Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə15/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   11   12   13   14   15   16   17   18   ...   122

2. Azərbaycan Respublikas¯n¯n fiziki-coªrafi ¼əraiti və geoloji qurulu¼u 39 
 
tuflu qumdaşları, tuflu brekçiyalar və konqlomeratlarla təmsil olunur. Talış zo-
nasında maykop çöküntüləri şimal-şərq dağətəkləri və vilayətin mərkəzi hissə-
sində inkişaf etmişdir. Burada bu çöküntülər alevrolit və qumdaşı laylı (əsasən 
kəsilişin aşağılarında) qumlu-gilli təbəqə ilə  təmsil olunur. Mərkəzi hissədə 
qumdaşlarının tərkibində tuflu materiallar və konqlomerat layları iştirak edir. 
Ümumi qalınlıq 3000-3500 m-dir. 
Neogen sistemi Azərbaycanda neft və qaz axtarışları ilə əlaqəli çox geniş 
öyrənilmiş və ədəbiyyatda kifayət qədər işıqlandırılmışdır. Bu sistem miosen 
və pliosen mərtəbələrinə bölünür. Neogen sisteminin çöküntüləri Böyük və 
Kiçik Qafqazın dağətəkləri və Talış zonasının şimal-şərq hissəsində aşkarlan-
mışdır. Xəzəryanı-Quba zonasında neogen çöküntüləri kobud qırıntılı qumlu-
alevrolitli və karbonatlı süxurlarla, Gəncə zonasında zəif əhəngli, nazik alev-
rolit, qumdaşı və vulkanik kül laylı süxurlarla təmsil olunur. Abşeron yarım-
adası  və  şimali Qobustanda isə bu çöküntülər gilli xarakter daşıyır. Burada 
əhəmiyyətli dərəcədə karbonatlı süxurlar inkişaf etmişdir. Neogen çöküntüləri 
Cənubi Qobustanda karbonat tərkibi və qumlu-alevrolitli süxurların mövcud-
luğu ilə fərqlənir. Lənkəran zonası üçün isə karbonatların miqdarının çoxluğu 
və süxurların pis çeşidlənməsi xarakterikdir. 
Karaqan horizontunun çöküntüləri Xəzəryanı-Quba zonasında qumlu-
alevrolitli, gilli, karbonatlı süxurlarla, Abşeron yarımadasında dolomit və mer-
gel laylı gillərlə, Gəncə zonasında gillərlə, qumlu-alevrolitli törəmələrlə, Lən-
kəran zonasında qumdaşı  və alevrolit layları ilə növbələşən gil təbəqəsi ilə 
təmsil olunur. 
Sarmat çöküntüləri Xəzəryanı-Quba zonasında mergel, əhəngdaşı  və 
konqlomerat, dolomit (üst sarmat) laylı qumlu, gilli litofasiya, Abşeron yarım-
adasında qumlu-alevrolitli törəmələr, dolomit, mergel, arada bir vulkanik kül 
laylı gillərlə,  Şamaxı-Qobustan zonasında gillər, qumlu-alevrolitli süxurlar, 
karbonat və iriqırıntılı törəmələrlə, Gəncə zonasında konqlomerat və  əhəng-
daşı laylı gillər, qumdaşları, alevritlərlə, Lənkəran zonasında qumlu-alevritli 
törəmələr və mergel laylı gillərlə təmsil olunur. 
Kür və Qabırrı çaylar arasında sarmat 1800-2000 m qalınlıqlı qumdaşı 
laylı gillərlə təmsil olunmuşdur. Kiçik Qafqazda 2 sarmat adacığı məlumdur: 
birinci-Qazax rayonunda Kəkil dağında-40 m-dək qalınlıqlı qonrak əhəngdaşı-
balıqqulaqları; ikinci-Şəmkir rayonunun Qabaqtəpə dağında-alt horizontun 20 
m-dək qalınlıqlı əhəngdaşı-balıqqulaqları. 
Meotis mərtəbəsinin çöküntüləri məhdud yayılmaya malikdir. Bu çö-
küntülər Abşeron yarımadasında və  Şamaxı-Qobustan zonasında tərkibində 
suxur qırıntıları rast gəlinən gillərin üstünlüyü ilə xarakterizə olunur. Eldar dü-
zündə gillər alevritli olurlar. Naxçıvan MR ərazisində orta və alt miosen 2000 
m qalınlıqlı müxtəlif rəngli duzlu-gipsli gil təbəqəsi, mergel, əhəngdaşı, qum-


40

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
daşı və daş duz linzaları ilə təmsil olunur. Talış zonasında üst miosen 1500 m-
dək qalınlıqlı qumdaşı və balıqqulaqlı əhəngdaşı laylı gillərdən ibarətdir. 
Pont mərtəbəsinin çöküntüləri Xəzəryanı-Quba zonasında,  Şamaxı-Qo-
bustan zonasında, Aşağı Kür rayonlarında, Kür və Qabırrı çaylar arasında, 
həmçinin Naxçıvan MR ərazisində yayılmışdır. Bu çöküntülər litoloji cəhətdən 
sahə  və  dərinliyə görə  dəyişkəndir,  əsasən iriqırıntılı, qumlu-alevritli, gilli, 
karbonatlı, oolit, piroklastik və s. törəmələrlə təmsil olunur. Kəsilişə görə on-
ların qalınlıqları da dəyişkəndir və 700 m və daha çox olur. 
Pliosen çöküntüləri Azərbaycanda geniş yayılmışdır və məhsuldar qat və 
akçaqıl mərtəbələrinə bölünür. Məhsuldar qatın çöküntüləri qumlu-alevrolitli 
və gilli süxurların növbələşən qalın tsiklik qatından ibarətdir. Məhsuldar qatın 
kəsilişlərində kobud qırıntılı, qumlu-alevrolitli, gilli, çeşidlənməmiş və pirok-
lastik suxurlar iştirak edir. Məhsuldar qat Böyük Qafqazın şimal-şərq hissəsi 
hüdudlarında, Abşeron yarımadasında, Şamaxı-Qobustan sinklinalında, Kür və 
Qabırrı çaylar arasında, həmçinin Aşağı Kür çökəkliyində ən böyük qalınlığa 
malikdir (3000 m-dək). 
Akçaqıl mərtəbəsinin çöküntüləri litoloji tərkibinin müxtəlifliyi ilə 
fərqlənir, kəsilişdə əsasən qırıntılı, gilli, karbonatlı və piroklastik suxurlar işti-
rak edir. Böyük Qafqazın şimal-şərq yamacında, cənub-şərqi Qobustanda, Ab-
şeron yarımadasında və Aşağı Kür çökəkliyində bu çöküntülər vulkanik kül və 
nazik incədənəli qum laylı sulu gillərdən ibarətdir. Samuryanı zonada gillər 
qumlar, qumdaşları və çınqıllarla laylaşır. Şamaxı və Qobystan sahələrində kə-
silişin yuxarılarında balıqqulaqlı əhəngdaşları iştirak edir. Kür çökəkliyinin or-
ta hissəsində akçaqıl çöküntüləri neogen dağətəyi zonada (Acınohur yaylası) 
üzə çıxır, düzənlik hissələrdə isə onlar quyularla açılır. Şimal-qərbdən cənub-
şərqə doğru süxurların litoloji tərkibi iri qırıntıldan  əlaqələndirilmişədək, qa-
lınlıqları isə 60-100 m-dən 800-1000 m-dək dəyişir. Respublikanın qərb hissə-
sində akçaqıl çöküntüləri dağətəklərinə meyilli rayonlarda növbələşən çınqıl-
lar, konqlomeratlar, qumdaşları, gipsli gilcələr və gillərdən ibarətdir. Acınohur 
və Bozdağda  əhəngdaşı  və vulkanik kül layları rast gəlinir.  Şərq istiqamətdə 
ovalığın mərkəzinə doğru süxurlar daha çox gilli olurlar. Kiçik Qafqazda ak-
çaqıl çöküntüləri Gəncəçay-Tərtər çaylar arasında üzə çıxırlar və Kür çökək-
liyinin bütün cənub-qərb kənarı boyu quyularla açılmışdır. Litoloji kəsiliş 
konqlomerat və gillərlə növbələşən kobud qumlar, qumdaşlarından ibarətdir. 
Naxçıvan MR və Kəlbəcər rayonunda akçagıl pliosen lava-liparit, dasit 
və onların piroklastları ilə ifadə olunmuşdur. 
Dördüncü dövr çöküntüləri mənşəyi və litoloji tərkibinin müxtəlifliyi ilə 
fərqlənir. Azərbaycan Abşeron mərtəbəsi süxurlarının tam kəsilişlərinin yayıl-
masının klassik sahəsidir. Onların inkişaf sahələri akçaqıl mərtəbəsinə nisbə-
tən kiçikdir. 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə