatlarda bir sıra ümumi prinsiplərə riayət edilməlidir (Основы гид-
рогеологии, 1983,1984, Смирнов, 1982): 
1.
  Proqnozun təyinatı  və metodunun, eləcə  də, hidrogeoloji şəraitin 
mürəkkəbliyi və mühəndisi qurğunun iş xüsusiyyətlərinin zəruri in-
formasiyaya olan tələbatından asılı olaraq tədqiqatların metodikası, 
tərkibinin seçilməsi və arqumentləşdirilməsindən ibarət olan meto-
doloji əsaslandırma; 
2.
  Mərhələlik–hər mərhələdə işlərin növünün, həcminin və metodika-
sının özündən  əvvəlki mərhələnin nəticələri nəzərə alınmaqla təd-
qiqatların müəyyən ardıcıllıqla aparılması; 


28

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
3. Əks əlaqə-tədqiqatların tərkibinin, aparılma metodlarının, məlumat-
ların etibarlılığının və  həmçinin hidrogeoloji şəraitin təsirinin mü-
həndisi qurğunun optimal sxeminin və iş rejiminin seçilməsində nə-
zərə alınması üçün kifayət etməsi;
4. Öyrənilən obyektin hidrogeoloji şəraitinin mürəkkəbliyinə  və kon-
kret mühəndisi qurğunun iş xüsusiyyətlərinə nəzərən, məlumatların
tələb edilən etibarlılığının təmin edilməsi;
5. Tədqiqatların növlərinin və  həcminin  əks  əlaqə  və hidrogeoloji
proqnozun etibarlılığına olan tələbat nəzərə alınmaqla qarşıya qo-
yulmuş tapşırığa, tədqiqat mərhələsinə, hidrogeoloji şəraitin mürək-
kəbliyinə uyğun gəlməsi;
6. Qarşıya qoyulmuş məsələnin həll edilməsi üçün optimal məlumatlar
kompleksinin alınmasını təmin etməli olan tədqiqatların iqtisadi ef-
fektivliyi.
Sadalanan məsələlər və prinsiplər hidrogeoloji tədqiqatların vahid tex-
noloji sxem üzrə aparılmasını tələb edir. Burda texnoloji sxem deyildikdə, el-
min inkişafının müəyyən mərhələsində təbii və pozulmuş hidrogeoloji şəraitin 
öyrənilməsi üzrə müxtəlif praktiki məsələlərin həll edilməsinə imkan verən 
elmi-metodik və texniki üsulların qarşılıqlı əlaqəli məcmusu nəzərdə tutulur. 
Hidrogeoloji tədqiqatların hər bir növünün texnoloji sxemi nəzəri əsas-
ların işlənilməsindən başlanır. Hidrogeoloji axtarış  və  kəşfiyyatın ilk elmi-
nəzəri  əsasları A.İ.Silin-Bekçurin, M.Y.Altovski və xüsusilə G.N.Kamen-
skinin adı ilə bağlıdır. Bu alimlər 1930-1940-cı illərdə yeraltı suların axtarışı 
və kəşfiyyatı üzrə ilk ümumiləşdirmələr aparmış, tədqiqatların vahid metodik 
əsasa istinadının zəruriliyi qənaətinə gəlmişlər. 1946-cı ildə N.A.Plotnikov tə-
rəfindən yeraltı suların istismar resursları  və onların su təchizatı  məqsədi ilə 
təsnifatına dair ilk irihəcmli monoqrafiya dərc edilmişdir. 
1955-1965-ci illər  ərzində S.K.Abramov, F.M.Boçever, N.N.Veriqin, 
N.İ.Bindeman yeraltı suların istismar ehtiyatlarının hesablanma metodikasına 
dair, 1959-cu ildə isə N.İ.Plotnikov yeraltı su yataqlarının axtarışı  və  kəş-
fiyyatında aparılmış işlərin nəticələrini ümumiləşdirən elmi əsərlər dərc etdi-
rirlər. Avropa ölkələrində yeraltı su yataqlarının öyrənilməsi üzrə aparılmış iş-
lər 1970-ci ildə S.Devis və R.Uist tərəfindən dərc edilmiş monoqrafiyada əks 
olunur. 
1960-cı illərin axırı-1970-ci illərin əvvəllərindən başlayaraq Ə.X.Baba-
yev, N.N.Bindeman, B.V.Borevski, N.İ.Drobnoxod, E.Q.Əsgərbəyli, Ə.H.Əs-
gərov, H.Y.İsrafilov, S.M.Kazımov, V.A.Listenqarten, V.M.Maksimov, 
S.Ş.Mirzəyev, N.İ.Plotnikov,  İ.K.Qaviç, B.Q.Samsonov, K.İ.Sıçov, L.S.Yaz-
vin, İ.S.Zektser və digər alim və tədqiqatçılar hidrogeodinamika və hidrogeo-
kimyanın nəzəri əsasları, yeraltı suların axtarışı və kəşfiyyatı, təbii və istismar 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə