Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə16/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   12   13   14   15   16   17   18   19   ...   122

2. Azərbaycan Respublikas¯n¯n fiziki-coªrafi ¼əraiti və geoloji qurulu¼u 41 
 
Abşeron mərtəbəsi 3 hissəyə-alt, orta və üst hissələrə bölünür. Respubli-
kanın şimal-şərq hissəsində alt və orta hissələr əsasən az qalınlıqlı qum laylı 
gillərlə təmsil olunur. Burada üst yarımmərtəbə Qusar dəstəsinin (230 m-dək 
qalınlıqlı) konqlomerat, qumdaşı və gillərin linza və layları ilə qalın çınqıl tə-
bəqəsi ilə ifadə olunmuşdur. Şərq istiqamətində qalınlıq artır, çınqıllar azalır. 
Abşeron yarımadasında alt yarımmərtəbə  əsasən 250 m qalınlıqlı  əhəngdaşı, 
qum, qumdaşı laylı dəniz gilləri ilə təmsil olunmuşdur. Kəsilişin aşağı hissə-
sində vulkanik küllərin nazik layları rast gəlinir. Orta və üst hissələr 170-180 
m qalınlıqlı gil, qum və  əhəngdaşlarının laylaşması ilə  təmsil olunur. Böyük 
Qafqazın cənub-şərq hissəsində ümumi qalınlığı 800 m-dək olan və qumdaşı 
laylı müxtəlif rəngli gillərlə  təmsil olunan alt abşeron çöküntüləri Ləngəbiz 
silsiləsində  və  Şamaxı rayonunun cənubunda inkişaf etmişdir. Orta abşeron 
qalınlığı 360 m olan gillər, qumlar, qumdaşları, əhəngdaşı-balıqqulaqlarla təm-
sil olunur. Qobustanın cənub-şərq və cənub hissələrində və Girdimançay-Pir-
saat çaylar arasında qalınlığı 400-500 m olan və əhəngdaşı-balıqqulaqlı, çay-
daşlı gillərlə  təmsil olunan üst abşeron çöküntüləri yayılmışdır. Qobustanda 
abşeron çöküntülərinin qalınlığı tərkiblərində kobud qırıntılı materialların art-
ması, tədricən dəniz fasiyasından kontinental fasiyaya keçilməsi hesabına 
şimal-qərb istiqamətində artır. Kür çökəkliyində abşeron çöküntüləri çökək-
liyin cənub tərəfində inkişaf etmişdir. Burada kontinental fasiya yayılmışdır. 
Gəncə-Qazax və Qarabağ-Mil düzənliklərində abşeron çöküntüləri alt abşe-
rondan üst dördüncü dövrədək olan stratiqrafik horizontları birləşdirən parça-
lanmayan bütöv təbəqə  şəklində üzə  çıxır. Çökəkliyin cənub hissəsində ab-
şeron çöküntüləri iridənəli qumdaşı, qravelit və konqlomerat laylı gillərlə təm-
sil olunur, dağətəklərinə yaxın vulkanik küllər də rast gəlinir. Cənub-şərq isti-
qamətində, Beyləqan şəhərindən qərbdə və Kiçik Qafqazın cənub dağətəyi bo-
yu kəsilişdə qalınlığı 100 m-ə çatan iriqırıntılı konqlomerat və çınqılların miq-
darı artır. Kür çökəkliyinin şimal hissəsində abşeron çöküntüləri dağətəyindən 
çökəkliyin mərkəzinə  və  qərbdən  şərqə doğru bir-birini əvəzləyən sahilyanı-
kontinental və  dəniz fasiyaları ilə  təmsil olunur və burada onların qalınlığı 
1800-2000 m-ə çatır. Həkəri, Bazarçay və Oxçuçay sahələrində abşeron yaşlı 
kontinental çöküntülər allüvial-prolüvial, delüvial və tuflu çöküntülər-çaqıl, 
gilcə, çınqıl və vulkanik küllərdən ibarətdir. 
Pleystosen və holosen çöküntüləri bütün Azərbaycan  ərazisində yayıl-
mışdır. Bu çöküntülərdə respublikanın şirin və az minerallaşmaya malik yer-
altı su ehtiyatlarının 90 %-dən çox hissəsi toplanmışdır. Mənşəyinə görə dör-
düncü dövr sistemi çöküntüləri kontinental və dəniz çöküntü fasiyalarına (lava 
istisna olmaqla) bölünür. 
Dəniz çöküntüləri daha çox Böyük və Kiçik Qafqaz qırışıqlıqları ara-
sında yaranmış Kür dağarası çökəkliyi (Küryanı ovalıq, Bakı arxipelaqı), Bö-


42

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
yük Qafqazın cənub-şərq gömülməsi (Qobustan, Abşeron yarımadası, Abşeron 
arxipelaqı), Böyük Qafqazın (Küryanı ovalıq) və Talışın (Lənkəran ovalığı) 
çevrəsində yaranmış  əyilmələr hüdudunda, həmçinin Kiçik Qafqazın cənub-
şərq gömülməsi və Naxçıvan hüdudlarında inkişaf etmişdir. Bu çöküntülərin 
ən böyük qalınlığı dağarası çökəklikdə – 1200 m-dək, Cənubi Xəzərin akvato-
riyası yanında 2000 m-dir. Dördüncü dövr dəniz çöküntüləri litoloji cəhətdən 
sahilboyu iriqırıntılı  və iridənəlidən nisbətən dərin sulu yerlərdə  xırda dənə-
liyədək müxtəlifliyi ilə xarakterizə olunur. Bu çöküntülərdə yüksək mineral-
laşmaya malik yeraltı sular, o cümlədən böyük miqdarda yod-bromlu su eti-
yatları  və  sənaye  əhəmiyyətli digər element və birləşmələri özündə toplayan 
lay suları formalaşmışdır. Abşeron yarımadasında Xəzəryanı zonada, Qobus-
tanın cənub-şərqində və Kür çökəkliyində, Mingəçevir şəhərinədək yayılaraq 
(bakı və xvalın dəniz çöküntüləri) süxurlar müxtəlif litoloji fasiyalarla, adətən 
qumlu gillər, qumlar, balıqqulaqları, çaqıllarla təmsil olunur. Samur-Vəlvə-
ləçay arasında çayların gətirmə konuslarının yuxarı  və  mərkəzi hissələrində 
qum, gilcə  və gil laylı çaydaşı-çaqıl çöküntüləri üstünlük təşkil edir. Ab-
şeronda əhəngdaşı-balıqqulaqları, qumdaşları üstünlük təşkil edir. 
Dördüncü dövrün kontinental çöküntü süxurları, həmçinin polifasial sü-
xurlar geniş yayılmışdır. Onlar prolyüvial, allyüvial, göl, delyüvial, elyüvial və 
digər mənşəli olurlar. Qədim dördüncü dövrün allyüvial-prolyüvial çökün-
tüləri Kür çökəkliyinin hər iki tərəfində geniş yayılmışdır. Şimal hissədə onlar 
Acınohur qırışıqlıq qalxımı hüdudunda inkişaf etmişdir. Acınohurun şimal his-
səsində bu çöküntülər çaqıllardan ibarətdir, cənub istiqamətində isə onlar təd-
ricən gilcələrlə əvəzlənirlər. Alt pleystosen çöküntüləri (qalınlığı 400 m-dək) 
Həkəri-Bazarçay çaylararasında geniş yayılmışdır və  əsasən tuflu brekçiya-
lardan ibarətdir. Allyüvial-prolyüvial çöküntülər respublikanın şimal-şərq his-
səsində-Samur-Dəvəçi dağətəyi düzənliyində inkişaf etmişdir. 
Müasir allyüvial-prolyüvial çöküntülər Qanıx-Əyriçay vadisi, Əlicançay 
və Ağsu çayları arasında, Şirvan düzənliyi, Naxçıvan çökəkliyində, Talış dağ-
ətəyi, Lənkəran düzənliyi, Cənubi Muğan boyu ensiz zolaqda və digər sahələr-
də geniş yayılmışdır. Bu çöküntülərin ən böyük qalınlığı (600-700 m) Acıno-
hurdadır, o biri sahələrdə qalınlıq 200 m-i keçmir və adətən 50-100 m interva-
lında tərəddüd edir. Ən az qalınlıq (15-20 m-dək) Qanıx-Əyriçay vadisindədir. 
Bütün dağətəyi düzənliklərdə  gətirmə konuslarının üst hissəsi müxtə-
lifdənəli qum tərkibli çaydaşı-çaqıl çöküntülərindən ibarətdir. Orta və üst dör-
düncü dövr yaşlı delyüvial-prolyüvial çöküntülər Qərbi Muğanda və şərqi Ta-
lış dağətəyində yayılmışdır və əsasən qumlu çaqıl və qum linzaları ilə gilcələr-
lə təmsil olunur. 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə