Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə13/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   9   10   11   12   13   14   15   16   ...   122

34

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
Oroqrafiq quruluşunun ən səciyyəvi xüsusiyyətlərindən biri burada dağ 
sistemləri və düzənliklərin bir-biri ilə növbələşməsidir. Əsas oroqrafiq vahid-
lər ümumqafqaz istiqamətində, yəni şimal-qərbdən cənub-şərqə uzanır. 
Ölkə ərazisində şimaldan cənuba aşağıdakı iri oroqrafiq vahidlər ayrılır: 
Xəzəryanı düzənliklər (Samur-Dəvəçi ovalığı  və Qusar maili düzənliyi), Bö-
yük Qafqaz silsiləsi, Kür çökəkliyi, Kiçik Qafqaz dağları, Arazyanı düzən-
liklər, Orta Araz çökəkliyi və Talış dağları. 
2.2. GEOLOJİ QURULUŞ 
2.1.1. Stratiqrafiya və litologiya 
Azərbaycan  ərazisinin geoloji quruluşunda kembriyəqədər suxurlardan 
müasir çöküntülərə qədər geniş stratiqrafik diapazonlu çökmə, metamorfik və 
maqmatik litoloji komplekslər iştirak edir (Azərbaycanın geologiyası, 2015; 
Геология Азербайджана, 2008). 
Paleozoy çöküntüləri  əsasən Naxçıvan MR ərazisində  Şərqi Arpaçay, 
Cəyirçay, Birəliçay, Cəhənnəm dərəsi və Bağırsaq dərəsində yayılmışdır. On-
lar devon, karbon və permin fauna ilə zəngin dəniz karbonat və terrigen-kar-
bonat çöküntülərindən ibarətdir. 
Devon litoloji-stratiqrafik xüsusiyyətlərinə görə alt, orta və üst mərtəbə-
lərə bölünür ki, bunlar da əsasən qumlu-əhəngli, qumlu-gilli-əhəngli və gilli-
qumlu-əhəngli çöküntülərdən təşkil olunmuşdur. 
Alt devon təqribən 90 m-dək qalınlıqda olub gilli şistlər, alevrolitlər, 
kvarsitlər, argillitlər və əhəngdaşlarından ibarətdir. 
Orta devon 273 m-dən 553 m-dək qalınlıqda olub 2 mərtəbəyə (eyfel və 
jivet) bölünür və litoloji cəhətdən  əhəngdaşları, balıqqulaqlı  əhəngdaşları, 
şistlər, gillər, qumdaşları, kvarsitlər, əhəngli dolomitlər və s. süxurlardan təşkil 
olunmuşdur. 
Üst devon ümumi qalınlığı 276 m-dən 605 m-dək olan əhəngdaşları, 
kvarsit-əhəngdaşları, kvarsitlər, əhəngli və gilli şistlərdən təşkil olunmuşdur. 
Karbon alt, orta və üst mərtəbələrə bölünür. Karbon çöküntüləri əsasən 
karbonat fasiyasında yayılmışdır. Ayrı-ayrı intervallarda gilli şistlər və qum-
daşları da rast gəlinir. 
Perm alt və üst mərtəbələrə bölünür ki, bunlar da 0-196 m-dən 442 m-
dək müxtəlif intervallarda açılan qumlu-dolomitli-əhəngli litofasiyalardan təş-
kil olunmuşdur. 
Mezazoyun hər 3 sistemi (trias, yura və təbaşir) Azərbaycanda geniş ya-
yılmışdır. 


2. Azərbaycan Respublikas¯n¯n fiziki-coªrafi ¼əraiti və geoloji qurulu¼u 35 
 
Trias stratiqrafik cəhətdən ümumilikdə qalınlığı 1000 m-dək olan 3 his-
səyə (alt, orta və üst) bölünür və Naxçıvan MR ərazisinin mühüm bir his-
səsini–Culfa dərəsi və  Şərqi Arpaçay və  Cəhricayın suayrıclarını  əhatə edir. 
Litoloji cəhətdən  əsasən  əhəngdaşları, kəsilişin üst hissəsində isə tökmə qa-
rışıq dolomitlərin qalın təbəqəsindən ibarətdir. 
Yura çöküntüləri Böyük və Kiçik Qafqazın bütün iri tektonik element-
lərinin quruluşunda əhəmiyyətli rol oynayır. Böyük Qafqazın cənub-qərb his-
səsində yura çöküntüləri son dərəcə geniş sahəvi yayılmaya malikdir. 
Yura alt, orta və üst yuraya bölünür. 
Alt yura Böyük Qafqazın Azərbaycan hissəsində Mazımçay və Talaçay 
çayarasında açılır. 
Şərqdə alt yura çöküntüləri Baş və Yan silsilələr arasında şist təbəqələri 
şəklində bir sahəni tutur. Litoloji cəhətdən onlar növbələşən gilli şistlər, 
alevrolitlər, gipsli qumdaşlarından təşkil olunmuşdur. 
Orta yura bütün mərtəbələri ilə təmsil olunur və süxurların litoloji tərkibi 
demək olar ki, eynidir, yalnız müəyyən dərəcədə qumlu süxurların  əlaqəli 
fraksiyaların faiz tərkibi ilə  fərqlənirlər. Onların tərkibində gilli-sideritli və 
qumlu-şistli laylar, argillitlər, alevrolit layları, bəzi yerlərdə isə karbonat təbə-
qələri üstünlük təşkil edir. Orta yura çöküntüləri Babaçay, Qaraçay, Quruçay, 
Ağçay, Qusarçay, Şinçay, Qurmuxçay, Kişçay və s. çayların suayırıcıları  və 
dərəsində geniş yayılmışdır. Orta yuranın (bayos) çöküntüləri Dəvəçi zona-
sının Yalama, Xudat və Xaçmaz sahələrində  dərin quyularla 3100-dən artıq 
dərinlikdə açılmışdır. 
Üst yura da həmçinin Böyük Qafqazda geniş yayılmışdır və  tərkibinə 
görə altda yatan süxurlardan kəskin fərqlənir. Süxurların tam və dolğun kəsi-
lişi qeyd edilən ərazinin süxurların alt yura çöküntüləri üzərində qanunauyğun 
yatdığı mərkəzi rayonlarında müşahidə olunur, kənar hissələrdə kəsilişlərin alt 
hissəsi iştirak etmir və üst yura sonuncuları transqressiv olaraq örtür. 
Böyük Qafqazın suayırıcı silsiləsində üst yura çöküntüləri qalınlığı  
1500 m-dək olan terrigen fliş  təbəqəsi (gilli və mergelli şistlər, alevrolitlər, 
qumdaşları, konqlomeratlar) ilə təmsil olunmuşdur. 
Şimal istiqamətdə oksford və kimericin azqalınlıqlı  təbəqələri ardıcıl 
olaraq kəsilişdən çıxır və yaranmış  təbəqə-iri qumdaşları, konqlomeratlar–
bilavasitə orta yura çöküntüləri üzərinə yatır.  Şahdağ–Qızılqaya zonasında 
titon 700-800 m-dək qalınlıqlı əhəngdaşı və dolomitlərdən təşkil olunmuşdur. 
Əhəngdaşları Qudyalçay və Beşbarmaq dağı arasında ayrı-ayrı adacıqlar şək-
lində rast gəlinir. 
Yura çöküntüləri Kiçik Qafqazda da geniş yayılmışdır və  Əsrikçayın 
dərəsində ümumi qalınlığı 350 m-dən çox olan konqlomerat, kvarslı qum-
daşları və argillitlərdən təşkil olunmuşdur. Culfa dərəsində alt yura 300 m-dək 


36

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
qalınlıqlı porfirit təbəqəsi ilə təmsil olunur. Kiçik Qafqazın şimal-şərqində orta 
yuranın kəsilişində üç təbəqəyə bölünən vulkanogen suxurlar üstünlük təşkil 
edir. Alt vulkanogen təbəqə porfiritlər və piroklast və tufogenlərdən ibarətdir. 
Üstdə kvarslı plagioporfirlər təbəqəsi, onun üstündə isə piroklast və tufogen-
lərin porfiritlərə görə üstünlük təşkil etdiyi üst vulkanogen təbəqə (bat) yatır. 
Orta yura çöküntülərinin ümumi qalınlığı 2500-3000 m-dir. 
Naxçıvan MR-da orta yura çöküntüləri Nehrəmçay, Cəyirçay hövzə-
lərində və Aznabürt kəndi rayonunda qeydə alınmışdır və litoloji cəhətdən tər-
kibində mergel və gilli şist layları olan əhəngli-qumlu fasiya əmələgəlmələ-
rindən ibarətdir. 
Kiçik Qafqazda kellovey ümumi qalınlığı 400 m-dək olan tuflu qum-
daşları, tuflu şistlər, gillər, oksford-40-60 m qalınlıqlı tufogen və qumdaşı lay-
cıqlı  əhəngdaşı  təbəqəsi ilə  təmsil olunur. Kimeric bəzi yerlərdə vulkanogen 
suxurlar-piroklast, tufogen və porfiritlərdən təşkil olunmuşdur. 
Azərbaycan  ərazisində  təbaşir çöküntüləri də geniş yayılmışdır. Böyük 
Qafqaz hüdudlarında bu çöküntülər bütün tektonik zonaların quruluşunda 
iştirak edir. Böyük sahələrdə onlar yer səthinə çıxırlar. 
Alt təbaşir çöküntüləri  əsasən antiklinal qırışıqlıqların tağ hissələri və 
kənarlarını  təşkil edir. Böyük Qafqazın  şimal-şərq hissəsində Samuryanı zo-
nada dərin qazma quyuları vasitəsilə karbonat-terrigen fasiya (hoteriv, barrem, 
apt, alb) ilə  təmsil olunmuş alt təbaşir çöküntülərinin qismən dolğun kəsilişi 
müəyyən edilmişdir. Kiçik Qafqazın cənub-şərq qurtaracağı hüdudlarında alt 
təbaşir çöküntüləri  əsasən Lök-Qarabağ, Göycə-Həkəri və Qafan zonalarının 
cənub-şərq hissəsi ərazisində geniş yayılmışdır və kəsilişlərin natamamlığı ilə 
xarakterizə olunurlar. 
Üst təbaşir Böyük Qafqazın cənub-şərq gömülmələri  ərazisinin böyük 
bir hissəsində, terrigen-karbonat litofasiya ilə xarakterizə olunan Şahdağ  və 
Sudur zonasının qərb hissəsi istisna olmaqla, fliş (karbonat-terrigen, terrigen-
karbonat, karbonat və sərt) xarakteri daşıyır. 
Palçıq vulkanların tullantılarının çoxsaylı  tədqiqatları  təbaşir çöküntü-
lərinin Azərbaycanın 
depressiya zonalarında da geniş yayıldığını sübut edir. Orta Kür çökək-
liyi, Kür və Qabırrı çaylararası hüdudlarında təbaşir çöküntüləri çoxsaylı kəş-
fiyyat quyuları vasitəsilə açılmışdır. Kiçik Qafqaz ərazisində üst təbaşir çö-
küntüləri geniş yayılmışdır və Lök-Qarabağ və Göycə-Həkəri zonalarının de-
mək olar ki, bütün antiklinorilərini təşkil edir. Burada aramsız zolaq şəklində 
Şəmkir və Murovdağ antiklinorilərini dolanıb keçərək, Kiçik Qafqazın şimal-
şərq dağətəyi boyu uzanırlar və Qazax, Ağcakənd, Xocavənd əyriləri hüdud-
larında son dərəcə genəlirlər. Üst təbaşirin bu inkişaf mərhələsində senoman, 
koun, santon, kampan, maastrit çöküntüləri izlənilir. Bir çox tədqiqatçıların 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə