Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə14/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   10   11   12   13   14   15   16   17   ...   122

2. Azərbaycan Respublikas¯n¯n fiziki-coªrafi ¼əraiti və geoloji qurulu¼u 37 
 
fikrincə burada turon çöküntüləri yoxdur, cenoman çöküntüləri isə çox məh-
dud inkişaf etmişdir. Onlar Xocavənd və Ağdərə əyilmələrinin ayrı-ayrı sahə-
lərində az qalınlıqlı  təbəqələr  şəklində üzə  çıxır. Regionun ərazisində üst tə-
başirin tam kəsilişləri yoxdur, həmçinin Orta Kür çökəkliyi, Kür və Qabırrı 
çaylararası hüdudlarında olduğu kimi onlar çökmə, vulkanogen-çökmə və vul-
kanogen əmələgəlmələrin olması ilə xarakterizə olunurlar. Üst təbaşir çökün-
tüləri həmçinin Ordubad, Culfa rayonlarında, Naxçıvanın cənub-şərq hissəsin-
də, Cəyirçayın yuxarı axarında və Şərqi Arpaçayın orta axarında geniş yayıl-
mışdır. Üst təbaşir çöküntüləri ən çox Araz çayının Nehrəm dərəsində qeydə 
alınmışdır. 
Paleosen Xəzəryanı-Quba, Abşeron, Gəncə,  Şamaxı-Qobustan neft-qaz 
rayonlarında, həmçinin Lənkəran vilayətində geniş inkişaf etmişdir. Murad-
xanlı neft-qaz rayonunda və Kür Qabırrı çaylar arasında isə daha az rast gəli-
nir. Xəzəryanı-Quba zonasında paleosen çöküntüləri 150-350 m qalınlığında 
ensiz zolaq şəklində Buduq muldasından Şuraabadadək uzanır. Litoloji xüsu-
siyyətlərinə görə onlar alt və üst mərtəbələrə bölünür. Kəsilişin 90 %-dən çox 
hissəsini təşkil edən, ara-sıra qumlu-alevrolitli törəmələrin layları ilə gillərdən 
təşkil olunmuşdur. Kəsilişdə həmçinin tuflar və tuffitlər də rast gəlinir. 
Alt paleosen mergel laycıqlı gillərlə, az halda isə qumlu-alevrolitli və iri 
qırıntılı süxurlarla təmsil olunmuşdur. Abşeron yarımadasının paleosen çökün-
tüləri yer səthinə yarımadanın şimal-qərb hissəsində (Yunusdağ silsiləsi) Ağ-
burun muldası  və Sumqayıtçayın dərəsində  çıxırlar. Kəsilişin 90 %-dən çox 
hissəsini gilli süxurlar tutur. Qumlu-alevrolitli və karbonatlı süxurlar isə  kə-
silişin 3 və ya 5 %-ni təşkil edir. Burada alt paleosen əsasən mergel laycıqlı 
gilli süxurlarla, az halda isə alevrolitlərlə təmsil olunmuşdur. 
Alt paleosen də  həmçinin  əsasən karbonat laycıqlı gilli sxurlarla, az 
halda isə qumlu-alevrolitli süxurlarla təmsil olunmuşdur. Qabırrı-Acınohur və 
Yevlax-Ağcabədi rayonlarında paleosen çöküntüləri hər yerdə yayılmışdır. 
Onlar gil, mergel və tuflu suxurların növbələşməsindən ibarətdir, qalınlıqları 
80-100 m-dir. Bu çöküntülər daha az Muradxanlı neft-qaz yataqlarında və Kür 
və Qabırrı çaylar arasında rast gəlinir. Muradxanlı sahəsində bu çöküntülər 
(qalınlığı 30-50 m) ayrı-ayrı quyular vasitəsilə açılmışdır və tuflu qravelitlər, 
tuflu qumdaşları, tuflu alevrolitlər və tuflu argellitlərlə  təmsil olunmuşdur. 
Gillər isə ən çox Gəncə neft-qaz rayonunun şimal-qərb hissəsində yayılmışdır. 
Lənkəran düzənliyində paleosen yaşlı çöküntülər daha çox Astara zonasında 
inkişaf etmişdir. Burada kəsiliş karbonatlı süxurlar, alevrolitlər, tuflu qum-
daşları, argillitlər, mergellər və s. ilə təmsil olunmuşdur. 
Şamaxı-Qobustan sahəsində paleosen çöküntüləri geniş inkişaf etmişdir. 
Qobustanın  şimal hissəsində onların qalınlığı 250 m-dək, cənub hissədə isə 
500-600 m-dir. Litoloji xüsusiyyətlərinə görə bu çöküntülər alt və üst mərtə-


38

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
bələrə bölünür. Alt paleosen əsasən mergel, gilli mergel laycıqlı laylar, az 
halda qumlu-alevrolitli törəmələrlə təmsil olunur. Cənub-şərq istiqamətində alt 
paleosenin çöküntüləri fliş xarakteri daşıyır. Üst pliosenin kəsilişində karbonat 
və qumlu alevrolit laycıqlı gilli suxurlar üstünlük təşkil edir. Naxçıvan zona-
sında paleosen litoloji tərkib və quruluşuna görə vahid və fasiləsiz çöküntülər 
kompleksi ilə təmsil olunur. Bilov və Şadakənd kəndləri arasında öyrənilən bu 
çöküntülərin kəsilişləri əhəngli, alevritli gillər və əhəngli, incədənəli kvarslı və 
xırda dənəli polimiktli qumdaşlarından təşkil olunmuşdur. Gillər üstünlük 
təşkil edir. 
Eosen Azərbaycan  ərazisində çox geniş yayılmışdır, Böyük Qafqazda 
əsasən şist və qumdaşı laylı əhəngli gillərdən təşkil olunmuş koun dəstəsi ilə 
təmsil olunur. Burada eosenin qalınlığı cənub-şərqə doğru artaraq Qobustanda 
1000-1200 m-ə çatır. Eosen əsasən Küryanı-Quba zonasında və Abşeron yarı-
madasında yayılmışdır. Burada onlar kəşfiyyat quyuları vasitəsilə açılmışdır. 
Kiçik Qafqazda eosen çöküntüləri  şimal-şərq dağətəyi düzənliklərdə, Həkəri, 
Tərtər və Zəyəmçay çaylarının yuxarı axarlarında inkişaf etmişdir. Litoloji cə-
hətdən əsasən qumdaşı və tuflu süxur laylı gillər və mergellərlə təmsil olunur. 
Həkəri və  Tərtər çaylarının yuxarı axarlarında effuziv suxurlar (porfiritlər, 
andezitlər və s.), tuflu piroklastlar üstünlük təşkil edir, asılı miqdarda argil-
litlər, qumdaşları, əhəngdaşları rast gəlinir. Eosen çöküntülərinin qalınlığı 350-
400 m-dən 1500-2000 m-dək hüdudlarda tərəddüd edir (Tərtər və Gəncə çay-
ları arasında və Tərtər çayının yuxarı axarında maksimal qiymətə çatır). Nax-
çıvan MR ərazisində eosen çöküntüləri cənub-qərb hissədə yayılmışdır, burada 
kəsiliş  əsasən qalınlığı  şimal-qərbdə 50-100 m və  Zəngəzur silsiləsinin qərb 
yamacında 3500 m-ə çatan vulkanogen (porfiritlər, piroklastlar və s.) və çök-
mə (gillər, qumdaşları, konqlomeratlar, əhəngdaşları) süxurlar kompleksi ilə 
təmsil olunur. Talış zonasında eosenin kəsilişi 1500-1800 m qalınlıqlı asılı ba-
zalt süxurlu, gil və qumdaşı laylı piroklast və tuflarla başlayır. Bundan yuxa-
rıda 600 m qalınlıqlı tuflar, tuflu qumdaşları, qumdaşları və gillər təbəqəsi, da-
ha yuxarıda isə 1000 m-dək qalınlıqlı andezit, bazalt və tuflu brekçiya təbəqəsi 
açılmışdır. Kəsiliş 800 m qalınlıqlı argillit və qumdaşları ilə tamamlanır. 
Oliqosen-maykop çöküntüləri demək olar ki, Azərbaycanın bütün ərazi-
sində geniş yayılmaqla üst və alt yarımdəstələrə bölünür. Böyük Qafqazda alt 
yarımdəstədə gillər, üst yarımdəstədə isə qumlu-gilli fasiyalar üstünlük təşkil 
edir. Maykop dəstəsi  ən böyük qalınlığa (1000-1800 m-dək) Cənubi Qobus-
tanda malikdir. Kiçik Qafqaz və  Gəncə-Tərtər rayonunda bu dəstə zirvələr 
istisna olmaqla, qumlu gillərlə növbələşən qum və qumdaşlarından ibarətdir. 
Bəzi yerlərdə konqlomerat layları rast gəlinir. Maykop dəstəsinin qalınlığı 
3500 m-dək və daha yüksəkdir. Naxçıvan MR ərazisində oliqosen çöküntüləri 
daha çox Əlicançay hövzəsində yayılmışdır və  kəsiliş 1000 m-dək qalınlıqlı 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə