Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə15/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

_____________Milli Kitabxana________________ 
74 
 
 
Ş a h m ə m m ə d 
 
(Ozünü itirir.) 
 
Bir-az səbr elə! 
Nə üzlə görünüm mən sabah elə?  
Yer də ayrılmır ki, girim yerə mən.  
Dünyaya gəlmişəm nahaq yerə mən.  
Belə də zülm edər adam, adama? 
 
M a h m u d  b ə y 
 
A kişi, özündən nağil qurama! 
Get, qızı geyindir... yaxşı olmaz ha!.. 
 
Ş a h m ə m m ə d 
 
Sizi and verirəm o bir Allaha... 
 
M a h m u d  b ə y 
 
Tez ol, tələsirik, yol da uzaqdır. 
 
Ş a h m ə m m ə d 
 
Qızdan soruşmamış?..  
Bu ki, lap ağdır!  
 
(Şahməmməd otağa keçir.) 
 
M a h m u d  b ə y 
 
Qızı aparmasaq əgər bu gecə  
Bütün bu tədbirlər dönəcək heçə. 
 
K o x a 
 
Həcər burda qalsa itəcək gözdən, 
      Nəbiyə qoşulub qaçacaq tezdən. 
  


_____________Milli Kitabxana________________ 
75 
 
M a h m u d  b ə y 
 
Həcərlə qurtardıq, qaldı bir Nəbi  
Bu addır eyləyən məni əsəbi. 
 
K o x a 
 
Mən verrəm Nəbinin fatəhəsini, 
Bir də eşitməzsən onun səsini. 
 
Ş a h m ə m m ə d 
 
(İçəridən) 
 
Sən nələr edirsən, ay zalım fələk! 
 
H ə c ə r 
 
(İçəridən) 
 
Yaralı bir quşdur sinəmdə ürək. 
Səsimə səs verən görmürəm, Allah!  
Az qalır, ürəyim partlasın, eyvah!.. 
 
Şahməmməd, Həcər və Gülbacı yan otaqdan çıxırlar. 
 
H ə c ə r 
 
 İnsan dəllalları, xoş gördük sizi! 
 
K o x a 
 
Xoş gördük, Səlim bəy göndərib bizi.  
 
H ə c ə r 
 
Gedin, Səlim bəyə deyin ki, Həcər  
Özünə seçmişdir Nəbi kimi ər.  
Tüpürərəm onun üzünə, belə! 
 
(Tüpürür.) 


_____________Milli Kitabxana________________ 
76 
 
  
Ş a h m ə m m ə d 
 
 Qızım, dur... 
 
M a h m u d  b ə y 
 
Bu nədir? 
 
K o x a 
 
Yaxşi fikir elə. 
 
H ə c ə r 
 
(Atasına) 
 
Yoxsa sən də məni satırsan, ata?  
Ətimi itlərə atırsan, ata?!  
Mən onu, Nəbini sevirəm ancaq,  
Onsuz yerim olsun qoy qara torpaq! 
 
Mahmud bəyin işarəsilə Koxa qıza yaxınlaşır. 
 
M a h m u d  b ə y 
 
Yolçu yolda gərək, yubanma, Koxa! 
 
H ə c ə r 
 
Yoxa çıxasınız, görüm ki, yoxa. 
   
Həcərin başını örtüb zorla çəkə-çəkə aparırlar. 
 
H ə c ə r 
      
      Buraxın, deyirəm, buraxın! 
 
M a h m u d  b ə y 
 
               Gəl! 


_____________Milli Kitabxana________________ 
77 
 
  
K o x a 
 
Gəl!.. 
Həcəri aparırlar. 
 
Ş a h m ə m m ə d 
 
Niyə sağ qalmışam, hardasan, əcəl! 
 
At ayağı səsləri eşidilir. 
 
Getdi həyatımın, ömrürnün yazı, 
 
G ü l b a c ı 
 
Bəlkə alnımızda beləymiş yazı.  
 
Ş a h m ə m m ə d 
 
Söndü evimizin çırağı, söndü.  
Günəşli gündüzüm gecəyə döndü. 
 
Onlar yan otağa keçirlər. İşıq sönür və yenidən yanır.  
Çimnaz böyük bir ehtiyatla içəri girir. Ətrafa göz gəzdirir. 
 
Ç i m n a z 
 
Deyəsən yatıblar... Həcər, ay Həcər! 
 
Ş a h m əm m ə d 
 
(Yan otaqdan çıxır.) 
 
 Çimnaz, sənsən? 
 
M e h d i 
 
 Mənəm... 
  
 


_____________Milli Kitabxana________________ 
78 
 
 
Ş a h m ə m m ə d 
 
Nə var, nə xəbər? 
 
Çimnaz huy çəkir. Nəbi yapıncıda barıdan aşır. 
 
Ş a h m ə m m ə d 
 
             Nəbi, sənsən?  
 
N ə b i 
 
Mənəm, bəs Hecər hanı?  
 
Ş a h m ə m m ə d 
 
Düşdü yad əllərə Həcərin canı.  
Koxayla Mahmud bəy yıxdı evimi, 
Alıb caynağına quzğunlar kimi  
Apardılar... 
 
N ə b i 
 
 Hara?.. 
 
G ü l b a c ı 
 
Şuşaya tərəf. 
 
Ş a h m ə m m ə d 
 
Qorxuram qız edə özünü tələf.  
 
N ə b i 
 
Of, yaxşı, Səlim bəy, yaxşı, Mahmud bəy... 
Sizin nəslinizi dənləyəm gərək. 
 
(Xəncərini oynadır.) 
  


_____________Milli Kitabxana________________ 
79 
 
Ş a h m ə m m ə d 
 
Nəbi, qan olmasın, qadanı alım.  
 
N ə b i 
 
Qaralır gözlərim, dəyişir halım,  
Yox, dözə bilmərəm bu dərdə yox, yox!  
Bu heyfi qoymaram mən yerdə yox, yox!  
Həcər, qorxma, Həcər, ölməyib Nəyib,  
Çox da ki, ömründə gülməyib Nəbi.  
Nəbiyəm sözümü deyərəm qısa,  
Bərkdə tanıyırlar mərdi, igidi,  
Çevirməsəm onun toyunu yasa  
Haram olsun mənə anamın südü! 
 
P Ə R D Ə 
 
BEŞİNCİ ŞƏKİL 
 
Şuşada Təhmas bəyin bağı, Toy məclisidir. Yeyıb içir, çalıb oynayırlar. 
 
K o x a 
 
Təhmas bəy, Təhmas bəy, baxtımız gülür,  
Naçalnik Səlimin toyuna gəlir. 
 
T ə h m a s  b ə y 
 
Səni şad xəbər ol həmişə, Koxa! 
 
K o x a 
 
Budur, buyurdular naçalnik ağa.  
 
N a ç a l n i k 
 
(Gəlir.) 
 
Toyunuz mübarək, Təhmas bəy, salam! 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə