Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə17/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   13   14   15   16   17   18   19   20   ...   60

_____________Milli Kitabxana________________ 
86 
 
 
T ə h m a s  b ə y 
 
Nəbi qurmaq üçün bəylərə tələ  
Torpaq vəd eləyir bu azğın elə. 
 
N aç a  l n i k 
 
Təhmas bəy, ağalar, sizindir torpaq,  
Sizindir... yenə də sizin olacaq!  
Nədən qorxursunuz, bilmirəm, nədən?  
Dağ kimi durmuşam arxanızda mən. 
 
(Təhmas bəyə) 
 
Etmə hər söz üçün qanını qara,  
Torpaq istəyəni çəkdirrəm dara! 
 
Hamı onu alqışlayır. 
 
K o x a 
 
Deyirəm, xanəndə qatar oxusun. 
 
N a ç a l n i k 
 
Etiraz etmirəm, tatar oxusun!  
 
T ə h m a s  b ə y 
 
Gərək ərşə qalxsın səsi bu toyun,  
Niyə durmusunuz, çalın, oxuyun! 
 
M a h m u d  b ə y 
 
Çalın, qoy naçalnik oynasın bir az. 
 
N a ç a l n i k 
 
 Doğrusu, oynamaq bilmirəm. 
  


_____________Milli Kitabxana________________ 
87 
 
 
 
T ə h m a s  b ə y 
 Olmaz. 
 
N a ç a l n i k 
 
Səlim bəy yaxşıdır, bir hava çalın. 
     Oynasın qartalı sizin mahalın. 
 
Rəqs havası çalınır. Səlim bəy oynayır. Sonra Koxanı oynamağa 
dəvət edir. Güllə səsləri. Səlim bəy tələsik çıxır, bu zaman Nəbi 
öz dəstəsilə həyətə girir. Hamı donub qalır. 
 
N ə b i 
 
Kimsə tərpənməsin yerindən, yoxsa...  
Tərpənsə anası batacaq yasa! 
 
X ə l i l 
 
Amandır, amandır, qırmayın bizi. 
 
N ə b i 
 
Yuxarı qaldırın əllərinizi!   
Ayrılın, arvadlar, siz bu tərəfə.  
Kişilər o yana... artıq bu dəfə  
Sizə qan tökməyə vermərəm macal.  
Qəhrəman, onların silahını al!  
Mehdi can, sən də get, tez Həcəri tap,  
Qurbanı olduğum o dilbəri tap! 
 
N a ç a l n i k 
 
(Bağırır.) 
 
Bu nədir, sən kimsən? 
 
 
 


_____________Milli Kitabxana________________ 
88 
 
 
N ə b i 
 
Adamam, necə? 
 
K o x a 
 
(Mizin altından) 
 
Deyir ki, qonaq ol bizə bu gecə. 
 
V ə l i 
 
Dilin topux çalır. 
 
K o x a 
 
Qurbanın olum,  
Anadan gəlmədir. 
 
Q ə h r ə m a n 
 
Çərənləmə, yum!.. 
 
Qadınlar qorxudan çığırırlar. 
 
N ə b i 
 
Xanımlar, qorxmaym, dəymərik sizə,  
Bunların gözüylə baxmayın bizə.  
Biz, adam öldürən deyilik, ancaq 
Bizi bu alçaqlar eləyib qaçaq. 
 
N a ç a l n i k 
 
Vəhşilər yurduymuş doğrudan, Qafqaz.  
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
89 
 
 
V a s i l i 
Kəs, səsini, cəllad. 
 
N a ç a l n i k 
 
Aha, yaramaz! 
Sən də bunlardansan? 
 
V a s i l i 
Bəs, necə? 
 
N a ç a l n i k 
Alçaq!..  
 
(Ona əl qaldırmaq istəyir.) 
 
V a s i l i 
 
Bu dəfə niyyətin baş tutmayacaq.  
 
                               (Vasili naçalnikin tapançasını çıxarır.) 
 
N a ç a l n i k 
 
Qardaş, ağlın olsun, inadı burax,  
Sən rus saldatısan, deyilsən qaçaq. 
 
V a s i l i 
 
Əcəb qardaşım var, alçaq yaramaz! 
Dilin tövbə deyir, ürəyin qisas. 
 
N ə b i 
 
Vasili, sən ona dəymə hələlik.  
  
 
 


_____________Milli Kitabxana________________ 
90 
 
 
N a ç a l n i k 
 
Köləlik yaraşır sizə, köləlik!  
 
N ə b i 
 
Adam hörmət elər gələn qonağa,  
Gəldim nişanlımı aparım, dağa.  
Toyum Salvartıda olacaq, bilin,  
Təvəqqe edirəm, hamınız gəlin! 
 
Mehdi və Həcər yan otaqdan səhnəyə gəlir. 
 
H ə c ə r 
 
 Nəbi can! 
 
N ə b i 
 
Həcərim, gülüm, çiçəyim. 
 
H ə c ə r 
 
 
Çatdı arzusuna yazıq ürəyim. 
 
N ə b i 
 
(Həcərin bəzəyinə işarə edir.) 
 
Çıxart, at bunları, boyuna qurban.  
Qızılın, daş-qaşın, dövlətin, malın  
Üstündə yatmışdır bir qara ilan. 
 
H ə c ə r 
 
Qandır bünövrəsi bu cah-cəlalın.  
Mənə tüfəng verin, bu gündən belə! 
  


_____________Milli Kitabxana________________ 
91 
 
 
Namuslu qız kimi qoşulub elə  
Düşmənin bağrını didəcəyəm mən,  
Nəbinin yoluyla gedəcəyəm mən. 
 
M e h d i 
 
Yolçu yolda gərək, yubandıq, qardaş! 
 
Q ə h r ə m a n 
 
Tez çapaq atları dağlara birbaş.  
 
N a ç a l n i k 
 
Bu xəbər, çatarsa padşaha, inan,  
Olar yurd, yuvanız yer ilə yeksan. 
 
N ə b i 
 
O "adil" padşaha deyiniz ki, mən  
Taxtına, tacına düşmənəm, düşmən. 
 
(Koxaya) 
 
Sən mənim adımdan cənab, zəhmət çək,  
Səlim bəyə de ki, toyun mübarək!  
Ağalar, gedirik... hələlik... ancaq  
Yerindən tərpənən sağ qalmayacaq!  
Mənim sizdən yalnız bir xahişim var,  
Çağrılmamış qonaq kimdi, sorsalar – 
Deyərsiniz ki, o, Qaçaq Nəbiydi,  
Dostları özündən qoçaq Nəbiydi! 
 
Gedirlər. 
 
P Ə R D Ə 
 
 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə