Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə11/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   7   8   9   10   11   12   13   14   ...   122

1. Bərpa olunan su ehtiyatlarinin sosial-iqtisadi inki¼afda rolu... 
29 
 
ehtiyatlarının qiymətləndirilməsi sahəsində  əsaslı elmi-metodik tədqiqatlar 
aparmış, çoxsaylı monoqrafiyalar, metodik vəsaitlər, elmi məqalələr dərc et-
dirmişlər. 
Yeraltı suların axtarışı  və  kəşfiyyatının, istismar ehtiyatlarının qiymət-
ləndirilməsinin elmi-metodik əsaslarının hazırlanması sahəsində Moskva şəhə-
rində fəaliyyət göstərən ВСЕГИНГЕО (keçmiş SSRİ dövründə Ümumittifaq, 
indi isə Ümumrusiya Elmi-Tədqiqat Hidrogeologiya və Mühəndis Geologiyası 
İnstitutu) və Daşkənd  şəhərində  fəaliyyət göstərən  ГИДРОИНГЕО (Elmi-
Tədqiqat Hidrogeologiya və Mühəndis Geologiyası  İnstitutu) institutlarının, 
onlarda çalışan alim və mütəxəssislərin müstəsna xidmətləri vardır. 
Azərbaycanda yeraltı suların axtarışı və kəşfiyyatı, monitorinqi, istismar 
ehtiyatlarının qiymətləndirilməsi, əsasən, bu institutlar tərəfindən hazırlanmış 
metodikalar, təlimatlar, göstərişlər və qaydalar əsasında Dövlət Geologiya və 
Mineral Ehtiyatlar Komitəsi tərəfindən aparılmışdır. 1956-1963-cü illər  ər-
zində III Bakı su kəmərinin layihəsinin  əsaslandırılması  məqsədi ilə Samur-
Dəvəçi dağətəyi düzənliyinin  ərazisində A.P.Popov və  Ə.X.Babayevin rəh-
bərliyi altında aparılmış yüksək keyfiyyətli və əhatəli hidrogeoloji tədqiqatlar 
yeraltı suların axtarışı  və  kəşfiyyatı, su ehtiyatlarının qiymətləndirilməsi sa-
həsində Azərbaycan hidrogeoloqları üçün böyük təcrübə məktəbi olmuşdur. 
Respublika  ərazisinin yeraltı sularının istismar ehtiyatlarının qiymət-
ləndirilməsi ilk dəfə 1962-ci ildə Y.R.Göyçayski və Y.R.Fialko tərəfindən 
aparılmışdır. Sonrakı illərdə A.B.Ələkbərov, Ç.A.Fətullayev, A.Ə.Nəcəfov, 
T.H.Həsənov, H.A.Hüseynov, A.H.Kərimov, P.M.Kərimov, M.R.Mahmudov, 
R.R.Mahmudov, M.V.Məhərrəmov, T.F.Məmmədova, T.R.Mustafayev, 
X.M.Rzayev, A.H.Rəsulov, Z.Ə.Sadəddinov, H.T.Süleymanov, İ.İ.Tağıyev, 
O.İ.Tagıyev, R.H.Hacıyev, Ş.Z.Xəlilov, P.T.Şükürov və digər geoloq və hidro-
geoloqlar tərəfindən Azərbaycanın müxtəlif bölgələrində yeraltı suların axta-
rışı, ilkin və  dəqiq kəşfiyyatı aparılmışdır. Tədqiqatların nəticələri  əsasında 
hidrogeoloji regionlar və konkret yeraltı su yataqları üzrə yeraltı suların istis-
mar ehtiyatları hesablanaraq keçmiş SSRİ Dövlət Ehtiyatlar Komissiyası və ya 
Azərbaycan Dövlət Ehtiyatlar Komissiysı  tərəfindən təsdiq edilmişdir 
(A.B.Ələkbərov, T.H.Həsənov, H.A.Hüseynov, A.H.Kərimov, P.M.Kərimov, 
V.A.Listenqarten, R.R.Mahmudov, T.R.Mustafayev və d.). 
Yeraltı suların ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar müxtəlif yö-
nümlü hidrogeoloji tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyasının Geo-
logiya  İnstitutu (C.M.Süleymanov, Ə.Ə.Musayev, A.M.Pənahov), Ümumit-
tifaq Elmi-Tədqiqat “VODGEO” İnstitutunun Bakı filialı (E.Q.Əsgərbəyli, 
S.M.Kazımov, R.V.Bulatov), Elmi-Tədqiqat Su Problemləri  İnstitutu 
(Ə.X.Babayev, Y.H.İsrafilov), Bakı Dövlət Universiteti (Ə.H.Əsgərov, 
H.Y.İsrafilov), Azərbaycan Dövlət Neft Akademiyası  (Ş.A.Pənahi,  Ə.M.Ba-


30

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
bayev), Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu (Ə.K.Əlimov), 
Su Təsərrüfatı Layihə İnstitutu – “Azgiprovodxoz” (L.A.Krasilşikov), Cənub 
Kənd Təsərrüfatı Su Təchizatı Layihə İnstitutu (Qvozdyeva R.F.) və digərləri 
tərəfindən də aparılmış, hidrogeoloji regionların və ayrı-ayrı sahələrin hidro-
dinamik və hidrokimyəvi  şəraitinin xüsusiyyətləri araşdırılmış, yeraltı suları-
nın ehtiyatları  və onlardan istifadə yolları müəyyənləşdirilmişdir (Геология 
Азербайджана, 2008). 
Hidrogeologiyanın hidrogeodinamika, hidrogeokimya, yeraltı suların ax-
tarışı və kəşfiyyatı, istismar ehtiyatlarının qiymətləndirilməsi elm sahələri, za-
man amilindən asılı olaraq bir sıra praktik məsələlərin həllinə imkan verən 
yeraltı axının qərarlaşmamış filtrasiyası  nəzəriyyəsinin işlənilməsi və  tətbiqi, 
riyazi modelləşdirmə metodlarının intensiv tətbiqi ilə  əlaqədar keyfiyyətcə 
yeni inkişaf mərhələsindədir. Tədqiqatlarda yeni texniki vasitələrdən və daha 
təkmil metodikalardan istifadə edilməsi təbii  şəraiti daha düzgün əks etdirən 
əhatəli və etibarlı nəticələrin alınması üçün geniş imkanlar açır. 
Ədəbiyyat 
1.
Azərbaycanın geologiyası, III cild. Bakı, “Elm” nəşriyyatı, 2015 382 s.
2.
Ələkbərov A.B. Yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının
qiymətləndirilməsi. Bakı, “Nafta-Press, 2014, 180 s.
3.
Ələkbərov  A.B.,  İsmayılov  T.Ə.  Yeni  iqtisadi  münasibətlər  şərai-
tində Azərbaycanın geoekoloji problemlərinin həlli xüsusiyyətləri.
“Azərbaycan XXI əsrin astanasında ” Elmi-praktik konfransın mate-
rialları. Bakı, 1998.
4.
Əhmədzadə  Ə.C.  Heydər  Əliyev  və  Azərbaycanın  su  təsərrüfatı.
Bakı, Azərnəşr. 2003. 216 s.
5.
İmanov F.Ə. Hidroloji hesablamalar. Bakı, 2011, -264 s.
6.
İmanov F.Ə. Hidrologiya: qısa inkişaf tarixi, nailiyyətlər və müasir
problemlər  //  Azərbaycan  Coğrafiya  Cəmiyyətinin  əsərləri,  XVII
cild. Bakı, 2012, s.318-325.
7.
Алекперов  А.Б.  Апшерон:  проблемы  гидрогеологии  и  геоэко-
логии.  Азербайджанская  Государственная  Книжная  Палата.
Баку, 2000, 484с.
8.
Будыко  М.И.  Испарение  в  естественных  условиях.–Л.:  Гидро-
метеоиздат, 1947, 136 с.
9.
Виноградов Ю.Б., Виноградова Т.А. (2008). Современные проб-
лемы гидрологии. Москва, Изд. Центр Академия, 319 с.
10. Водные ресурсы России и их использование // Под ред. проф.
И.А.Шикломанова.  –  СПб.:  Государственный  гидрологический
институт. 2008, 600 с.
11. Водные  ресурсы  СССР  и  их  использование.  Гидрометеоиздат,
1987, 301 с.
12. Воскресенский К.П. Норма и изменчивость годового стока рек
Советского Союза. – Л.: Гидрометеоиздат, 1962, 548 с.


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə