Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə24/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   20   21   22   23   24   25   26   27   ...   60

_____________Milli Kitabxana________________ 
130 
 
 
N ə b i 
 
Aparın, gələr ki, bir gün  
Sizin kökünüzü kəsərək bütün.  
Nəbini qorxutmaz nə dar, nə zindan,  
Bir üzə gülməyir həmişə dövran. 
 
M a h m u d  b ə y 
 
Aparın!.. 
 
N ə b i 
 
Gedirəm öz ayağımla, 
Mən fəxr eləyirəm, qandalağımla. 
 
P Ə R D Ə 
 
BEŞİNCİ PƏRDƏ 
 
DOQQUZUNCU ŞƏKİL 
 
Göruş zindanı, Səhnanin bir tarəfi kamera, digər tərəfi  
zindan rəisinin otağıdır. Pərdə musiqi müşayiətilə açılır. 
 
N ə b i 
 
Qazamat istidir yata bilmirəm,  
Düşmənlər güclüdür, bata bilmirəm,  
Ayaqda qandalaq, qaça bilmirəm,  
Qoy sənə desinlər ay qaçaq Nəbi,  
Dostları özündən ay qoçaq Nəbi! 
 
Mehdi və Vasili başqa qiyafədə içəri girirlər. Keşikçiyə pul veririər. 
 
M e h d i 
 
Nəbi can. 
 
 


_____________Milli Kitabxana________________ 
131 
 
 
 
 
N ə b i 
 
Mehdi can, Vasili, qardaş!.. 
 
M e h d i 
 
Dağlardan enmişik yanına birbaş. 
 
Qucaqlaşırlar. 
 
Bütün dost-aşnadan salam var sənə. 
 
N ə b i 
 
Ömürlük qazamat kəsiblər mənə.  
 
M e h d i 
 
Qəm yemə, dostların oyaqdır, oyaq,  
Onlar and içərək veriblər qərar:  
Bu qara zindanı dağıdacaqlar.  
Enmişik dağlardan iki yüz atlı,  
Hamısı qəhrəman, şöhrətli, adlı,  
Qardaşım, qəm yemə, Gorusu gerçək  
Almışıq dövrəyə üzük qaşı tək.   
Hamımız yolunda sinə gərərək.  
Səni bu zindandan qurtaraq gərək. 
 
N ə b i  
 
Ehtiyatlı olun, qurban verməyin,  
Düşmən hiyləgərdir, aman verməyin. 
 
M e h d i 
 
Qardaşım, gözünü qırpma bir an da,  
Vuruş başlanacaq dan ağaranda. 
  


_____________Milli Kitabxana________________ 
132 
 
 
N ö v b ə t ç i 
 
Aman, evim yıxıldı, böyüklər gəlir bura,  
Sizi burda görsələr məni çəkərlər dara.  
Tez olun, tərpənin! 
 
N ə b i 
 
Di, durma Mehdi... 
 
M e h d i 
 
Hələlik... 
 
N ə b i 
 
Dostlara məndən salam de.  
 
Naçalnik, Səlim bəy və bir neçə qazaq içəri girir. 
 
S ə l i m  b ə y 
 
Yaxşı tanımırsan onu sən hələ,  
Odur ürək verən, dil verən elə.  
Onu asdırmasaq dar ağacından  
Ölkədə günbəgün artacaq üsyan. 
 
N a ç a l n i k 
 
Siyasət lazımdır, Səlim bəy, düşün,  
Nəbi əlimdədir onsuz da bu gün. 
 
Nəbini gətirirlər. 
 
Xoş gördük, qoç Nəbi! 
 
N ə b i 
 
Qurşama, əl çək! 
 


_____________Milli Kitabxana________________ 
133 
 
 
N a ç a l n i k 
 
Nəbi, bu yaxşıdır, buyur, bundan çək.  
 
(Papiros təklif edir.) 
 
N ə b i 
 
İstəməz, çəkdiyim budur hələlik,  
"Həsən dədənovdur", buyur naçalnik. 
 
N a ç a l n i k 
 
Məni yaxşı eşit, gör nə deyirəm. 
 
N ə b i 
 
Qulağım sizdədir. 
 
N a ç a l n i k 
 
Düşünüb hərdən 
Deyirəm, doğrudan heyf  Nəbidən.  
Sənə lap ürəkdən acıyıram mən.  
Bilirsənmi nə var? 
 
N ə b i 
 
Bilmirəm hələ. 
 
N a ç a l n i k 
 
Nəbi, gəl mənimlə danışma belə.  
Adına bağlıdır bütün üsyanlar,  
Yazıqsan, cavansan, gələcəyin var.  
Əgər belə getsə, məhv olarsan sən.  
Nəbi, gəl bu daşı tök ətəyindən!  
Söndür qəzəbini, bəylərlə banş,  
Sənə qulluq verək, bizlərə qarış.  
Yerə salmayasan sözümü gərək... 


_____________Milli Kitabxana________________ 
134 
 
 
N  ə b i 
 
Satılmaz ellərçün döyünən ürək!  
 
N a ç a l n i k 
 
Satılmaz... Satılmaz... Sözünə bir bax!  
Qana boyanmışdır bütün Qarabağ.  
Üsyan qaldırsa da beş-altı mujik,  
Yenə də Qafqazın ağası bizik!  
Nəbi, arxalanma bu qədər elə! 
 
N ə b i 
 
Kimə arxalanım, naçalnik, söylə? 
 
N a ç a l n i k 
 
Bizə, ancaq bizə, bizdədir qüvvət,  
Qoşulsan bizlərə elərik hörmət.  
Artar var-dövlətin, artar vəzifən,  
Sənə kişi kimi söz verirəm mən. 
 
N ə b i 
 
Sizdə görməmişəm hələ kişilik,  
Bağışlayın məni, cənab naçalnik! 
 
S ə l i m  b ə y 
 
Polkovnik, mən sizə demişdim bayaq,  
Bununla danışmaq nahaqdır, nahaq! 
 
N ə b i 
 
Yaxşı fikirləşin, bəydir adınız,  
Quyruq bulamaqdan yorulmadınız? 
 
 
 


_____________Milli Kitabxana________________ 
135 
 
 
S ə l i m  b ə y 
 
Nəbi, unutma ki, sabınlı kəndir  
Çoxdan boğazının həsrətindədir.  
Özün öz əlinlə qəbrini qazma! 
 
N ə b i 
     
     Mən ölən deyiləm, kefini pozma! 
 
N a ç a l n i k 
 
Bir az açıq danış, nə istəyirsən? 
 
N ə b i 
Azadlıq, azadlıq, ancaq azadlıq! 
 
N a ç a l n i k 
Səninlə danışmaq artıqdır, artıq.  
Qəbirdə görərsən azadlığı sən! 
 
N ə b i 
 
Ellərim görəcək, görməsəm də mən.  
 
N a ç a l n i k 
 
Ellərim, ellərim, ağlın hardadır?  
Ellərim deyənlər zindanlardadır!  
Nahaq salmayıblar səni zindana.  
Padşahı saymayan bu qudurğana  
Su, çörək verməyin, ölsün acından,  
Sabah asılacaq dar ağacından! 
 
N ə b i 
 
Ölsəm də, oluram buna ümidvar:  
Analar minlərcə nəbilər doğar. 
 
P Ə R D Ə 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə