Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə25/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

_____________Milli Kitabxana________________ 
136 
 
  
ONUNCU ŞƏKİL 
 
Sıldırım qayalıqlar. Axşam çağıdır. Ocaqlar tüstülənir.  
Həcər bir qaya üstündən uzaqlara baxır. 
 
H ə c ə r 
 
Bunlar harda qaldı?  
 
Ç i m n a z 
 
Darıxma, Həcər, 
Nəbi sağ-salamat bir azdan gələr. 
 
H ə c ə r 
 
Nələr çəkdiyimi ürəyim bilir
Bir gözüm ağlayır, bir gözüm-gülür. 
 
Ç i m n a z 
 
Gül iki gözünlə, bir ürəyinlə.  
 
H ə c ə r 
 
(Gülür.) 
 
Qoy sən deyən olsun.  
 
Ç i m n a z 
 
Bax belə, belə... 
 
H ə c ə r 
 
Çimnaz danışanda gülür ürəyim.  
  
 
 
 


_____________Milli Kitabxana________________ 
137 
 
 
Q ı z l a r d a n  b i r i 
 
Vallah, göz dəyməsin, yamanca qızsan. 
 
Ç i m n a z 
 
Qızlar, gəlin sizə bir mahni deyim. 
 
Q ı z l a r 
 
De gəlsin, de gəlsin. 
 
Ç i m n a z 
 
Dinməyin bir an. 
 
(Oxuyur.) 
 
İlk bahardan gözəl gülər  
Qarabağın gözəlləri.  
Yolçuları yoldan elər  
Qarabağın gözəlləri.  
Bal gəzdirər dodağında,  
Mahnı deyər yaz çağında,  
Çiçəklərin qucağında  
Qarabağın gözəlləri.  
Sevdiyinə sərin olmaz,  
Dərdi, qəmi gözə almaz,  
Kişiərdən geri qalmaz  
Qarabağın gözəlləri. 
 
T a p d ı q 
 
(Papağını ata-ata gəlir.) 
 
Həcər, gözün aydın, Nəbigil gəlir.  
  
 


_____________Milli Kitabxana________________ 
138 
 
 
H ə c ə r 
 
Şad xəbər olasan. 
 
Ç i m n a z 
 
Dərəyə bax bir. 
 
H ə c ə r 
 
Qızıl samovarlı, qızıl tavalı,  
Naçalniklə, pristavla davalı,  
Deyin, çalğıçılar vursun qavalı,  
Qoy sənə desinlər, ay nadan Nəbi,  
Divanı yerindən oynadan Nəbi! 
 
Nəbi, Mehdi, Vasili və başqa qaçaqlar çalğı müşayiətilə gəliriər. 
 
H ə c ə r 
 
Xoş gördük, a Nəbi!  
 
T a p d ı q 
 
Xoş gördük səni. 
 
 
N ə b i  
 
Dostlarım doğrudan sevirmiş məni.  
 
Q ə h r ə m a n 
 
Deyəsən Nəbiyə düşüb qazamat,  
              Maşallah, kökəlib. 
 
N ə b i 
 
Sizə zarafat 
Gəlməsin qapqara, daş kimi çörək. 


_____________Milli Kitabxana________________ 
139 
 
 
V ə l i 
 
Niyə gecikdiniz? Danışın görək. 
 
N ə b i 
 
Qoy Mehdi danışsın. 
 
M e h d i 
 
Mən niyə, balam? 
 
V ə l i 
 
Nəbi, danışmasan vallah, partlaram. 
 
N ə b i 
 
Elə ki, ayrıldıq biz qazamatdan,  
Gördüm qan-tər axır sel tək Boz atdan.  
Çapdı dalımızca atı qazaqlar,  
"Qoyma, vur" səsindən titrədi dağlar.  
Çıxıb hər tərəfdən göbələk kimi  
Düşmənlər hürürdü qart köpək kimi. 
 
V ə l i 
 
Sonra? Sonra? 
 
Q ə h r ə m a n 
 
Sakit, dinməyin görək!  
 
N ə b i 
 
Dedim, bir qurban da verməyək gərək,  
Baxdım ki, Boz atı dörd nala çapsam,  
Onların əlindən mən nicat tapsam  
Hər şey dəyişəcək bir an içində,  
Üzəcək dostlarım al-qan içində. 


_____________Milli Kitabxana________________ 
140 
 
 
Dəhşətli, qorxulu vuruşmalarda  
Kişi, öz dostunu qoyarmı darda?!  
Qıy vurdum, ay uşaq, tez yerə yatın!  
Atın deyən kimi hammız atın!  
Qap-qatı bir duman basmişdı yolu,  
Yağılar hasar tək kəsmişdi yolu.  
Polad sinəmizi verib qabağa,  
Cumduq gözümüzdən od yağa-yağa.  
Saldıq pərən-pərən qudurğanları,  
Sıçradı dörd yana qara qanları.  
Qopduqca bədəndən düşmənin başı,  
Çatıldı heyrətdən göylərin qaşı.  
Bu vuruş, doğrudan böyük sınaqdı,  
Hər yandan dolu tək güllələr yağdı.  
Hər atəş açdıqca dostlarımla mən  
Ayaqlar üzüldü üzəngilərdən.  
Bulaşdı al qana çiçəklər, otlar,  
Tük saldı qartallar, kişnədi atlar.  
Atışma qızışdı, qopdu qıyamət!  
Yerləri, göyləri bürüdü dəhşət!  
Göz-gözü görmürdü, hər yan çən, duman,  
Saysız yaralardan fışqırırdı qan.  
At kişnəməsindən, güllə səsindən,  
Qızmış aslanların hər nərəsindən  
Sarsıldı qayalar, diksindi dağlar,  
Qırıla-qırıla qaçdı qazaqlar.  
Bu qoca aynalı gəlməsin gözə,  
Çoxunu göndərdi gedər-gəlməzə. 
 
M e h d i 
 
Vuruş meydanında qana-qan dedim,  
Basılmaz ömründə qəhrəman dedim.  
Beş atlı üstümə yeridi yandan,  
Ancaq baş tutmadı düşmənin fəndi.  
Nəbi köməyimə yetişən zaman  
Elə bil yerindən bir dağ tərpəndi! 
 
 


_____________Milli Kitabxana________________ 
141 
 
 
Q ə h r ə m a n 
 
Var olsun, var olsun qəhrəman Nəbi!  
Mİn illər yaşasın mehriban Nəbi! 
 
N ə b i 
 
Qarışdı tərimə Boz atın təri...  
Elliklə düşməni oturtduq geri,  
Çaparaq atları, qovuşduq sizə. 
 
V ə l i 
 
Nəbinin dostları gəlməsin gözə!  
 
N ə b i 
 
Hər igid yadında saxlasın gərək,  
Köksüz bir ağacı tez yıxar külək!  
Gəlin ürəklərdən bir səngər quraq,  
Sönməsin ellərçün yanan o çıraq! 
 
M ü r s ə l 
 
Bir caniın var, o da qurbandır elə!  
Yaşımdan şikayət etmirəm hələ. 
 
Q ə h r ə m a n 
 
Yaxşı, Mürsəl dayı, ay cavan oğlan,  
Bəs hanı Nəbiyə qoşduğun dastan? 
 
V ə l i 
 
Lap yerinə düşdü, danış Nəbidən. 
 
M ü r s ə l 
 
Ondan yüz il desəm yorulmaram mən. 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə